İspaniyadan sonra İtaliya da əməliyyatda iştirak edən ABŞ hərbi təyyarələrinin Siciliyadakı bazasına eniş etmək tələbini rədd edib. "Corriere della Sera" qəzetinin məlumatına görə, İtaliya Yaxın Şərq əməliyyatlarında iştirak etmək üçün yola düşən ABŞ təyyarələrinin Siciliyadakı hərbi bazasına eniş etmək tələbini geri çevirib.
İtaliya ordusu tərəfindən aparılan araşdırmalar nəticəsində bu uçuşların logistika və ya gündəlik məqsədlər üçün olmadığı, birbaşa İran əməliyyatı ilə əlaqəli olduğu müəyyən edilib. Roma hökuməti parlament nəzarəti və rəsmi təsdiq olmadan təqdim edilən gizli uçuş planlarını "ikitərəfli müqavilələrdən kənar" elan edərək Amerika təyyarələrinə uçuş icazəsi verməkdən imtina edib.
Bundan əvvəl İspaniya Rota və Moron hava bazalarını yanacaqdoldurma və döyüş uçuşları üçün bağlayaraq ABŞ-ın B-52 bombardmançı təyyarələrinin planını Cəbəllütariqdə pozmuşdu.
Tahir TAĞIYEV