Almaniya Bundestaqının üzvlərindən ibarət nümayəndə heyətinin Tayvana səfəri rəsmi Pekinin kəskin tənqidinə səbəb olub.
"Çin həmişə tərəfdaş ölkələri ilə Tayvan arasında hər hansı rəsmi münasibətləri rədd edib. Dünyada yalnız bir Çin var və Tayvan Çinin ayrılmaz hissəsidir"- Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.
XİN sözçüsü əlavə edib ki, Çin və Almaniya arasındakı münasibətlərin əsasını "vahid Çin" prinsipi təşkil edir. Pekin adından o, bütün Almaniya rəsmilərini "vahid Çin" prinsipinə riayət etməyə və "Tayvanın müstəqilliyini istəyən qüvvələrə yalan siqnallar göndərməyi dayandırmağa" çağırıb.
SAMİRƏ