çərşənbə günü, 25 noyabr 2026
     

Azərbaycanda “şəhərdən kəndə” dönüş zərurəti rəsmən bəyan olundu...

Image


Rəsmiyyə Sabir: “Əhalinin şəhərdən kəndə qayıdışını təmin etmək üçün bir sıra əsas problemlər həll olunmalıdır”

Son illər insanların kəndlərdən şəhərə, xüsusən də paytaxta üz tutması, burada həyatlarını davam etdirməsi halları mövcuddur. Urbanizasiya prosesinin mənfi nəticələri ciddi narahatlıq doğurur, kəndlərin boşalması məsələsi sosial problem kimi qarşıya çıxır. Prezident İlham Əliyev kənd təsərrüfatı ilə bağlı keçirdiyi müşavirədə bəyan edib ki, insanların kəndlərdən şəhərə yox, şəhərlərdən kəndlərə axınını gücləndirmək lazımdır.

Bu barədə Prezident İlham Əliyev bildirib: “Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf Proqramının və proqramlarının, - dediyim kimi, bir neçə proqram qəbul edilmişdir, - məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır".

Göründüyü kimi Prezidentin bu açıqlaması mühüm məsələri özündə ehtiva edir.

Şəhərdən kəndə qayıdış prosesinin başlanması üçün nə lazımdır? Hansı problemlər həll olunmalıdır ki, camaat kəndə qayıtsın?

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) baki-xeber.com-a bildirib ki, şəhərdən kəndə qayıdış prosesinin başlaması üçün bir sıra mühüm şərtlər təmin olunmalıdır. “İnsanlar kəndə o zaman qayıdırlar ki, orada sabit gəlir, rahat həyat və gələcək perspektivi görsünlər. Ümumiyyətlə, insanlar hər zaman daha yaxşı şəraitdə yaşamağa çalışırlar. Harada iş yerlərinin sayı çox, infrastruktur daha inkişaf etmişdirsə, insanlar həmin ərazilərə üz tuturlar. Hazırda ölkəmizdə iş yerlərinin və inkişaf etmiş infrastrukturun əsas hissəsi Bakı şəhərində cəmləşdiyi üçün əhalinin böyük hissəsi paytaxtda yaşamağa üstünlük verir.

Professor qeyd edib ki, ölkə Prezidentinin vurğuladığı məsələ əslində iqtisadi, sosial və infrastruktur siyasətinin kompleks şəkildə həyata keçirilməsini tələb edir. “Əhalinin şəhərdən kəndə qayıdışını təmin etmək üçün bir sıra əsas problemlər həll olunmalıdır. İlk növbədə regionlarla Bakı şəhəri arasında sosial-iqtisadi inkişaf baxımından mövcud olan disbalans aradan qaldırılmalıdır. Regionlarda yeni iş yerləri yaradılmalıdır ki, insanlar sabit gəlir əldə etmək imkanına malik olsunlar.

Bunun üçün kənd təsərrüfatı gəlirli sahəyə çevrilməlidir. Fermerlərin məhsullarını bazara rahat çıxarması üçün şərait yaradılmalı, kəndlərdə emal müəssisələri qurulmalıdır. Kənd turizmi, arıçılıq, heyvandarlıq, istixanaçılıq kimi sahələr inkişaf etdirilməlidir. Hazırda əsas problemlərdən biri odur ki, kəndli məhsul istehsal etsə də, satışdan ciddi qazanc əldə edə bilmir. Əksər hallarda xərclər gəliri üstələyir. Regionlarda kənd təsərrüfatı ilə yanaşı xidmət sektorunun inkişaf etdirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması zəruridir”.

R.Sabir bildirib ki, regionlarda infrastruktur daha da yaxşılaşdırılmalıdır. “Yollar keyfiyyətli olmalı, ictimai nəqliyyat sistemi inkişaf etdirilməlidir. Hələ də bəzi regionlarda kəndlər və qəsəbələr arasında ictimai nəqliyyat problemi qalmaqdadır”.

Onun sözlərinə görə, fasiləsiz elektrik enerjisi, qaz və internet təminatı da mühüm əhəmiyyət daşıyır. Müasir dövrdə internet xüsusilə vacibdir. İnsanlar həm işləmək, həm təhsil almaq, həm də müxtəlif xidmətlərdən istifadə etmək üçün sürətli internetə ehtiyac duyurlar. Rəqəmsallaşma və süni intellekt texnologiyalarının sürətli inkişafı internetin əhəmiyyətini daha da artırır. İnsanların rahat və keyfiyyətli yaşayış şəraitinə malik olması onların ən təbii hüququdur.

Professor vurğulayıb ki, təhsil sahəsində də islahatlar davam etdirilməlidir. Bəzi valideynlər uşaqlarının gələcəyini düşündükləri üçün kənddən şəhərə köçürlər. Kənd məktəblərində keyfiyyətli təhsil imkanları genişləndirilməlidir.

Səhiyyə sahəsində də ciddi addımların atılması vacibdir. Xəstəxana və tibb məntəqələrinin fəaliyyət keyfiyyəti artırılmalı, tibbi personal çatışmazlığı ilə bağlı problemlər həll edilməlidir.

Ekspert qeyd edib ki, hazırda kəndləri tərk edərək şəhərlərə üz tutanlar arasında gənclər üstünlük təşkil edir. Çünki onlar kənddə öz gələcəkləri üçün yetərli perspektiv görmürlər. “İş yerlərinin azlığı, sosial həyatın zəifliyi və özünüinkişaf imkanlarının məhdudluğu gənclərin kənddən uzaqlaşmasına səbəb olur. Gənclərin kənddə qalması üçün məşğulluq imkanları genişləndirilməli, kiçik və orta biznes inkişaf etdirilməli, aqrar startaplar dəstəklənməli, mədəniyyət və idman sahələrinə diqqət artırılmalıdır”.

R.Sabir vurğulayıb ki, uzun illərdir “uğurlu həyat şəhərdədir” düşüncəsi formalaşıb. Bu yanaşmanın dəyişdirilməsi zəruridir. Bunun üçün kənd həyatı müasir standartlara uyğunlaşdırılmalı, kəndlər sosial-iqtisadi baxımdan inkişaf etdirilməli, kənddə yaşayan insanlar özlərini təcrid olunmuş hiss etməməlidirlər.

Professorun sözlərinə görə, dünyanın bir çox ölkəsində artıq əks proses müşahidə olunur: “İnsanlar böyük şəhərlərin bahalı və stresli həyatından uzaqlaşaraq kəndlərə və kiçik şəhərlərə köçürlər. Bunun əsas səbəbi həmin ərazilərdə keyfiyyətli həyat şəraitinin yaradılmasıdır. Azərbaycanda da buna nail olmaq mümkündür. Lakin bunun üçün kənd yalnız əkin-biçin yeri deyil, tam yaşayış və inkişaf məkanı olmalıdır”-deyə R.Sabir vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

24.11.2026 / 10:54
ABŞ-ın hərbi müşayiəti də kömək etmədi – Hörmüzdə daha üç tanker alov aldı...

24.11.2026 / 10:46
ABŞ senatoru Prezident Əliyevi və Paşinyanı təbrik etdi

24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...

24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında – Qətər Vaşinqtona xəbərdarlıq etdi...

24.11.2026 / 09:48
Bakıda yeni işıqforlar quraşdırılacaq - avtobus sürücülərinin nəzərinə...

24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm - ADSEA yayılan məlumatı təkzib etdi

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ