Avropa İttifaqı (Aİ) diplomatlarını Kiyevdən təxliyə etmək fikrində deyil, əksinə, Ukraynaya hərbi dəstəyi artıracaq.
Bunu Avropa Komissiyasının nümayəndəsi Anita Hipper Brüsseldə keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin Qərb diplomatlarının Kiyevdən təxliyə edilməsinin zəruriliyi barədə xəbərdarlığını şərh edərkən deyib.
“Aİ özünün Kiyevdəki diplomatik mövcudluğunu dəyişməz saxlayacaq... və Ukraynaya hərbi dəstəyi artıracaq”, - deyə Hipper vurğulayıb. O əlavə edib ki, Avropa İttifaqı qeyri-hərbi hədəflərə hücumlara görə məsuliyyət daşıyanların hamısının məsuliyyətə cəlb olunmasına çalışacaq.
Hipper, həmçinin bildirib ki, onların bu mövqeyi Aİ-dəki Rusiya missiyasının rəhbərinə çatdırılıb.