şənbə günü, 26 sentyabr 2026
     

Vüqar Rəhimzadə: Kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi strateji hədəflərdəndir

Image


Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, dayanıqlı iqtisadi inkişafın təmin edilməsində yol xəritəsidir. Ulu Öndərin Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin edən neft strategiyasının davamlı uğurları bu gün ölkəmizin hərtərəfli inkişafında özünün aydın ifadəsini tapır. Belə ki, neft gəlirlərindən səmərəli istifadə edilməsi qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımların atılmasına stimul verir. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması həm ölkənin dayanıqlı iqtisadi inkişafına təmin edir, həm də hər hansı bir çətinlikdən uğurla çıxmasına yol açır.

Dünya istər iqtisadi və maliyyə böhranının geniş vüsət aldığı, istərsə də koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin aparıldığı dövrlərdə bunun bir daha şahidinə çevrildi. İqtisadi islahatların dövrün çağırışlarına uyğun olaraq təkmilləşdirilməsi, mühüm sosial layihələrin icrası, əhalinin məşğulluq və işsizlik problemlərinin həllinin hər zaman diqqətdə saxlanılması, bir sözlə, vətəndaş məmnunluğunun artırılması Azərbaycanın daim iqtisadi inkişafı ilə diqqətdə olmasını şərtləndirir.

Bu gün artıq digər bölgələrimiz kimi, işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə məsələsi də gündəmdədir. Azərbaycan rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi hər zaman beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Ən islahatçı ölkə kimi tanınır, nüfuz qazanır. Bütün bunlar Azərbaycanın hər zaman dövrün çağırışlarının yüksək səviyyədə cavablandırmasından, iqtisadi inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsindən irəli gəlir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 2003-cü ildə bu çağırışı etdi ki, biz neft kapitalını insan kapitalına çevirməliyik. İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Enerji sektorundan asılılıq minimuma endirilməlidir. Bu gün həmin hədəflərin reallıqda öz əksini tapdığını görürük. May ayının 25-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bütün bu məqamlar geniş təhlil edildi.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, ölkəmizdə qeyri-neft sektorunun əsas inkişaf prioritetlərindən biri kənd təsərrüfatıdır. Dövlətin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir ki, Azərbaycan nəinki bir çox məhsullara olan tələbatını yerli istehsal hesabına ödəyir, hətta xaricə də ixrac edir. Qeyri-neft sektorunun inkişafı ilə yanaşı, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı təmin edilmiş, əkinəyararlı torpaqlardan və mövcud su resurslarından səmərəli istifadə istiqamətində mühüm addımlar atılmış, minlərlə hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb olunmuş və nəticədə kənd təsərrüfatı məhsullarının istehsalında davamlı artım meyilləri formalaşmışdır.

Prezident İlham Əliyev müşavirədə torpaqlardan səmərəli istifadə, kənd təsərrüfatı texnikası ilə təminat, gübrə istehsalının artırılması, su təchizatı, aqroparkların yaradılması, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı və sair kimi məsələlərdən geniş bəhs etdi. Diqqəti ilk dəfə Prezident seçildikdən sonra qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına yönəldərək bu sənədin icrası nəticəsində qazanılan uğurlardan da danışdı. Vurğuladı ki, kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir: “Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərimdən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi. 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi. Bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi.”

Vüqar Rəhimzadə qeyd edib ki, Regional inkişaf proqramlarının uğurlu icrası şəhərlə kənd arasında müəyyən fərqlərin aradan götürülməsini də təmin etdi. Bir faktı qeyd etmək kifayətdir ki, hazırda paytaxt Bakı ilə yanaşı, bölgələrimiz də iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində müzakirə edilən kəndlərdən şəhərlərə olan axın məsələsinə diqqəti yönəldərək bildirdi ki, bu, təkcə ölkəmiz deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Regional İnkişaf proqramlarının məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar. Orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır. Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələri də uğurla həyata keçirilib. Bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət alıb. Bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik.

Milli Məclisin deputatı bildirib ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların böyük həcminin qeyri-neft sektoruna yönəldilməsi bu sahənin inkişafının prioritetliyi ilə yanaşı, mövcud imkanlarımızın da təqdimatıdır. Azərbaycan investisiya cəlbediciliyə malik ölkədir. Ölkəmizdə mühüm investisiya mühiti mövcuddur. Prezident İlham Əliyev müşavirədə bu çağırışı da etdi ki, həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına sərmayə qoymasına daha böyük həcmdə nail olaq. Eyni zamanda, xarici investorları həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Çünki bu gün Azərbaycanın beynəlxalq əlaqələri çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Azərbaycan dünya miqyasında çox yüksək reputasiyaya malikdir. Bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlıq etmək istəyirlər. Ölkəmizdə bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradılır.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan ixrac imkanlarını genişləndirmək üçün zəruri olan bütün imkanlardan maksimum istifadə etməyə səy göstərir. Bir sözlə, kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması, ekoloji təmiz məhsul istehsalı və işğaldan azad edilmiş ərazilərin aqrar potensialının dirçəldilməsi ölkənin iqtisadi modelinin mərkəzində dayanır. Fermerlərə verilən subsidiyaların tam rəqəmsallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, şəffaflığın təmin edilməsi, güzəştli kreditlərin fermerlər üçün əlçatanlığının artırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi və kiçik ailə təsərrüfatlarının dəstəklənməsi əsas prioritetlərdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlətimizin iqtisadi siyasətinin əsas tərkib hisəsidir. Daxili tələbatın yerli məhsullarla ödənilməsi və ixrac coğrafiyasının şaxələndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Əvvəldə də qeyd etdiyimiz kimi, işğaldan azad edilən torpaqlarımızda kənd təsərrüfatının gələcək inkişafına xüsusi diqqət göstərilir. Bu bölgələrdə üzümçülüyün, taxılçılığın, pambıqçılığın və heyvandarlığın inkişafı üçün çox böyük potensial vardır. Bu potensialdan səmərəli istifadə etməklə, eyni zamanda, aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq. Artıq bu bölgələrdə də aqroparkların yaradılmasına xüsusi diqqət göstərilir.

Millət vəkili bildirib ki, hədəflər uğurların davamlılığında stimulverici amildir. Onlara yüksək səviyyədə və zamanında nail olmaq üçün Dövlət proqramlarının qəbuluna böyük ehtiyac yaranır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nı qeyd etmək istərdik. Məqsəd nəzərdə tutulan dövr üçün aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsi, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, balıqçılıq və akvakultura sahələrinin inkişafıdır.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ