Yaxın Şərqdə gərginlik yüksək olaraq qalır. İran prezidenti Məsud Pazeşkian "müharibəyə son qoymaq" üçün şərtləri sadaladıqdan sonra, xarici işlər naziri Abbas Əraqçi İranın sərt mövqeyini açıqlayıb və Tehranın potensial quru müharibəsinə tam hazır olduğunu bildirib.
Əraqçi ABŞ prezidenti Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoffdan birbaşa mesajlar aldığını bildirib, lakin əlavə edib ki, "Bu, danışıqlarda olduğumuz anlamına gəlmir".
Hörmüz boğazının tamamilə açıq olduğunu deyən Əraqçi bildirib ki, boğaz yalnız İrana qarşı müharibədə iştirak edənlər üçün bağlıdır. Nazir Əraqçi deyib ki, İranda hər hansı bir tərəflə danışıqların aparıldığı iddiaları həqiqəti əks etdirmir: “Bütün mesajlar Xarici İşlər Nazirliyi vasitəsilə çatdırılır və ya alınır, təhlükəsizlik orqanları arasında əlaqə də davam edir".
ABŞ-ın təkliflərinə gəlincə Əraqçi deyib: "ABŞ-ın 15 maddəlik təklifinə heç bir cavab göndərməmişik, heç bir təklif və ya şərt təqdim etməmişik".
İranın yerüstü əməliyyata hazır olduğunu vurğulayan nazir, düşmənlərin səhv hesablama aparmayacağına ümid etdiyini bildirib.
Ərakçi ABŞ-a bir mesaj da göndərib: "Biz atəşkəsi qəbul etməyəcəyik, yalnız müharibənin bitməsini qəbul edəcəyik".
Tahir TAĞIYEV