İran raketlər və silahlı dronlarla Küveytdə ABŞ-ın erkən xəbərdarlıq radarlarını vurub. Bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) açıqlam yayıb.
SEPAH Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Amerika qoşunlarının cəmləşdiyi əraziləri, Bəhreynin Manama hava limanı ətrafında yerləşdirilən müdafiə sistemlərini və ABŞ qüvvələrinin Küveytdə yerləşdiyi Əhməd əl-Cabir hava bazasındakı erkən xəbərdarlıq radarlarını raketlər və silahlı dronlarla hədəf aldığını açıqlayıb.
Tahir TAĞIYEV