İsrail Baş naziri Benyamin Netanyahu, İran təhdidinə qarşı ərəb ölkələri ilə gizli ittifaqlar qurduqlarını və bəzi ərəb liderlərinin İsraillə birlikdə döyüşməyə razılıq verdiklərini iddia edib.
Netanyahu, hökumətin iclasında regional ölkələrdən İrana qarşı istifadə etmək cəhdinin təfərrüatlarını paylaşıb.
"Biz ərəb ölkələri ilə ittifaqlar qururuq və bəzi liderlər bizimlə birlikdə döyüşməyə razılıq verirlər. Keçmişdə ərəb liderləri ilə gizli görüşlərimdə onlara “İran sizi ilk fürsətdə ələ keçirəcək və krallıqlarınızı devirəcək” demişdim. Onlar o vaxt vəziyyəti tam başa düşmədilər, amma bu gün reallığı başa düşürlər" deyə Netanyahu bildirib.
Netanyahu təkcə ərəb dünyasını deyil, həm də Qərb müttəfiqlərini haqda da danışıb. Avropa liderlərinin şəxsi görüşlərdə təhlükədən xəbərdar olduqlarını etiraf etdiklərini, lakin hərəkət etməyə cəsarət etmədiklərini iddia edən Netanyahu, İsrailin "qorxusuz" hərəkətinin bölgədə əvvəllər mümkünsüz görünən ittifaqları mümkün etdiyini iddia edib.
Tahir TAĞIYEV