ABŞ ilə münaqişənin həlli çərçivəsində İran, yalnız Çinə təhvil verilməsi şərti ilə öz ərazisindən yüksək zənginləşdirilmiş uranı çıxarmağa hazır olduğunu bildirib.
Bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hədət" televiziya kanalı yüksək vəzifəli mənbələrə istinadən məlumat verib. “Tramp ölkədən uranı çıxarmadan İranla sülhə razı olmayacaq. Bu səbəbdən İran öz ərazisindən yüksək zənginləşdirilmiş uranı çıxarmağa hazırdır", - deyə bildirən kanal Tehranın "yüksək zənginləşdirilmiş uranın yalnız Çinə təhvil verilməsi şərtini qoyduğunu" açıqlayıb Əl-Hədətin mənbələri həmçinin qeyd edib ki, İslam Respublikası ABŞ-la danışıqlarda "irəliləməzdən əvvəl Çindən zəmanət istəyir".
SAMİRƏ