şənbə günü, 26 sentyabr 2026
     

Böyük güclərin geosiyasi oyunu: İran böhranı fonunda ABŞ–Çin–Rusiya münasibətləri

Image


İranla atəşkəs etdikdən sonra ABŞ Prezidenti Çinə rəsmi səfər etdi. Donald Tramp və Çinin Prezidenti Si Cinpin 2026-cı il 13-14 may tarixlərində Pekində konstruktiv əməkdaşlıq, ticarət və kənd təsərrüfatı sahəsində geniş əməkdaşlıq üzrə razılığa gəldilər. Çin ABŞ-la, ABŞ da Çinlə qarşıdurma yaratmaq istəmir. Həmçinin ABŞ Çinin hazırda İranın yanında olmasını istəmir. Görüşdə əsas məqsəd İranla isti münasibətləri olan Çini neytrallaşdırmaq idi və bu məsələnin qarşılığında ABŞ Tayvanın müstəqilliyini rəsmən tanımadığını və “vahid Çin siyasəti”ni (One China Policy) davam etdirdiyini bir daha təsdiqlədi.

Çin ABŞ-ın İrana qarşı yönəlmiş hərbi və ya siyasi koalisiyasına qatılmır, ABŞ-ı və İranı hərbi əməliyyatları dayandırmağa, gərginliyi azaltmağa və danışıqlar masasına oturmağa çağırır. Çin ABŞ və İrandan Yaxın Şərqdə hərtərəfli atəşkəs etməyi tələb edir. Hörmüz boğazının bağlanmasına münasibətə gəldikdə isə, Çin neft idxalının böyük hissəsi bu marşrutdan asılıdır. Çin Hörmüz boğazında gəmiçiliyin bərpası üçün şərait yaradılmasında və boğazın təhlükəsiz qalmasında maraqlıdır. Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirir ki, Pekin Tehrana təsir imkanlarına malikdir və bunu gərginliyin azaldılması üçün istifadə edə bilər.

Çin-ABŞ yaxınlaşmasından ehtiyyat edən Rusiya Prezidenti Vladimir Putin Donald Trampın ardınca 2026-cı il 19-20 may tarixlərində Çinə rəsmi səfər etdi. Rusiya Çinlə münasibətləri möhkəmlətməyə çalışır. Beləki, Avropanın Rusiyaya sanksiyalar tətbiq etməsi ilə əlaqədar Rusiya ancaq Çinə neft və qaz ixrac edir. “Sibir gücü” - qazın İrkutsk və Yakutiya hasilat mərkəzlərindən Uzaq Şərqdəki rusiyalı istehlakçılara və Çinə çatdırılması üçün nəzərdə tutulan magistral kəməri Rusiyanın Çinlə münasibətlərinin daim balanslı saxlanmasını tələb edir. Qərbin sanksiyalarının təsirini azaltmaq üçün Rusiyanın təbii qazını Sibir yataqlarından Çinə nəql edən iki əsas marşrutdan (Sibir Gücü 1 və Sibir Gücü 2) ibarət strateji qaz boru kəməri sistemi kimi layihələrini inkişaf etdirmək Rusiyanın diqqətindədir. Görüşdə Rusiya və Çin Monqolustan üzərindən keçməsi planlaşdırılan layihə çərçivəsində Rusiyanın Yamal yarımadasından Çinin şimalına ildə 50 milyard kubmetr təbii qaz nəql olunmasını planlaşdırdılar. Rusiyanın Ukrayna ilə müharibəsində Çinin məqsədi Rusiyanın tam zəifləməsinin qarşısını almaq, ABŞ-ın qlobal təsirini balanslaşdırmaq və özünə qarşı vahid Qərb blokunun formalaşmasını zəiflətməkdir. ABŞ, Qərb Ukraynada müharibəni davam etdirməsi üçün Çinin Rusiya silahlı qüvvələrinin reabilitasiyasında əsas yardım göstərən ölkə olduğunu bildirsələr də, Çin buna qəti etirazını bildirir. Çin Rusiyanı dəstəkləsə də, Qərb bazarını itirməmək üçün Rusiya ilə açıq müttəfiqlik etmir. Çin İranın da hərbi müttəfiqi deyil, lakin ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etdiyi bir zamanda Irandan neft alır. Bu isə iqtisadi böhran keçirən İran üçün çox böyük əhəmiyyət kəsb edir. Bir tərəfdən də ABŞ-ın İranla müharibə etməsi ABŞ-ı nüfuzdan salmaq baxımından Çini məmnun edir. ABŞ Prezidentinin Çinə səfəri də bunu göstərir ki, ABŞ Çiinlə hesablaşır. Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin imzaladıqları “Çoxqütblü dünya nizamı” haqqında birgə bəyannamədə ABŞ-ın birtərəfli siyasəti və Qərbin dominant mövqeyi tənqid edildi. Si Cinpin Rusiya–Çin münasibətlərini “iki böyük dövlət arasında münasibətlər üçün nümunə” adlandırdı. ABŞ-a dolayı mesaj verən Çin lideri “birtərəfli və hegemon meyillərin geniş yayıldığını” vurğuladı. Vladimir Putin isə bildirdi ki, “Rusiya və Çin müstəqil və suveren xarici siyasət yürütməyə sadiqdirlər, sıx strateji əməkdaşlıq şəraitində birlikdə çalışırlar və qlobal səhnədə mühüm sabitləşdirici rol oynayırlar”. Dövlət başçıları 2001-ci ildə Rusiya və Çin arasında imzalanmış Mehriban qonşuluq, dostluq və əməkdaşlıq müqaviləsinin müddətinin uzadılması barədə razılığa da gəldilər. ABŞ-ın İranla müharibəsinə gəldikdə isə, Si Cinpin bildirdi ki,“Hərtərəfli atəşkəs son dərəcə vacibdir.” Göründüyü kimi, Çin həm Rusiya ilə strateji tərəfdaşlığı qorumağa, həm də qlobal böhranlarda vasitəçi və balanslaşdırıcı güc obrazı yaratmağa çalışır. Çin həm İran və Rusiya ilə strateji əlaqələri qoruyub saxlayır, həm də ABŞ-la iqtisadi əməkdaşlığı davam etdirir. ABŞ və Rusiya, ABŞ və İran arasında mübarizə hərbi mübarizədir, ABŞ və Çin arasında isə hərbi deyil, texnologiya, ticarət və iqtisadi nüfuz uğrunda mübarizə gedir. İqtisadi qarşılıqlı asılılıq, hər ikisinin nüvə dövləti olması və Çinin hərbi bloklara qoşulmaması siyasəti ABŞ və Çin arasında hərbi mübarizənin olmamasının əsas səbəbləridir. Çin qlobal gücə çevrilmək üçün hərbi qarşıdurmadan deyil, iqtisadi və diplomatik təsir vasitəsindən yararlanmağa üstünlük verir.

Ramilə Dadaşova

Siyasi elmlər doktoru, dosent,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin müdiri



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ