“Borçalıya aidiyyəti olan və olmayan bəzi insanlar tərəfindən “Borçalı cəmiyyəti” adlı bir qurum yaradılıb”
“Borçalı” İctimai Birliyi Borçalı əsilli soydaşlara, Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinə, media orqanlarına və əlaqədar qurumlara müraciət ünvanlayıb.
Müraciətdə bildirilir:
Məlumunuz olsun ki,”Borçalı” İctimai Birliyi adlı qeyri-hökumət təşkilatı 1993-cü ildə yaradılıb, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb, böyük bir tarixi mahalın adını daşıyır, məqsədi Gürcüstanda yaşayan soydaşlarımızla əlaqələri gücləndiriməkdir. Çəmiyyətin əvvəlki illərədəki fəaliyyəti barədə çox yazılıb, təkrar etmək istəmirəm. Ancaq bu gün də bir ictimai birlik olaraq qanunvericiliyə uyğun yeni qəbul olunmuş Nizamnamə əsasında fəaliyyət göstərir, digər QHT-lərlə uğurlu əməkdaşlıq edir. Sosial mediada eyni adlı qrupumuz da mövcuddur. Son bir il ərzində tərəfimizdən ictimai aktuallıq daşıyan xeyli sayda tədbir keçirilmiş, görülən işlərlə bağlı mediada müsahibələr təşkil olunmuş, sosial payıaşım şəbəkələrində məlumatlar, müzakirələr yer almışdır.
Son vaxtlar Borçalıya aidiyyəti olan və olmayan bəzi insanlar tərəfindən “Borçalı cəmiyyəti” adlı bir qurum yaradılıb. Heç bir hüquqi əsası, dövlət qeydiyyatı olmayan bu qurum dünyəvi bir dövlətdə – Azərbaycanda qanundankənar fəaliyyət göstərir, müxtəlif fərdlərin dəstəyilə tədbirlər keçirir, sosial media vasitəsilə məlumatlar paylaşır. Öncədən vurğulayım ki, bu saxta qurumun nə özünün, nə üzvlərinin, nə də keçirdiyi tədbirlərin “Borçalı” İctimai Birliyinə heç bir aidiyyəti yoxdur və qurumun adından istifadə, səlahiyyətlərini mənimsəmə faktı hesab olunur.
Özü özünü elan etmiş bu “cəmiyyət”in fəaliyyəti, təşkilatçı qismində saxta loqo ilə keçirdiyi tədbirlər, paylaşdığı məlumatlar, afişalar cəmiyyətdə bölücülük missiyası olmaqla, həm QHT kimi “Borçalı İctimai Birliyinin, həm də tədbirlərini düzənlədiyi orqanların ictimai, işgüzar nüfuzuna xələl gətirir, vətəndaş cəmiyyəti sferasında, eləcə də üzvlərimiz arasında müəyyən çaşqınlıq yaratmağa xidmət edir.
Ona görə də aşağıdakıları nəzərə almağı xahiş və tövsiyə edirik;
-Azərbaycanda Borçalı adında qanuni fəaliyyət göstərən tək bir QHT var: “BORÇALI” İctimai Birliyi.
- Borçalı əsilli soydaşlarımız “Borçalı cəmiyyəti” adlı özfəaliyyətlə məşğul olan qurumun üzvlüyə, düzənlədiyi tədbirlərə dəvətlərə, habelə dəstək çağırışlarına inanmasınlar;
-Vətəndaş cəmiyyəti üzvləri, QHT-lər “Borçalı cəmiyyəti” adlı qeyri-hökumət təşkilatının rəsmən mövcud olmadığını bilsinlər və onunla əməkdaşlığa getməsinlər;
-Media orqanları öz səhifələrində dövlət qeydiyyatı olmayan “Borçalı cəmiyyəti” adından olan məlumatlara yer ayırmasınlar;
- Əlaqədar qurumlar “Borçalı cəmiyyəti” adından tədbirlər keçirən zaman qeydiyyat Şəhadətnaməsi və dövlət reyestrindən çıxarış tələb etsinlər.
"BORÇALI" İctimai Birliyinin sədri Dəyanət Osmanlı