ABŞ Prezidenti Donald Trampın Konqresin təsdiqi olmadan Ağ Evdə əlavə tikinti işləri aparmaq planı “suya düşüb”. The Guardian qəzetinin məlumatına görə, Federal hakim Riçard Leon Konqresin təsdiqi alınana qədər Ağ Evdə Prezidentin istəyi ilə bal zalının tikintisinin dayandırılmasına qərar verib. Beləliklə məhkəmə Trampın Ağ Evin Şərq Qanadını sökərək tikintiyə başlamaqla səlahiyyətlərindən sui-istifadə etdiyini iddia edən Tarixi Qoruma üzrə Milli Trestin tərəfini tutub. Hakimin qərarında bildirilir ki, Prezident istənilən vaxt Konqresdən bal zalının tikintisi və bu məqsədlə özəl vəsaitlərdən istifadə üçün birbaşa icazə istəyə bilər. Qərarı şərh edən Tramp isə bildirib ki, onun administrasiyası Konqresin təsdiqinə ehtiyac duymur və o, "Ağ Evin tikintisi ilə bağlı heç bir şeyi təsdiq etməyib". "Bu halda, icazə vacib deyil, çünki bal zalı federal vergi ödəyicilərinin pulu ilə deyil, özəl ianələr hesabına tikilir"- Tramp sosial media platforması Truth Social-da yazıb. Başqa bir nəşrdə isə o, Milli Tarixi Abidələrin Qorunması Fondunun Vaşinqtonda yerləşən Kennedi İfa Sənətləri Mərkəzinin təmirinə qarşı məhkəmə iddiası qaldırdığını xatırladıb və Mərkəzin adını dəyişərək Tramp-Kennedi Mərkəzi kimi təqdim edib. SAMİRƏ