şənbə günü, 26 sentyabr 2026
     

Rusiya qazı kəsir, alternativ qaz mənbəyi “Domokl” kimi Ermənistanın başının üstünü kəsdi...

Image


Rəşad Bayramov: “Belə vəziyyətdə Ermənistanın qazla bağlı alternativləri çox məhduddur”

Seçkilər ərəfəsində Ermənistana qarşı pressinq siyasəti yürüdən Rusiya indi də rəsmi İrəvanı qazın qiyməti ilə hədələyir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, Rusiya etibarlı enerji daşıyıcıları tədarükçüsüdür, xüsusilə də tərəfdaşları üçün.

Lakin onun fikrincə, Ermənistan Avrasiya İqtisadi İttifaqını (Aİİ) tərk etmək qərarına gəlsə, İrəvanı cəlb edən güzəştli qaz qiyməti bazar prinsipləri əsasında formalaşmağa başlaya bilər: “Biz erməni rəhbərliyinin Rusiya qazına, Rusiya enerji daşıyıcılarına olduqca cəlbedici, hətta daha artıq güzəştli qiymətin mövcud olması ilə bağlı bəyanatlarını eşitmişik. Bu, həqiqətən də belədir - Rusiya bütün ölkələrə və xüsusilə ən yaxın müttəfiqləri və tərəfdaşlarına enerji daşıyıcılarının etibarlı və məsuliyyətli tədarükçüsü olaraq qalır. Belə rejim digər inteqrasiyaların iştirakçıları üçün mümkün deyil”.

Rusiya Ermənistandan mineral suların, spirtli içkilərin və qızıl gül idxalına məhdudiyyət qoyub. İndi də növbə qaza çatıb. Maraqlıdır, Rusiya qazın qiymətini artırarsa, Ermənistanın nə kimi alternativləri var? Ermənistan hansısa kənar dövlətdən qaz idxal edəcək, yoxsa Qərbin, erməni lobbisinin maliyyə yardımı ilə Rusiyanın qiymətləri qaldırması ilə razılaşacaq? Bir sözlə, Rusiya qazın qiymətini Avropadakı qiymətlər səviyyəsinə, yəni 177 dollardan 600 dollara qaldırsa Ermənistanın nə kimi alternativləri var?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP Ali Məclisin sədri Rəşad Bayramov Ermənistanın qazla bağlı alternativ variantlarına bir neçə prizmadan yanaşdı: “Seçkilər yaxınlaşdıqca Rusiyanın Ermənistana yönəlik təzyiqlərinin artacağı əvvəlcədən də proqnozlaşdırılırdı. Qarşısına Paşinyanın mövqelərini zəiflətmək hədəfini qoyan rəsmi Moskva bütün imkanları ilə daxildə narazılığı formalaşdırmağa və bununla da kütləni müxalifətin tərəfinə yönəltməyə cəhdlər edir. Ayrı-ayrı rəsmilər isə konkret hədələrdən belə çəkinmirlər. Ümumiyyətlə isə Rusiyanın Ermənistana qarşı enerji kartından istifadə etməsi yeni hadisə deyil. Moskva uzun illərdir postsovet məkanında qaz siyasətini yalnız iqtisadi yox, həm də siyasi təsir aləti kimi tətbiq edir. Hazırkı mərhələdə isə Kremlin Ermənistana təzyiqləri daha açıq xarakter almağa başlayıb. Xüsusilə Ermənistan hakimiyyətinin Qərbə inteqrasiya istiqamətində addımlar atması, Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməsi və tədricən də olsa KTMT-dən uzaqlaşması Rusiyanı narahat edir. Dmitri Peskovun açıqlaması da əslində xəbərdarlıq mesajıdır, yəni əgər İrəvan Avrasiya İqtisadi İttifaqından uzaqlaşarsa, enerji güzəştləri də ləğv oluna bilər. Bu gün Ermənistan Rusiyadan qazı təxminən 177 dollar səviyyəsində alır ki, bu da Avropa bazarı ilə müqayisədə olduqca aşağı qiymətdir. Əgər Moskva bu qiyməti 500-600 dollar diapazonuna qaldırarsa, Ermənistan iqtisadiyyatı həqiqətən də ciddi problemlərlə üzləşə bilər. Çünki Ermənistanın enerji sistemi böyük ölçüdə Rusiyadan asılıdır. Ölkənin qazpaylayıcı şəbəkəsi “Qazprom Ermənistan”ın nəzarətindədir və sənaye, elektrik istehsalı, əhalinin məişət istehlakı əsasən Rusiya qazı hesabına təmin olunur. Belə vəziyyətdə Ermənistanın alternativləri çox məhduddur. İlk baxışda əsas alternativ İran qazı kimi görünür. Ermənistan artıq illərdir İranla “qaz qarşılığında elektrik” sxemi əsasında əməkdaşlıq edir. Lakin burada ciddi məhdudiyyətlər var. Birincisi, İran-Ermənistan qaz kəmərinin ötürmə gücü böyük həcmdə idxala imkan vermir. İkincisi, İran özü beynəlxalq sanksiyalar altındadır və genişmiqyaslı enerji layihələri həyata keçirmək imkanları zəifdir. Üçüncüsü, Ermənistanın bütün enerji infrastrukturu Rusiyanın təsiri altında olduğundan, Moskvanın razılığı olmadan İran qazının ciddi alternativə çevrilməsi çətin görünür”.

R.Bayramov hesab edir ki, digər ehtimal Qərbin maliyyə dəstəyi ilə Ermənistanın Rusiya qazının bahalaşmasını kompensasiya etməsidir: “ABŞ və Avropa İttifaqı Paşinyan hakimiyyətinə siyasi dəstək verir. Lakin Qərbin də Ermənistanın enerji subsidiyalarını uzunmüddətli şəkildə maliyyələşdirməsi real görünmür. Mayeləşdirilmiş təbii qaz variantı da coğrafi səbəblərdən Ermənistan üçün praktik deyil. Ermənistanın dənizə çıxışı yoxdur və LNG idxalı üçün ya Gürcüstan infrastrukturu, ya da yeni regional layihələr tələb olunur ki, bu da həm bahalı, həm də uzunmüddətli prosesdir. Əslində texniki baxımdan ən real alternativ məhz Azərbaycan qazıdır. Çünki regionun əsas qaz ixracatçısı Azərbaycandır və Türkiyə üzərindən Avropaya uzanan geniş enerji infrastrukturu artıq mövcuddur. TANAP və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın regionun enerji təhlükəsizliyində əsas oyunçuya çevrildiyini göstərir. Əgər sülh sazişi imzalanarsa, Ermənistanın Azərbaycan qazına çıxışı həm coğrafi, həm də iqtisadi baxımdan ən sərfəli variant ola bilər. Çünki Azərbaycan qazı Ermənistan bazarına digər alternativlərlə müqayisədə daha ucuz və logistika baxımından daha əlçatan ola bilər. Amma yenə deyirəm Ermənistan Azərbaycan qazına çıxış əldə etmək istəyirsə, bu, böyük ehtimalla kommunikasiyaların açılması, sülh müqaviləsi və regional inteqrasiyanın dərinləşməsi ilə paralel gedəcək. Ankara da Ermənistan üçün enerji körpüsünə çevrilə bilər. Ermənistan-Türkiyə sərhədi açılarsa və münasibətlər normallaşarsa, Ankara Ermənistan üçün enerji təchizatçısına çevrilə bilər. Bu halda Ermənistan Türkiyə üzərindən həm Azərbaycan qazına, həm LNG terminallarına, həm də Avropa enerji bazarlarına çıxış əldə edə bilər”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ