Ermənistan qarşıdan gələn Avrasiya İqtisadi Birliyinin sammitində iştirak edəcək. Tətildə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu barədə NEWS.am müxbirinin sualını cavablandırarkən bildirib. Zirvə görüşü 28-29 may tarixlərində Astanada keçiriləcək. Daha əvvəl Rusiya baş nazirinin müavini Aleksey Overçuk Nikol Paşinyanın sammitdə şəxsən iştirak etməmək qərarının onun prioritetlərini əks etdirdiyini bildirmişdi. O, həmçinin qeyd edib ki, tədbirdə Ermənistanın AİB-dəki statusu müzakirə olunacaq.
SAMİRƏ