İsrail, ABŞ və İran arasında müharibə davam edərkən, İran prezidenti Məsud Pezeşkian Hörmüz boğazındakı son vəziyyətlə bağlı açıqlama verb.
Pezeşkian Fars körfəzi və Hörmüz boğazındakı mövcud vəziyyətin ABŞ və İsrailin "təcavüzkar siyasətinin nəticəsi" olduğunu bildirib: "Hörmüz boğazı təcavüzkarlar və onları dəstəkləyənlər üçün bağlıdır. Bu müharibəyə hər hansı bir bəhanə ilə hər hansı bir xarici müdaxilə təhlükəli nəticələrə səbəb olacaq. Vəziyyətin normallaşması ABŞ və İsrailin hücumlarını dayandırmasından asılıdır. Biz heç vaxt gərginlik və ya müharibə axtarmamışıq. Lazımi şərtlər yerinə yetirilərsə və xüsusən də hücumların təkrarlanmayacağına dair zəmanət verilərsə, bu müharibəyə son qoymaq iradəmiz var".
Tahir TAĞIYEV