ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edib. Rubionu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan qarşılayıb. Səfər çərçivəsində bir sıra sənədlər imzalanıb.
Belə ki, Ermənistan və ABŞ TRIPP (Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu) layihəsi çərçivəsində strateji tərəfdaşlıq haqqında çərçivə sazişini paraflayıblar və iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıblar. Sənədlər Mirzoyan və Rubio tərəfindən İrəvanın Zvartnots hava limanında imzalanıb.
Daha sonra nadir torpaq metallarının və vacib mineralların hasilatının, emalının və tədarükünün təmin edilməsi haqqında çərçivə memorandumu imzalanıb.
Tahir TAĞIYEV