Fransa 2030-cu ilə qədər Rusiya ilə münaqişə ehtimalını istisna etmir və belə bir ssenariyə hazırlaşır. Bu açıqlamanı Fransa Hərbi Hava Qüvvələri komandanının müavini Dominik Tardif verib.
"Moskvanın 2028-2029-cu illərdə NATO-nu sınamağa çalışacağı istisna deyil" deyən Tardif "Politico"ya müsahibəsində, müharibə olacağı halda fransız pilotların NATO-nun şərq cinahının ön cəbhələrində yer ala biləcəyini qeyd edib. O, Baltikyanı ölkələrin döyüş təyyarələri imkanlarının olmadığını, Rumıniyanın isə məhdud resurslara malik olduğunu əlavə edib.
Fransa Hərbi Hava Qüvvələrinin Ukrayna və Yaxın Şərqdəki münaqişələrdən qazandıqları təcrübəyə əsaslanaraq doktrinasını yenilədiyini deyən Tardif bildirib ki, Paris hökuməti həmçinin Alta Ares və Harmattan AI kimi daha səmərəli önləyici dronlar hazırlamaq üzərində işləyir.
Tahir TAĞIYEV