çərşənbə axşamı günü, 28 iyul 2026
     

ABŞ-la İran arasında vasitəçilik Pakistandan Qətərə keçdi...

Image


Bəhruz Quliyev: “Pakistan variantının tamamilə sıradan çıxdığını demək doğru olmaz, sadəcə prosesin formatı dəyişir”

ABŞ və İsraillə yaşanan hərbi münaqişəyə son qoymaq məqsədilə İran nümayəndə heyəti Qətərin paytaxtı Dohaya səfər edib.

Yüksək səviyyəli heyətin tərkibinə İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati daxildir. Adının açıqlanmasını istəməyən diplomatik mənbənin verdiyi məlumata görə, Dohadakı danışıqların əsas diqqət mərkəzində Hörmüz boğazının təhlükəsizliyi və yüksək dərəcədə zənginləşdirilmiş uranla bağlı strateji məsələlər dayanır. Mərkəzi Bank sədrinin heyətdə yer alması isə əldə olunacaq yekun razılaşmanın tərkib hissəsi kimi, İranın dondurulmuş maliyyə vəsaitlərinin geri qaytarılması mövzusunun müzakirə ediləcəyindən xəbər verir.

Maraqlıdır, indiyə qədər İranla bağlı danışıqlar Pakistanda gedirdi, bəs indi nə oldu, Pakistan variantı çıxdımı ortadan? Üstəlik, Mərkəzi Bankın sədri həqiqətən də ora gedibsə, deməli, İranın dondurulmuş aktivlərinin açılması və ölkəyə qaytarılması məsələsi də real olaraq müzakirə oluna bilər.

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyev hesab edir ki, Yaxın Şərqdə proseslər siyasi, diplomatik və maliyyə platformalarında da idarə olunur: “ABŞ və İsrail ilə İran arasında gərginliyin azaldılması istiqamətində Dohada aparıldığı bildirilən təmaslar bir daha göstərir ki, Yaxın Şərqdə proseslər artıq təkcə hərbi müstəvidə deyil, paralel şəkildə siyasi, diplomatik və maliyyə platformalarında da idarə olunur. İran nümayəndə heyətinin tərkibində həm parlament sədrinin, həm xarici işlər nazirinin, həm də Mərkəzi Bank rəhbərinin yer alması təsadüfi sayıla bilməz. Bu, danışıqların sırf təhlükəsizlik məsələləri ilə məhdudlaşmadığını, eyni zamanda, iqtisadi və maliyyə komponentlərinin də əsas gündəlik mövzularından birinə çevrildiyini göstərir. Əvvəlki mərhələlərdə İranla bağlı müəyyən diplomatik kanalların Pakistan üzərindən aparılması daha çox vasitəçilik və əlaqələndirmə xarakteri daşıyırdı. Pakistan həm Tehran, həm də Vaşinqtonla müəyyən təmas imkanlarına malik olduğu üçün mesajların ötürülməsində körpü rolunu oynayırdı. Lakin hazırkı mərhələdə prosesin Dohaya keçməsi onu göstərir ki, məsələ artıq dolayı mesajlaşma mərhələsindən daha konkret siyasi bazarlıq mərhələsinə daxil olur. Qətər uzun illərdir ki, regionda ən həssas danışıqlar üçün neytral və etibarlı platforma kimi çıxış edir. Taliban-ABŞ danışıqlarından tutmuş, müxtəlif girov və enerji diplomatiyası məsələlərinə qədər Doha özünü praktik vasitəçi kimi təsdiqləyib. Bu baxımdan Pakistan variantının tamamilə sıradan çıxdığını demək doğru olmaz. Sadəcə olaraq, prosesin formatı dəyişir. Pakistan müəyyən mərhələdə kommunikasiya kanalı rolunu oynayırdısa, indi Qətər daha genişmiqyaslı siyasi və maliyyə razılaşmalarının müzakirə olunduğu əsas platformaya çevrilir. Bu isə onu göstərir ki, tərəflər vəziyyətin idarəolunan çərçivədə saxlanılmasında maraqlıdırlar”.

Politoloq B.Quliyev onu da qeyd etdi ki, İran Mərkəzi Bankının sədrinin nümayəndə heyətində yer alması xüsusi diqqət çəkən məqamdır: “Düşünürəm ki, söhbət yalnız təhlükəsizlik və nüvə məsələlərindən getmir. Burada İranın xaricdə dondurulmuş milyardlarla dollar həcmində vəsaitinin taleyi də müzakirə predmetinə çevrilə bilər. Çünki iqtisadi təzyiq İran üçün ən ciddi problemlərdən biridir və Tehran yaxşı anlayır ki, uzunmüddətli qarşıdurma iqtisadi baxımdan ölkəni daha ağır vəziyyətə sala bilər. Digər tərəfdən, Qərb də anlayır ki, İranın tam iqtisadi blokada şəraitində saxlanılması regionda yeni və idarəolunmaz risklər yarada bilər. Buna görə də müəyyən məhdud maliyyə yumşalmaları, dondurulmuş aktivlərin mərhələli şəkildə açılması və ya humanitar-iqtisadi mexanizmlərin işə salınması istisna deyil. Xüsusilə də Hörmüz boğazının təhlükəsizliyi dünya enerji bazarları üçün həyati əhəmiyyət daşıyır və burada sabitliyin qorunması beynəlxalq oyunçular üçün prioritetdir. Bütün bunlar onu göstərir ki, Doha təmasları yalnız müvəqqəti gərginliyin azaldılması deyil, həm də yeni siyasi-iqtisadi balansın formalaşdırılması cəhdi kimi qiymətləndirilə bilər. Yəni hazırda masa üzərində təkcə raketlər və nüvə məsələsi yoxdur. Enerji təhlükəsizliyi, regional sabitlik, sanksiyalar, maliyyə resursları və İranın beynəlxalq iqtisadi sistemə qayıdış imkanları da paralel şəkildə müzakirə olunur. Bu isə Yaxın Şərqdə qarşıdakı dövrdə daha mürəkkəb, lakin daha strateji diplomatik mərhələnin başlanmasından xəbər verir”.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

Azərbaycan Türkiyədən S-400 raketlərini almalıdırmı?..

SON XƏBƏRLƏR

28.07.2026 / 17:46
Kolumbiya Bakıdakı səfirliyini bağlayır - Azərbaycanın narkotiklərə qarşı dürüst mübarizəsi ilə əlaqəli ola bilərmi?

28.07.2026 / 17:32
Yaponiyada güclü zəlzələ nəticəsində ticarət mərkəzi çökdü – çox sayda ölən var...

28.07.2026 / 17:21
Ən yaxşı ədəbi əsərlər dövlət sifarişi ilə film çəkilişinə təqdim olunacaq...

28.07.2026 / 17:07
Avropa Rusiyaya qarşı "paket sanksiya" siyasətindən imtina edir - 21 son olacaq...

28.07.2026 / 16:57
İran hakimiyyətindəki "iç qarışdıranlar" Azərbaycanla informasiya müharibəsini yenə başlada bilər...

28.07.2026 / 16:50
Qvadelupadan Parisə sərt cavab - Dekolonizasiya nə vaxtdan Fransanın “daxili işi” olub...

28.07.2026 / 16:41
Bakıda növbəti dəfə "Qaraciyər sağlamlığı və transplantasiya mövzusunda maarifləndirmə" tədbiri uğurla keçirilib

28.07.2026 / 16:28
Ermənistanda durum sürətlə pisləşir, Paşinyan Putinə minnətçi düşüb...

28.07.2026 / 16:15
ABŞ-İran müharibəsi Çinin işinə yaradı - Amerika zərbələri Pekinin rəqibini "vurdu"...

28.07.2026 / 16:10
“ONESXM”-dən Bakı Təşəbbüs Qrupuna dəstək - Fransanın müstəmləkəçilik siyasəti tənqid edildi

28.07.2026 / 16:03
İraq Türkiyəyə "Kərkük-Ceyhan kəmər həmləsi" hazırlayır - Suriya prezidenti Ərdoğana qarşı oyuna çəkilir...

28.07.2026 / 15:51
"Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığı məzmunlu olub" - Kreml

28.07.2026 / 15:43
İran yenə Ermənistanın xilaskarına çevrilmək istəyir

28.07.2026 / 15:35
“Polis üzümü islatmadan saqqalımı zorla qırxdı” - Tacikistanın hicab və saqqal davası qızışır...

28.07.2026 / 15:17
Avropanın “cəhənnəm odu”: yüz minlərlə insan Fransa və İspaniyadan qaçır

28.07.2026 / 15:09
Tramp Netanyahuya Türkiyənin F-35-ləri ilə bağlı sərt təpindi – “mən özüm bilərəm”...

28.07.2026 / 14:17
Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edildi

28.07.2026 / 14:12
Azərbaycan Qazaxıstana səfir təyin etdi

28.07.2026 / 14:06
Elçin Hüseynli Azərbaycanın İtaliyada yeni səfiri təyin edildi

28.07.2026 / 13:54
Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcəklər...

28.07.2026 / 13:50
İraqdakı İranyönlü şiə qruplar Səudiyyəni hədələdi - bizə hücum olsa...

28.07.2026 / 13:43
Azərbaycanla Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqləndi

28.07.2026 / 13:39
Yaponiyanın cənubunda 7,1 bal gücündə zəlzələ - sunami xəbərdarlığı edildi...

28.07.2026 / 13:25
Ukrayna Moskvada daha bir logistika mərkəzini vurdu…

28.07.2026 / 13:10
İrandan Azərbaycana 7 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

28.07.2026 / 12:53
Putin Prezident İlham Əliyevə zəng edib

28.07.2026 / 12:38
Dini inanclı insanlarla bağlı paylaşım edən şəxs saxlandı

28.07.2026 / 11:56
Ukraynanın keçmiş prezidenti Yanukoviç soyadını dəyişdirdi və Soçiyə köçdü…

28.07.2026 / 11:41
Rəsmi Bakıdan Rusiya XİN-ə sərt təpki - buna son qoyulmalıdır...

28.07.2026 / 11:19
Qara dənizdə Rusiyanın vurduğu Türkiyə gəmisi batdı...

28.07.2026 / 11:01
ŞOK!!! İran Tramp ailəsini açıq sui-qəsdlə təhdid etdi - "Bizi gözləsin"…

28.07.2026 / 10:45
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlandı

28.07.2026 / 10:27
Abşeronda uşaq yanan doqquzmərtəbədən özünü atdı...

28.07.2026 / 10:22
Zelenski Trampla görüşmək üçün ABŞ-a getdi...

28.07.2026 / 10:04
ABŞ danışıqlar sona çatana qədər Hörmüzün açıq qalmasını istədi, İran rədd etdi…

28.07.2026 / 09:47
Azərbaycan nefti 95 dollara satılır

28.07.2026 / 09:12
Putindən ordu ilə bağlı yeni qərar – şəxsi heyətin sayı 27 min nəfər artdı…

28.07.2026 / 08:25
İran Ukraynanı qisasla hədələdi - Xəzərdə dənizçinin ölümünə görə…

28.07.2026 / 08:12
İran Hörmüzü keçən Rusiya gəmilərinə xüsusi imtiyaz verir

28.07.2026 / 07:58
Livan öz ərazisindən Aralıq dənizinə “neft yolu” təklif etdi

28.07.2026 / 07:47
Tramp İranı Venesuela ilə müqayisə etdi - “…onlar məğlub edilməlidir”…

28.07.2026 / 07:39
İran-Oman danışıqları yenidən başladı, ikincilər nikbindir

27.07.2026 / 23:20
Tərəkəmə/Köçəri mədəniyyətin Başkənd yurd ocaqları və tarixi-coğrafi səciyyəsi...

27.07.2026 / 22:47
Rumıniya bir rus diplomatını ölkədən qovdu, Moskvadakı səfirini isə geri çağırdı…

27.07.2026 / 22:25
Putin Paşinyandan tələb etdi - AİB-lə bağlı referendumu mümkün qədər tez keçirin…

27.07.2026 / 22:08
Bakının maliyyələşmə təklifinə ciddi baxmasa, Avropa qışda qaz tapmayacaq - anbarlar boşdur...

27.07.2026 / 21:51
Xəzərdə müharibə gedir - İran Avropanı və Ukraynanı hədələdi...

27.07.2026 / 21:36
Rusiya Ermənistanı tam çökdürür, fermerlərin narazılığı artır...

27.07.2026 / 21:22
Səfir ABŞ-ın İrana qarşı quru əməliyyat planını (?) açdı...

27.07.2026 / 21:20
Husilər Səudiyyənin neft zavodlarını məhv edəcəklərini açıqladı...

27.07.2026 / 21:09
Ermənistan şirkətləri də faktiki olaraq geosiyasi vəziyyətin girovuna çevriliblər...

27.07.2026 / 21:03
Husilər Səudiyyənin liman şəhərində neft obyektlərini bombaladı…

27.07.2026 / 20:55
Ermənistanın yeni enerji dəhlizi ABŞ və Rusiyanın xoşuna gələcəkmi...

27.07.2026 / 20:40
BMT və NATO-da Rusiyaya qarşı 2 gediş - Putin hələ də Trampı “tumarlayır”... niyə?

27.07.2026 / 20:27
Moldova separatçı Dnestryanı problemini su və Ukrayna vasitəsilə həll etməyə çalışır

27.07.2026 / 20:18
Zelenski İranla münasibətlərin pisləşməsinə münasibət bildirdi – birinci onlar bizə hücum edib…

27.07.2026 / 20:10
ABŞ İranda yenidən iğtişaşlar yaratmaq istəyir

27.07.2026 / 19:56
Neft sənayesinə zərbələr və Ukrayna ssenarisi: ruslar Qazaxıstanı seçim qarşısında qoyur...

27.07.2026 / 19:40
Ukrayna səfiri Hindistan Xarici İşlər Nazirliyinə çağırıldı

27.07.2026 / 19:26
Tramp və İrandan ziddiyyətli açıqlamalar – biri “danışıqlar aparırıq” deyir, digəri “heç bir danışıq aparılmır” deyir…

27.07.2026 / 19:11
Fransa səfiri İran XİN-ə çağırıldı - üzr istəməlisiniz…

27.07.2026 / 18:53
34 yaşlı xanım baş direktor Putinin ən böyük kabusu oldu – HHM sistemləri çökdü, Kremlin bütün planları alt–üst oldu…

27.07.2026 / 18:30
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib

27.07.2026 / 18:02
Ermənistanın eks-ombudsmanı TRİPP-i aparıb Bjezinskiyə bağladı

27.07.2026 / 17:45
Zelenski Britaniyada dron zavodu qurmaq fikrindədir

27.07.2026 / 17:38
Üç düşmən ölkə Türkiyəyə qarşı ittifaq qurdu - “Axilles qalxanı”...

27.07.2026 / 17:10
ABŞ vitse-prezidenti İran kampaniyasının genişlənməsindən niyə narahatdır?..

27.07.2026 / 17:03
Lerikdə saxlanan şübhəli şəxsin maşınından 9 kq narkotik çıxdı - VİDEO

27.07.2026 / 16:55
Tramp Netanyahu ilə görüşdən imtina etdi - "İsrail ABŞ-ın planını pozur" iddiaları...

27.07.2026 / 16:48
Maşını cərimə meydançasına aparılan sürücülərə ödənilən pul bu hallarda geri qaytarılacaq...

27.07.2026 / 16:38
MEDİA-dan İranın AzTV qərarına sərt reaksiya - "Səhər" TV və "Mehr"in Azərbaycanda fəaliyyəti qanunsuz elan edildi

27.07.2026 / 16:32
Türkiyənin turizmi ABŞ-da nüfuzlu mükafatlar qazandı

27.07.2026 / 16:27
“Sərdarı, Bünyadı var” - sovetin ideoloji qalıqları olan mahnılar...

27.07.2026 / 15:56
Qazaxıstan prezidentinin Putinə "ana mesajı" - "vasitəçilik ermək istəmirəm, müharibəni özünüz dayandırın"...

27.07.2026 / 15:37
ABŞ Mərkəz komandanlığı Trampın İran əməliyyatlarına qarşı çıxdı...

27.07.2026 / 15:25
Ukrayna donanması rəsmən NATO strukturuna daxil edildi...

27.07.2026 / 15:10
Ukrayna Udmurtiyada Rosrezerv neft bazasını vurdu…

27.07.2026 / 14:52
Avropanın böyük ölkələrinin Aİ-ni ələ keçirmək planı… Gürcü spiker üsyan etdi – “artıq üzvlüyün nə mənası var?”

27.07.2026 / 14:26
İran ABŞ-a açıq bir mesaj göndərdi - buna icazə vermədik və verməyəcəyik…

27.07.2026 / 14:11
Hörmüz boğazında gecə gərginliyi - İran 6 gəmini saxladı, biri qəzaya uğradı...

27.07.2026 / 13:47
Husilər Səudiyyənin neft zavodlarını məhv edəcəklərini açıqladı...

Süni intellekt texnologiyaları təhsil proqramlarına necə inteqrasiya olunur...

XƏBƏR ARXİVİ