çərşənbə günü, 25 noyabr 2026
     

Kənd sektorunda yeni dinamika başlana bilər -Prezidentin sözlərindən məsuliyyətli nəticələr çıxarılsa...

Image


İlqar Hüseynli: “Prezidentin dedikləri tamamilə haqlıdır və bu istiqamətdə ciddi bir prosesin başlanmasına zərurət yaranıb”

Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib ki, bir sıra istiqamətlər üzrə vəzifələr icra edilsə də, amma kənd təsərrüfatı istehsalında dinamikadan razı deyil. Prezident Əliyev qeyd edib: “Sadəcə olaraq, bildirməliyəm ki, bizim bir çox istiqamətlər üzrə nəzərdə tutduğumuz vəzifələr icra edildi. Ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir”.

Bu sahədə dinamikanın zəif olmasının səbəbi nədir? Hansı amillərdir?

Sosial-iqtisadi sahə üzrə ekspert İlqar Hüseynli baki-xeber.com-a bildirdi ki, ümumiyyətlə, iqtisadiyyatın şaxələnməsi prosesi real olaraq start götürəndə burada aqrar sektorun çəkisi xüsusi olaraq nəzərə alınmalı idi. “Bilirsiniz ki, Azərbaycan aqrar sektorun inkişafı ilə bağlı bir neçə dövlət proqramlarını artıq başa çatdırıb. Onlar artıq icra olunmuş kimi görünsə də, proqramlar başa çatsa da, amma biz ciddi nəticələrə gedib çıxa bilməmişik. Ölkə prezidenti İlham Əliyevi də dinamikadakı zəiflik, dinamikadakı inkişaf tendensiyasının geri olması haqlı olaraq narahat edib. Bu problem ciddi problemdir. Təbii ki, burada həlli mümkün variantlar hamısı həyata keçirilməlidir. Bilirsiniz ki, ölkənin müxtəlif ərazilərində, xüsusən Azərbaycanın aqrar sektor olaraq sırf maldarlıq, qoyunçuluq və quşçuluq imkanlarını özündə saxlayan xeyli regionumuz, bölgəmiz var. Həmin bölgələri lap qədim tarixi köklərindən götürsək, demək olar ki, maldarlıq və qoyunçuluq üzərindən qurulmuş ərazilərdir. Sırf iqtisadiyyatı buna bağlı olan ərazilərdir. Təbii ki, həmin fermer təsərrüfatları var idi ki, onlar qoyunçuluqla məşğul idilər. Min baş qoyunu, yüz baş qaramalı olan fermer təsərrüfatları var idi ki, onlar artıq tənəzzül etdilər və nəticə etibarilə demək olar ki, heç bu təsərrüfatın 30 faizini belə saxlaya bilməyiblər. Bunun başlıca səbəblərindən biri və birincisi, vətəndaşlarımızın, xüsusən qoyunçuluq və maldarlıqla məşğul olan fermerlərin ərazilərinin, otlaq sahələrin, qoyunçuluq üçün nəzərdə tutulan hektarlarla yerlərin müxtəlif oliqarx məmurlar tərəfindən alınaraq pambıq əkini sahələrinə çevrilməsidir. Halbuki, əsrlər boyu həmin ərazilərdə heç vaxt pambıq əkilməmişdi. O ərazilər yalnız maldarlıq və qoyunçuluq üçün nəzərdə tutulan torpaq sahələri idi. Beyləqan, Biləsuvar, Ağcabədi ərazilərində min hektarlarla torpaq sahələrinin fermerlərin əlindən alınaraq əkinçilik olaraq pambıqçılığa və bəzi yerlərdə də tərəvəzçiliyə çevrilməsinin şahidi olduq. Ona görə də Azərbaycan artıq ət və ət məhsullarının istehsalı ilə bağlı tənəzzüldədir və demək olar ki, tam olaraq da olmasa da, təxminən 65-70 faizə yaxın, idxaldan asılı vəziyyətə düşüb. Niyə biz, məsələn, Monqolustandan, Hindistandan qoyun əti, mal əti idxal etməliyik? Bax, bu düşündürücüdür. Amma zamanında daxili bazarı kifayət qədər təmin etmək üçün maldarlıq və qoyunçuluq imkanları var idi”.

İ.Hüseynli qeyd etdi ki, bu baxımdan Qarabağın işğaldan azad olunmuş ərazilərində kifayət qədər böyük aqroholdinqlər fəaliyyət göstərir: “Artıq prosesə start verilib. İstər taxılçılıq, istərsə də maldarlıq komplekslərinin Qarabağın işğaldan azad olunmuş ərazilərində salınması yaxşı hallardır, yaxşı tendensiyadır. Bu, gələcək üçün bir qədər ümidverici hallardır. Bağçılıqla bağlı çox ciddi problemlərimiz var. Demək olar ki, Azərbaycan meyvə-tərəvəzlə bağlı da idxaldan asılı vəziyyətdədir. İrandan, Türkiyədən, Rusiyadan, Moldovadan və dünyanın digər ölkələrindən nəinki meyvələri, hətta soğanı belə biz idxal edirik. Bu baxımdan, kənd təsərrüfatının inkişafı ilə bağlı prezidentin dövlət proqramının hazırlanması ilə bağlı göstəriş verməsi çox müsbət haldır. Bu dövlət proqramı kənd təsərrüfatı sahəsində qəbul olunmuş ən vacib sənədlərdəndir. Çox müsbət və uğurlu yanaşmadır. Amma həmin dövlət proqramlarının icra mexanizmi və icrasının dəqiqliyinə qədər necə həyata keçirilməsi artıq bu çox önəmli faktordur. Prezident sərəncamı verir, amma təəssüflər olsun ki, o sərəncamın icrası ilə məşğul olan məmurlar həmin proqramları keyfiyyətli icra etmirlər.

Açığı, 2003-2023-cü illər ərzində hesabatına görə, aqrar sektorun inkişafı ilə bağlı bu və ya digər formada dövlət büdcəsindən 100 milyard manata yaxın vəsait xərclənib. Bu vəsait proqramlara xərclənib”.

İ.Hüseynli bildirdi ki, kiçik orta sahibkarlığın inkişafı ilə bağlı strateji yol xəritəsi hazırlanmışdır və o strateji yol xəritəsində aqrar sektorun inkişafı ilə bağlı kifayət qədər ciddi məqamlar var idi. “Amma biz həmin o strateji yol xəritəsinin monitorinqini həyata keçirdik. Məlum oldu ki, strateji yol xəritəsinin tələb və sıralarında ayrılan həmin o əsas məqamlar demək olar, normal və keyfiyyətli şəkildə icra olunmamışdır.

Bu gün fərdi təsərrüfatları da götürsək, deyə bilərik ki, ölkədə çox ciddi ot böhranı var. Yəni, maldarlıq və qoyunçuluq təsərrüfatında istifadə etmək üçün yem böhranı mövcuddur. Bunların hamısının səbəbləri nədir? Yaranan səbəb örüş sahələrinin əhalinin və fermerlərin əlindən alınmasıdır. Lazımsız yerə, pambıqçılığı sürətlə inkişaf etdirib aqrar sektorun digər sahələrini, belə deyək, məhv etmək bu öz-özlüyündə ciddi problemdir və bu problemlər tamamilə həll olunmalıdı.

Onu da deyim ki, bəzi deputatlar var ki, əhalinin dövlət fondunda, bələdiyyərdə olan örüş sahələrini çox illik müqavilələrlə ələ keçirib orada biznes strukturları qurmaqla məşğuldurlar.

Prezidentin dedikləri tamamilə haqlıdır və bu istiqamətdə ciddi bir prosesin başlanmasına zərurət yaranıb. Hesab edirəm ki, yeni Dövlət Proqramı lazımı şəkildə icra edilərsə biz bu yöndə inkişafı görə bilərik. İcra olunmazsa problemlər yenə də qalacaq”-deyə İ.Hüseynli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

24.11.2026 / 10:54
ABŞ-ın hərbi müşayiəti də kömək etmədi – Hörmüzdə daha üç tanker alov aldı...

24.11.2026 / 10:46
ABŞ senatoru Prezident Əliyevi və Paşinyanı təbrik etdi

24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...

24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında – Qətər Vaşinqtona xəbərdarlıq etdi...

24.11.2026 / 09:48
Bakıda yeni işıqforlar quraşdırılacaq - avtobus sürücülərinin nəzərinə...

24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm - ADSEA yayılan məlumatı təkzib etdi

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ