Avropa Komissiyasının 1 aprel çərşənbə günü dərc etdiyi mətbuat açıqlamasına görə, Avropa Birliyi Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən artıq gəlir əldə edib və bundan Ukraynanı dəstəkləmək üçün istifadə edəcək.
Sənədə əsasən, növbəti tranş 1,4 milyard avro təşkil edəcək . Əvvəlki, üçüncü tranş 2025-ci ilin avqust ayında köçürülüb.
Qeyd edək ki, Mərkəzi Rusiya Bankının aktivləri Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq tətbiq edilən Aİ sanksiyalarının bir hissəsi olaraq dondurulub. Aktivlərin özü dondurulmuş olaraq qalır, lakin qalan vəsaitlər üzrə faizlər Rusiyaya məxsus deyil. Avropa Komissiyasının təklifi ilə onlardan Ukraynanı dəstəkləmək üçün istifadə etmək qərara alınıb.
SAMİRƏ