Cümə günü, 06 noyabr 2026
     

Sovet rejimindən qalma titullar ləğv edilməlidir

Image


(“Xalq rəssamı”, “Xalq artisti”, “Əməkdar artist”, “Əməkdar rəssam”, “Əməkdar müəllim”, “Əməkdar elm xadimi” və s.)

“Fəxri adların istifadəsi qadağandır. Əgər sultan və ya kimlə danışılırsa, yalnız onun adı çəkilməlidir.” Çingiz xanın Yasası (Qanunu) Maddə 25

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətin inkişafına mane olan sovet rejimindən qalma çoxlu sayda neqativ hallar aradan qaldırılmışdır. Lakin bəzi sahələrdə bu cür halların qalması hazrda haqlı narazılıqlar doğrur. “Xalq rəssamı”, “Xalq artisti”, “Əməkdar artist”, “Əməkdar rəssam”, “Əməkdar müəllim”, “Əməkdar elm xadimi” və s. bu kimi adlar cəmiyyətdə haqlı narazalıq doğurur. Bu fəxri adların sovet dövrünün qalığı olması, bu adların verilməsində proteksiyanın və digər neqativ halların olmasına aid KİV-lərdə çoxlu sayda faktlara rast gəlinir. Hətta bu adların verilməsidə əsas səlahiyyətlərə sahib olmuş sabiq mədəniyyət naziri keçən il verdiyi müsahibələrinin birində qeyd edib ki, “vaxt gələcək bu adlar ləğv ediləcək. Onlar sovet dövrünün qalığıdır” (lent.az 17 iyun 2025).

Keçmiş sovet respublikalarından başqa dünyanın heç bir ölkəsində qeyd olunan bu titullar yoxur. Sual oluna bilər ki, bu titulların qalması nəyə mane olur, nəyə görə cəmiyyətdə narazılıq doğurur?

Uzun illər təhsil və elm sahəsində çalışdığımıza görə bu məqalədə həmin titulların təhsil və elm sahəsində yaratdığı haqsızlıqlar barədə oxuculara məlumat verməyi lazım bilirik.

Azərbaycan Respublikasında mövcud olan ictimai rəydə elmi dərəcədən daha çox elmi adlara daha hörmətlə yanaşılması bir faktdır. Yəni, məsələn tarix üzrə fəlsəfə doktoru, tarix üzrə elmlər dokroru elmi dərəcələrinə nisbətən dosent, xüsusilə də professor elmi adlarına daha hörmətlə yanaşılır. “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”ni (11 iyun 2019) (https://president.az/az/articles/view/33499) diqqətlə nəzərdən keçirdikdə elmi dərəcələrin yox (çünki titullular bunu almaqdan azad ediliblər), elmi adların verilməsində bəzi xoşagəlməz məqamları üzə çıxarmaq olar.

Bu sahədə üzün müddət çalışıb, öz zəhməti ilə elmi dərəcə, elmi adlar almış şəxslərin əksəriyyəti elmi adların verilməsində əsasnamədə mövcud olan bu çatışmazlıqdan, ayrı-seçkiliklərdən narazıdır. Çünki onlar üzün müddət tədqiqatlar apararaq, AAK-ın tələblərinə uyğun olaraq kitablar, monoqrafiyalar yazaraq, müxtəlif reytinqli jurnallarda, konfrans materiallarında məqalələr dərc etdirərək dissertasiyalar müdafiə edərək elmi dərəcə aldıqdan sonra elmi adlar alırlar. Lakin qeyd olunan titulu olanlar və ya vəzifəli şəxslər bunu etmədən onlara elmi adlar təqdim olunur. Bu çatışmazlıqları əyani şəkildə görmək üçün Əsasnamədəki bəzi maddələrə fikir verək:

2.6. Dosent elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya dosent vəzifəsini tutan, mədəniyyət, incəsənət və ya memarlıq sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş (xalq artisti, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar memar, əməkdar mədəniyyət işçisi olan və ya uyğun sahələr üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı və ya qalibi olan, yaxud onları hazırlayan), lakin elmi dərəcəsi olmayan iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir

3.12. Professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, mədəniyyət, incəsənət və ya memarlıq sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş (xalq artisti, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar memar), lakin elmi dərəcəsi olmayan, dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir.

Bu maddələrdə olan qeyd olunan ya dosent, ya professor vəzifəsi tutan cümlələri o deməkdir ki, həmin şəxslər müəssisə rəhbərinin əmri ilə həmin vəzifələrə təyin olunur. Bunlara dosent əvəzi və ya professor əvəzi deyilir. Dioplomsuz dosent vəzifəsində 2 il, professor vəzifəsidə 1 il qüsusrsuz işlədikdən sonra müəssisə rəhbərinin verdiyi müsbət xasiyyətnamə və təqdimatı ilə sənədlər Ali Attestasiya Komissiyasına göndərilir. Bundan sonra onlara elmi adlara uyğun sertifikat təqdim edilir.

Bu maddələrdən aydın olur ki, hər hansı elmi dərəcəsi olmayan bir şəxs ali məktəbdə yüksək vəzifələrə təyin olunarlarsa və ya xalq artisti, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar memar və s. titullara malik olarsa elmi dərəcəsi olmdan əvvəl dosent, bir qədər sonra həmin dosent adına istinad edərək professor elmi adıni ala bilər. Məhz burada , yəni Əsasnamədə əsil elm adamları ilə vəzifyə, titullara görə elmi adlar alanların fərqi görünsə də cəmiyyətdə bu görünmür və geniş ictimaiyyətin bundan xəbəri olmur. Özü də əsil elm adamları yox, müxtəlif telekanallara çıxmaq imkanı olan bu cür “professorlar” bu addan özlərini reklam etmək üçün gen bol istifadə edir, təvazökarlıqdan uzaq olsa da tez-tez bu adı təkrarlamaqda çəkinmirlər.

Deməli gələcəkdə cəmiyyətin inkişafına mane olan sovet dövründən qalmış bu kimi çatışmazlıqları aradan qaldırmaq üçün köklü islahatlara, ilk növbədə isə” Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə ciddi dəyişiklər edilməlidir. Əsasənamədə elmi dərəcəsi olmayan şəxslərə elmi adların verilməsi qadağan olunalıdır.

Bu addımları atmaq üçün Türk xalqlarının, o cümlədən Azərbaycan xalqının tarixində mövcud olmuş müsbət nümunələrdən istifadə olunmalıdır. Belə nümunələrdən biri, Çingiz xanın 1206-cı ildə Qaraqorum qurultayında Ali xaqanlığın rəhbəri təyin olunandan sonra 38 milyon kv. km ərazini, başqa sözlə yer kürəsinin quru hissəsinin1/4 -ni və əhalisinin isə 1/3-ni, təqribən 160 milyon nəfəri əhatə edən böyük bir dövlət yaratmış, Çıngiz xan “Yeke Ulus”, “Yeke dövlət” adlandırdığı dövlətin Yasasıdır . Çingiz xanın Yasasında (Qanunu) müasir dövrdə nümunə üçün götürülməsi mümkün olan bir sıra maddələr var. Bunlar aşağıdakılardır:

Maddə 19. “Bütün dinlərə sayqı göstəriləcəkdir. Onların arasında heç bir fərq olmayacaqdır. Çingiz Xan bütün bu əmrləri Allaha inanmaq üçün verir.”

Maddə 24. Çingiz Xan pis və əxlaqsız nitqi qadağan etdi. Hər şeyin əxlaqlı olmasını əmr etdi.

Mövzumuya uyğun olan isə 25-ci maddədir:

Maddə 25 . “Çingiz Xan əmr etdi, heç bir məzhəbə imtiyaz, üstünlük verilməyəcək. Sözlər təmtəraqlı deyilməyəcək. Fəxri adların istifadəsi qadağandır. Əgər sultan və ya kimlə danışılırsa, yalnız onun adı çəkilməlidir.”

Sonda Həmkarlar İttifaqı Şurasının konfrans zalında 1998-ci ilin payızında, yəni Cingiz xanın yasasının qəbulundan 792 il sonra, həmin yasanın maddəsinə zidd olan, gülüş doğuran bir çıxışı oxucuların diqqətinə çatdırmaq istəyirik. Ad çəkməyi lazım bilmədiyimiz üçün bəzi yerlərdə adlar ... əvəz edilib.

Kürsüdə çıxış edən bir partiya sədrin müavini hamının yaxşı tanıdığı öz sədridən sitat gətirmək üçün dedi: “Amerika Birləşmiş Ştatları Respublikaçılar İnstitunun Azərbaycan Respublikasındaki ofisinin rəhbəri Tom Barri ilə seçkilərlə bağlı söhbətində, Azərbaycan Respublikası Milli Məclisin üzvü, Parlamentin ... komitəsinin səlahiyyətli nümayəndəsi, elmlər namizədi, Azərbaycan ... Partiyasının sədri... demişdi:

Ağzına qədər dolu olan zaldan bu sözlərdən sonra gurultulu alqış deyil, gülüş qopdu.

Fikrimizcə insanlar gələcəkdə gülüş hədəfinə tuş gəlməmək üçün tariximiz aid digər hüquqi sənədlərlə yanaşı, Çingiz xanın Yasasında (Qanunu) olan maddələrdən örnək götürməlidirlər.

Məhərrəm Zülfüqarlı
Tarix elmləri doktoru, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ