ABŞ Prezidenti Tramp, Hörmüz boğazından yanacaq əldə edə bilməyən ölkələrə iki seçim təklif edib. Birinci seçim olaraq ABŞ-ın bol ehtiyatlarına işarə edən Tramp, ikinci seçim kimi müttəfiqlərinin özlərinin Hörmüz boğazına getməsini istəyib.
Hörmüz boğazındakı böhran səbəbindən yanacaq çatışmazlığı yaşayan Avropa ölkələrinə müraciət edən Tramp, Truth Social hesabındakı mesajda NATO ölkələrini hədəf alıb.
"İranın “başının kəsilməsində” iştirak etməkdən imtina edən Birləşmiş Krallıq kimi Hörmüz boğazı səbəbindən təyyarə yanacağı ala bilməyən bütün ölkələrə bir təklifim var: Birincisi, ABŞ-dan alın, bizdə kifayət qədər var. İkincisi, gecikmiş cəsarətinizi toplayın, boğaza gedin və onu özünüz alın.
Özünüzü qorumağı öyrənmək məcburiyyətibndə qalacaqsınız, ABŞ artıq sizə kömək etmək üçün orada olmayacaq, necə ki, siz bizim üçün orada olmadığınız kimi. İran əslində məhv edildi. Çətin hissə bitdi. Gedin neftinizi özünüz alın!"
ABŞ prezidenti Fransanı da hədəfə alıb. O, Makron administrasiyasını sərt tənqid edib: "Fransa İsrailə hərbi təchizat daşıyan təyyarələrin Fransa ərazisi üzərindən uçmasına icazə vermədi. Paris hökuməti "İran qəssabı"nı uğurla aradan qaldırmaqda bizə dəstək olmadı. Bunu həmişə xatırlayacağıq".
Tahir TAĞIYEV