ABŞ və İran arasında gərgin danışıqların getdiyi bir vaxtda Vaşinqton regionda gərginliyi artıra biləcək yeni bir addım atıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın cənubundakı hədəflərə hava hücumları həyata keçirdiyini açıqlayıb.
CENTCOM sözçüsü Tim Hokins hücumların ABŞ qoşunlarını İran təhdidlərindən qorumaq məqsədi ilə "özünümüdafiə" məqsədilə həyata keçirildiyini bildirib. CENTCOM görə, hədəfə alınan yerlər arasında raket buraxılış məntəqələri və Hörmüz boğazında mina qoymağa hazırlaşdığı iddia edilən İran gəmiləri olub.
İran mediası Bəndər Abbasda ardıcıl partlayışların başverdiyini bildirib. Partlayışların dəqiq yeri hələ bəlli olmasa da, bəzi məlumatlarda Bəndər Abbas hava limanının uçuş-enmə zolağına raket zərbələri endirildiyi iddia edilir. İranın Tabnak Xəbər Agentliyi isə Hörmüz boğazına yaxın olan Lərək adası yaxınlığında baş verən hücumlarda bir neçə nəfərin öldüyünü iddia edib. Mehr Xəbər Agentliyi Bəndər Abbasdakı vəziyyətin nəzarət altında olduğunu və ictimai narahatlığa heç bir səbəb olmadığını bildirib.
Bu arada, ABŞ prezidenti Donald Tramp sosial mediada İranın zənginləşdirilmiş uranın ya məhv edilməsi üçün ABŞ-a təhvil verilməli, ya da Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında məhv edilməli olduğunu bildirib.
ABŞ dövlət katibi Marko Rubio isə ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibəyə son qoymaq məqsədi daşıyan razılaşmanın yekunlaşdırılmasının bir neçə gün çəkə biləcəyini açıqlayıb.
Tahir TAĞIYEV