şənbə günü, 26 sentyabr 2026
     

İran İsrailin “İbrahim Şazişləri”nə qoşulur...(?)

Image


ABŞ-İran münasibətlərində son günlər ciddi diplomatik həyəcan yaşanır. Bunun arxasında isə aylarca davam edən bir müharibə durur - faktiki olaraq, bu yazı o münaqişənin pərdəarxasını, danışıqların dinamikasını və Trampın son günlərdə səsləndirdiyi təəccüblü bir fikri - İranın “İbrahim Sazişləri”nə qoşulma ehtimalını - anlamaq üçün bir cəhddir.

2026-cı ilin əvvəlindən etibarən ABŞ-İran münaqişəsi hərbi xarakter almışdı. Üçüncü ayına çatan bu müharibə, demək olar ki, hər gün dəniz qarşıdurmalarına və İranın daxilindəki sivil itkilərə səbəb olurdu. Mayın ortasında Pakistan vasitəçiliyi ilə kövrək bir atəşkəs əldə edildi və bu, ilk dəfə dolayı yolla diplomatik danışıqların başlaması üçün bir qapı açdı.

Mayın 23-də Donald Tramp "Truth Social"-da yazdığı paylaşımda İranla bir sülh sazişinin "böyük ölçüdə razılaşdırıldığını" elan etdi. Onun sözlərinə görə, razılaşmanın əsas elementlərindən biri Hörmüz boğazının yenidən açılmasıdır. Bu boğazın bağlı qalması qlobal enerji bazarlarını sarsıtmış, neft qiymətlərini kəskin artırmış, ABŞ-da inflyasiyanın son illərin ən yüksək həddini keçməsinə yol açmışdı.

Lakin şou həmişəki kimi bir saat sonra başqa bir istiqamətə döndü. Ertəsi gün Tramp sosial mediada bir sıra paylaşımlarla "heç kəsin tələskən razılaşmaya sövq etməyəcəyini" bildirdi. "Əgər İranla razılaşma etsəm, o, yaxşı və layiqli bir razılaşma olacaq" dedi. Xarici işlər naziri Marko Rubio isə Nyu-Dehlidə jurnalistlərə açıqlama verərkən Hörmüz boğazını açmaq məsələsini "masa üstündə duran əsaslı bir şey" kimi xarakterizə etdi.

Tramp bu danışıqların "nizamlı və konstruktiv şəkildə davam etdiyini" vurğulayaraq, nümayəndələrinə "tələskən razılaşmaya getməmələrini" tapşırdığını da əlavə etdi. Onu narahat edən isə məhz vaxt məsələsidir - "vaxt bizim tərəfimizdədir" deyir o. İranın mövqeyi isə daha ehtiyatlıdır. İranın İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxın Fars xəbər agentliyi Trampın "razılaşmanın yaxın olduğu" iddiasını "natamam və reallıqla ziddiyyətli" adlandırdı. İranın Xarici İşlər Nazirliyi isə bu mərhələni bir "başlanğıc memorandumu" kimi dəyərləndirir - daha geniş danışıqlar 30-60 gün ərzində aparılacaq.

İndi isə ən maraqlı məqama gəlirik. Tramp regional liderlərlə apardığı danışıqlar çərçivəsində “İbrahim Sazişləri”ni genişləndirmək arzusunu da açıqca səsləndirdi. O, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyn liderlərini bu prosesə dəvət etdi. Daha da irəli gedərək İranın da "bəlkə bu sülh dairəsinə qoşulmaq istəyə biləcəyini" ehtimal kimi gündəmə gətirdi. Bu fikrə verdikləri cavab isə mənalı bir sükut oldu. Axios-un məlumatına görə, Tramp bu təklifi irəli sürdükdə telefon zənginin o biri ucunda sükut çökdü. Tramp zarafatla bunun nə mənaya gəldiyini soruşdu. Bu sükutu anlamaq üçün bir az kontekst lazımdır. “İbrahim Sazişləri” 2020-ci ildə Trampın birinci prezidentlik dövrü zamanı bağlanıb. BƏƏ, Bəhreyn, Mərakeş və Sudan İsraillə diplomatik münasibətlərini rəsmiləşdirdi. Bu sazişlər Ərəbistan sülhünün 1979-cu ildə Misir, 1994-cü ildə isə İordaniya ilə imzalanan müqavilələrdən sonrakı ən əhəmiyyətli addımı idi. Lakin bu sazişlər eyni zamanda 2002-ci ildə ərəb dünyasının "əvvəlcə Fələstin dövləti, sonra normallaşma" prinsipindən köklü şəkildə ayrılmasını da simvolizə etdi.

Səudiyyə Ərəbistanı Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman bir vaxtlar İsraillə münasibətlərin normallaşdırılmasına hazır olduğunu bildirmişdi. Lakin son bir ildə o bu mövqeyini kəskin şəkildə yumşaltdı. Tramp özü də keçən ilin noyabrında Ağ Evdəki görüşdə bin Salamandan İbrahim Sazişlərinə qoşulmasını xahiş etmişdi.

İranın isə bu məsələdə mövqeyi çox aydındır. İran Xarici işlər naziri Abbas Əraqçi Trampın bu təklifini "xam xəyal" adlandırdı. "İran soyqırım törədən və uşaqları öldürən işğalçı rejimi heç vaxt tanımayacaq" dedi o, İran dövlət televiziyasına verdiyi açıqlamada.

Beləliklə, reallıq nədir? Trampın bu fikirləri iki paralel məntiqin üst-üstə düşdüyü bir nöqtədir. Birincisi, o öz diplomatik mirasını möhkəmləndirmək istəyir. “İbrahim Sazişləri” onun birinci dövrünün ən parlaq uğuru sayılır. İndi ikinci dövrdə bu çərçivəni Səudiyyə Ərəbistanına, Pakistana, hətta İrana da yaymaq - bu, əlbəttə ki, tarixi bir nailiyyət olardı. İkincisi, İranla danışıqlar prosesini geniş regional kontekstə yerləşdirməklə Tramp öz mövqeyini gücləndirir: sanki yalnız atəşkəs bağlamır, bütün Yaxın Şərqi yenidən formalaşdırır.

Senator Lindsey Graham bu fikrə açıqca dəstək verdiyini bildirdi. Onun sözlərinə görə, əgər İranla müharibənin sona çatdırılması nəticəsində müsəlman mütəfiq ölkələr “İbrahim Sazişləri”nə qoşulsa, bu, Yaxın Şərq tarixinin ən dönüşümlü müqavilələrindən biri olardı. Graham həmçinin bu prosesə qoşulmaqdan imtina edən ölkələri ciddi nəticələrlə hədələdi.

Lakin hədələmə ritorikası arxasında çox ciddi praktiki maneələr durur. Fələstin məsələsi həll olunmayıb. Qəzzada müharibə davam edir. Qərbi Şəriyədəki yəhudi məntəqələri genişlənir. Bu şəraitdə Səudiyyə Ərəbistanı, Qətər ya Pakistan kütləvi daxili müxaləfətlə üzləşmədən İsraillə masaya otura bilməz. Bu isə real bir siyasi qiymətdir, nəinki akademik mülahizə.

İran üçün isə məsələ daha da sadədir: İslam İnqilabı ideologiyasının əsasında İsrailə qarşılıqsız düşmənçilik dayanır. Bu ideologiya olmazsa, İran dövlətinin legitimlik bazası tamamilə fərqli bir şey olardı. Odur ki, İranın “İbrahim Sazişləri”nə qoşulması sadəcə diplomatik bir addım deyil, hakimiyyətin özünün yenidən təyin edilməsi deməkdir. Bu da yaxın perspektivdə, hətta uzaq perspektivdə belə çox çətin görünür.

Nəticədə ortada qalan sual budur: Tramp bu fikri siyasi marketinq olaraqmı səsləndirdi, yoxsa əsl strategiya olaraq? Böyük ehtimalla, hər ikisi. O, bir tərəfdən danışıqların ciddiyyətini göstərir, digər tərəfdən isə geniş auditoriyaya - o cümlədən İranın daxilindəki islahatçılara bir mesaj ötürür: qarşı tərəfin qapısı açıqdır, seçim sizindir. Bu, klassik Tramp diplomatiyasıdır - həm real siyasi təzyiq, həm də teatral geniş mənzərə. Nəticənin nə olacağı isə hələ ki, sükutla örtülüdür.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ