AMEA Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin Ələm oğlu İbayevin bu yaxınlarda “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar və siyasi paralellər” kitabı işıq üzü görüb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Respublikanın ərazi bütövlüyünün bərpası uğrunda gedən qızğın döyüşlər zamanı dediyi “Bizim apardığımız haqq işi, ədalətli mübarizə barədə yeni kitablar, əsərlər yazılmalıdır” fikrini əsas götürən V. İbayev bir ziyalı, vətəndaş kimi qəhrəmanlıq tariximizin hüququ əsalarını tədqiq etməyi qarşısına məqsəd qoymuşdur. Prezidentin bu çağrışına cavab olaraq görkəmli hüquşünas 465 səhifəlik sambbalı bir əsəri böyük zəhmət bahasına ərsəyə gətirmişdi.
Kitab ön söz və 23 fəsildən ibarətdir. Qəhrəman ordumuzun şanlı zəfərinin 5 illiyinə həsr edilmiş bu kitabda qələbənin diplomatik, hüquqi, siyasi və mənəvi aspektləri hətərəfli tədqiq olunmuşdur.
Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 44 günlük müharibə dövründə xalqa müraciətləri,Təhlükəsilik Şurasının iclasındaki çıxışı, müxtəlif beynəlxalq telekanallara, qəzetlərə, İnformasiya Agentluklərinə verdiyi müsahibələr hüquq və siyasi cəhətdən təhlil edilmişdir. Prezidentin bu müraciətlər və müsahibələrdə irəli sürüdüyü fikirləri müəllif bəşər tarixinin müxtəlif dövrlərinə aid görkəmli şəxsiyyətlərin fəaliyyətinə aid maraqlı faktlarla əsaslandırılmışdır.
Kitab Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda qəhrəman milli ordumuzun apardığı 44 günlük müharibə tarixinin hüquqi, siyasi aspektlərini öyrənmək üçün sanbalı bir mənbədir.
Kitab Azərbaycan Respublikasının tarixini, hüquq və siyasi sitemini araşdıran tədqiqatçılar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Gələcəkdə də bu cür tədqiqatların davam etdirililməsinə, yeni əsərlərin yazılmasına ciddi ehtiyac var.
Təcrübəli hüquşünas, beynəlxalq hüquq və insan hüquqlarına aid 25 kitabın və 100-dən artıq elmi məqalənin müəllifi olan, h.ü.f.d. Vəfaddin İbayevə gələcək elmi yaradıcılığında uğurlat arzulayırıq.
Məhərrəm Zülfüqarlı Tarix üzrə elmlər doktoru, Azərbaycan Turizm və Menecment Universitetinin professoru