Rusiyanın xarici işlər naziri Sergey Lavrovun amerikalı həmkarı Marko Rubioya Rusiya ordusunun bir Kiyevdəki hərbi hədəflərə və komanda mərkəzlərinə hava hücumları təşkil edəcəyi barədə əvvəlcədən məlumat verdiyi ortaya çıxıb.
Rusiyanın Tass xəbər agentliyinin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına istinadən verdiyi məlumata görə, Lavrov prezident Putinin birbaşa göstərişi ilə hərəkət edərək amerikalı həmkarını yeni hərbi əməliyyatlar və yerdə dəyişən əməliyyat strategiyası barədə məlumatlandırıb.
Lavrov bu hərəkətlərin Kiyevin Rusiya daxilində mülki əhaliyə və infrastruktura qarşı davam edən hücumlarına qarşı qisas olduğunu bildirib: "Rusiya Federasiyasının Silahlı Qüvvələri Kiyevdəki hərbi obyektlərə və əlaqəli qərar qəbuletmə mərkəzlərinə sistematik, ardıcıl və genişmiqyaslı hücumlara başlayıb. ABŞ Kiyevdəki diplomatik personalın və bütün digər Amerika vətəndaşlarının təhlükəsizliyi üçün Ukrayna paytaxtından dərhal təxliyəsini təmin etməlidir".
Görüş zamanı Lavrov Ukrayna böhranının diplomatik aspektlərinə də toxunaraq, 2025-ci ilin avqust ayında Ankoricdə keçirilən yüksək səviyyəli gizli danışıqlarda əldə edilən konsensusu xatırlatdı. O, maraqlar balansına əsaslanan davamlı və uzunmüddətli həll yoluna qapı açan bu vacib razılaşmaların Avropa elitalarının və Kiyevin özbaşına və birtərəfli hərəkətləri ilə pozulduğunu və danışıqların uğursuzluğuna görə Qərb blokunun məsuliyyət daşıdığını bildirib.
Tahir TAĞIYEV