Bazar günü günü, 27 sentyabr 2026
     

İranın ballistik raketləri Tramp üçün daha ciddi problemə çevrilir

Image


Müharibənin ilk günündə İran yüzlərlə ballistik raket atır, ABŞ və İsrailin havadan müdafiə sistemlərini üstələməyə çalışırdı, amma raketlərin çoxunu vururdular. Fevralın 28-dən Tehran daha az, yaxın- və uzaqmənzilli raketlər atır. Amma günə ortalama 20-30 raketin hədəfi vurma əmsalı artıb. Bir səbəb budur ki, Birləşmiş Ştatlar və İsrail İranın hərbi imkanını azaldıb. Ancaq Tehranın qalan arsenalını qorumağa çalışır, hədəflərinə seçkili yanaşır.

Vaşinqtonda yerləşən Stimson Mərkəzinin baş elmi işçisi Kelli Qrieko deyir: "ABŞ və İsrailin zərbələri İranın raket buraxma infrastrukturuna ciddi zərbə vurub". Onun sözlərinə görə, İran həm də məqsədli şəkildə strategiyasını dəyişdirib: "Zamanla İran daha kiçik, daha dəqiq hədəfli hücumlara keçir, xüsusilə bahalı hədəfləri seçir". Bu hədəflərə Birləşmiş Ştatların Yaxın Şərqdəki əsas hərbi obyektləri və radar sistemləri, Amerikanın Fars körfəzindəki ərəb müttəfiqlərinin kritik neft və qaz infrastrukturu, eləcə də İsraildə sənaye və enerji obyektləri daxildir. İran nisbətən az sayda raket buraxmaqla müharibədə əsas hədəflərinə çatmış kimi görünür – yəni cəbhəni genişləndirir, qlobal iqtisadiyyata zərbə vurur, Birləşmiş Ştatlara və onun müttəfiqlərinə də birbaşa bədəl ödətdirmiş olur. İranın nəhəng ballistik raket arsenalının məhvi bir aydan çoxdur gedən müharibənin əsas məqsədidir. Birləşmiş Ştatlar və İsrail İranda yerüstü raket buraxılış qurğuları və ehtiyatlarına, eləcə də yeraltı raket zavodlarına zərbələr endirir. ABŞ prezidenti Donald Tramp daha əvvəl deyib ki, İranın çox az raketi qalıb. İsrail isə bildirib ki, İranın raket buraxılış qurğularının və ehtiyatının azı 70 faizi məhv edilib. Amma yenə də Yaxın Şərqdə hər gün hava həyəcanı verilir. İslam Respublikası günə ortalama 20-30 ballistik raket buraxır. Bunu İranın hücumlarını izləyən hərbi təhlilçilər deyirlər.

Bundan əlavə, İran hər gün onlarla ucuz, amma ölümcül dronlar da buraxır, onların da dağıdıcı təsiri olur. İran həm də getdikcə daha çox mobil raket buraxılış qurğularına üz tutur. "Reuters"in yaydığı bir məlumat isə ABŞ və İsrailin İranın ballistik raket arsenalının məhv edildiyinə dair iddialarının əksini göstərir. Agentlik martın 17-də mənbələrinə istinadla yazıb ki, Birləşmiş Ştatlar yalnız Tehranın raket arsenalının təxminən üçdə birini məhv etdiyini əminliklə deyə bilər. Cenevrə Beynəlxalq Münasibətlər İnstitutundan Fərzan Sabet deyir ki, İran kütləvi raket və dron istehsalına böyük investisiya yatırıb, onları ölkənin geniş və çətin relyefində yaxşıca yerləşdirib, möhkəmləndirib və gizlədib: "Görünür, Tramp administrasiyası və İsrail İranın ballistik raket və dron potensialını zəiflətməklə bağlı şişirdilmiş bəyanatlar veriblər". İranın təkcə yaxınmənzilli ballistik raketlərinin sayının 2 mindən 8 minədək olduğu deyilir: "ABŞ və İsrail həm də İranın yeraltı "raket şəhərləri"nin girişlərinə zərbə endirməklə onları texniki baxımdan sıradan çıxarmağa çalışır. Amma bilirik ki, İran ordusu bu raket şəhərlərinin girişlərini sürətlə açmaq üzrə təlim keçib. Bu isə onlara artıq itirilmiş sayılan raket ehtiyatları və buraxılış qurğularını bərpa etməyə imkan verir". Bu arada arsenalının azalmasına baxmayaraq, İranın müharibə dövründə hədəfi vurma əmsalı davamlı artır. Bunu yenə də açıq mənbələrlə işləyən hərbi təhlilçilər deyirlər. Birləşmiş Ştatlar və onun ərəb müttəfiqləri İranın raket hücumlarının qarşısını almaq üçün tutucu-raketlərdən istifadə edirlər. "The Wall Street Journal" xəbər verir ki, İsrail ən güclü müdafiə silahlarını artıq növbə ilə işə salmağa məcbur qalır, bu isə onu İranın hücumları qarşısında daha həssas duruma salır. "The Washington Post" yazır ki, ABŞ ordusu müharibədə azı 850 "Tomahawk" qanadlı raketindən istifadə edib. Halbuki, hər il bu raketdən cəmi bir neçə yüz istehsal olunur. Bu isə təchizatla bağlı narahatlığı artırır. Ekspertlər deyirlər ki, İran həm də raketlərini nə zaman, harada və hansı hədəfə atmağa daha seçkili yanaşmağa başlayıb. Yəni, o, qalan arsenalını daha "bahalı" hədəflər üçün saxlayır. Məsələn, martın 27-də İranın raket və dronları ABŞ havadan müdafiə sistemlərini yararaq Səudiyyə Ərəbistanında "Şahzadə Sultan" hava bazasına dəyib. Azı 12 Amerika əsgəri xəsarət alıb, azı iki "KC-135" havada yanacaqdoldurma təyyarəsinə ciddi ziyan dəyib. Martın 21-də isə İran raketləri ilk dəfə olaraq İsrailin cənubunda Arad və Dimona şəhərlərinə zərbə endirib. Onlarla adam yaralanıb. Bu şəhərlər İsrailin əsas nüvə tədqiqatı obyektinə və reaktoruna yaxın yerləşir, yüksək səviyyədə qorunur. Stimson Mərkəzindən Qrieko deyir ki, atəşkəs, yaxud müharibədə köklü dəyişiklik olmasa, o, İranın zərbələrinin səmərəliliyinin sabit qalacağını, hətta tədricən yüksələcəyini gözləyir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ