İran NATO üzvü Bolqarıstana ABŞ hərbi təyyarələrinin Bolqarıstan hava limanlarından istifadəsinə qarşı diplomatik nota verib.
İran Xarici İşlər Nazirliyinin ötən ay NATO üzvü Bolqarıstana ABŞ hərbi təyyarələrinin Bolqarıstan hava limanlarından istifadəsinə qarşı diplomatik nota verdiyi məlum olub.
Bolqarıstan xarici işlər nazirinin müavini Marin Raykov bu gün keçirilən mətbuat konfransında diplomatik notanı təsdiqləyib və İranla diplomatik münasibətlərin davam etdiyini vurğulayıb. Raykov bildirib ki, Bolqarıstan müharibə vəziyyətində deyil və Bolqarıstan ərazisindən hərbi əməliyyatlarda iştirak etmək üçün heç bir hərbi təyyarə uçmur: “Parlamentimiz Hörmüz boğazı bölgəsində hərbi əməliyyatları dəstəkləyən heç bir qətnamə qəbul etməyib".
Fevral ayının sonunda Bolqarıstan mediası bəzi ABŞ hərbi təyyarələrinin Vasil Levski Sofiya hava limanına eniş etdiyini bildirib. Rəsmilər bu təyyarələrin NATO-nun irəli yerləşdirmə fəaliyyətlərinin bir hissəsi olduğunu bildiriblər.
Tahir TAĞIYEV