İran ordusu Səudiyyə Ərəbistanında 200 nəfərlik amerikalı pilot və uçuş heyətinin olduğu əraziyə zərbə endirib.
Bunu İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Məcid Musəvi sosial mediada İranın ABŞ-a qarşı cavab hücumları ilə bağlı açıqlamasında bildirib.
"Bu gün Səudiyyə Ərəbistanında ABŞ pilotları və uçuş heyətinin yerləşdiyi əraziyə hücum etdik" deyən Musəvi, dronlar və raketlərlə həyata keçirilən hücumlarda 200 nəfərlik heyəti vurduqlarını açıqlayıb.
“İndi Trampın itki və zərər siyahısına AWACS təyyarələri, tankerlər və yanacaq anbarlarından əlavə, uçuş heyətinin itkiləri də əlavə edilmiş oldu” - deyə Musəvi əlavə edib.
Tahir TAĞIYEV