Cümə günü, 06 noyabr 2026
     

Elmdə gender balansı idarə olunan prosesdir...

Image


Gender bərabərliyi günümüzün ən aktual məsələlərindən biri kimi daimi müzakirə mövzusu olaraq qalmaqdadır. Bütün sahələrdə, o cümlədən də elm sahəsində, akademik düşərgədə gender bərabərliyinin təmin olunub-olunmadığı, bu istiqamətdə qadınların payının nə qədər olduğu məsələsi diqqətdədir.

Dünya tədqiqatçıları məsələyə müəyyən istiqamətdən baxır. Bəzi tədqiqatlardan hiss olunur ki, bu sahədə sayca kişilər qadınlardan üstündür, bəzi tədiqatlarda bərabərlik müşahidə olunur.

İnternet resurslarında yayılan tədqiqatlardan birində qeyd olunur ki, elm və gender bərabərliyi inkişaf məqsədlərinə çatmaq prosesinin ayrılmaz elementləridir.

Dünya üzrə tədqiqatçıların 33%-ni təşkil etməsinə baxmayaraq, elm akademiyası üzvlərinin yalnız 12%-ni qadınlar təşkil edir. Bu qeyri-bərabərlik qadınların elmi təşkilatlarda liderlik rollarına çıxışını məhdudlaşdıran köklü struktur və mədəni maneələri vurğulayır və bərabərlik, təmsilçilik və elm təşkilatlarında elmi istedaddan tam istifadə ilə bağlı tənqidi narahatlıqlar yaradır.

Azərbaycana baxdıqda, bu sahədə hər hansı bir ciddi problemin müşahidə olunduğunu görmürük.

Məsələn, Azərbaycanda elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 1,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 1,5 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.

Məsələ ilə əlaqədar “Bakı-Xəbər”ə danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, ölkəmizdə gender balansı son illərdə qadınların lehinə xeyli dəyişib. “Təbii ki, qadınların elmdə olmasını, elmi fəaliyyətlə məşğul olmasını müsbət hal kimi dəyərləndirirəm. Çünki Azərbaycanda zaman-zaman elm sahəsində çox dəyərli, görkəmli, öz sözünü demiş, kifayət qədər böyük elmi nailəyyətlər əldə etmiş bizim xanım alimlərimiz olublar. Təbii ki, biz həmin xanım alimlərimizin olmasından qürur duyuruq. Hesab edirəm ki, bu, Azərbaycan cəmiyyətində, bütün sahədələrdə olduğu kimi elm sahəsində də qadınların fəaliyyəti üçün yaradılmış şəraitdən irəli gəlir. Onların öz potensiallarını məhz bu istiqamətdə də reallaşdırmalarına imkan yaradılıb. Yəni qadınların yaratdıqları güclü elmi məktəblər zaman-zaman olub və bu gün də Azərbaycan qadını bütün sahələrdə olduğu kimi elm sahəsində də öz sözünü deyir. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, son illər elmdə balansın qadınların lehinə dəyişməsi tendensiyası müşahidə olunur ki, bu, açığını deyim, bir qədər narahatedicidir. Ona görə ki, bu balans qadınların lehinə dəyişirsə, bu o deməkdir ki, bizim istedadlı oğlanlarımız elmə az maraq göstərirlər. Əlbəttə, bunun səbəbləri var. Mən ayrı-ayrı vaxtlarda bununla bağlı fikirlərimi bildirmişəm. Oğlanların elmi fəaliyyət istiqamətinə geniş maraq göstərməmələrinin səbəbləri bir sıra amillərdən qaynaqlanır. Biz o səbəbləri araşdırıb üzə çıxarmalıyıq, o səbəblərin üzərinə getməliyik, o maneələri aradan qaldırmalıyıq”.

İ.Orucovun sözlərinə görə, bir neçə il əvvələ qədər, tutalım, magistratura pilləsinə təhsil almaq üçün müraciət edən oğlanlara o müddət ərzində hərbidən möhlət hüququ verilmirdi: “Yəni bakalavr diplomunu almış və magistr təhsili almaq iddiasında olanlar üçün hərbidən möhlət hüququ verilmirdi. Biz o zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdik. Bu problem artıq öz həllini tapıb, magistraturada oxuyan oğlanlara hərbidən möhlət hüququ verilir. Eyni zamanda magistraturanı bitirib doktoranturaya müraciət edən oğlanlara da həmin o möhlətin verilməsi məsələsi var. Bütün bunlarla bağlı ayrı-ayrı vaxtlarda müraciətlər etmişəm. Düşünürəm ki, bu möhlət hüququnun tanınması həm də təhsildə fasiləsizliyin təmin olunmasına xidmət edir. Eyni zamanda oğlanların elmə gəlməsinə müəyyən qədər imkanlar yarada bilər. Azərbaycanda oğlanların elmdən uzaq düşməsinin digər səbəbləri də var. Burada müəyyən prosedur qaydalarında yumşaldılmaların edilməsi, hesab edirəm, yaxşı olar. Həmçinin onların fəaliyyətinin stimullaşdırılmasını bir qədər də gücləndirmək lazımdır və sair. Ölkəmizdə elmə və təhsilə münasibət məlumdur. Prezident İlham Əliyev tərəfindən hər zaman elm və təhsil sahəsinə böyük önəm verilir, dəstək göstərilir. Hesab edirəm ki, bu istiqamətdə kadr potensialını gücləndirmək üzrə fəaliyyətlər bir qədər də gücləndirilməlidir. Bizim universitetlərin rəqabət qabiliyyətinin artırılması istiqamətində Dövlət Proqramı var. Həmin Dövlət Proqramı istiqamətində dünyanın müxtəlif universitetlərinə, elmi mərkəzlərinə doktorantura pilləsində təhsil almaları üçün gənclər göndərilir. Onların içində oğlanlar üstünlük təşkil edir. Eyni zamanda Xaricdə təhsil üzrə Dövlət Proqramında magistratura pilləsi də yer alıb. Keçən il cənab Prezidentin sərəncamı ilə o proqrama əlavə və dəyişiklik edildi, doktorantura pilləsində təhsil almaq arzusunda olan şəxslər də o proqramdan yararlana biləcəklər. Bunlar müsbət tendensiyalardır. Dövlətin elm və təhsilə, həmçinin gənc elmi kadrların hazırlığına verdiyi önəmin nəticəsidir.

Dövlətin bu yanaşmasını çox təqdir edirəm, çox dəstəkləyirəm. Düşünürəm ki, ölkəmizin elm, təhsil tutumlu ölkə olması üçün nə lazımdırsa hamısını etməliyik. Bu, ölkənin ali siyasi rəhbərliyinin bu sahələrə münasibətinin göstəricisidir. Beləliklə, biz oğlanların da, qızların da elmə gəlməsini təşviq etmək məqsədilə çalışmalıyıq. Bu istiqamətdə işlər görülür. Nümunələrimiz kifayət qədər olsa da, amma bu nümunələri artırmaq, bu imkanları genişləndirmək ölkəmizin gələcək inkişafı üçün daha da faydalı olardı. Elmin inkişaf etdirilməsi istiqamətində görülən işlərə əlavə bir təkan vermiş olacaq”-deyə İ.Orucov qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ