Yaxın Şərq münaqişəsi və artan yanacaq qiymətləri fonunda millətə müraciətində ABŞ prezidenti Donald Tramp hərbi əməliyyatın son mərhələdə olduğunu və İranla razılığa gəlinməsə, onun birbaşa aid olduğu "Daş Dövrü"nə göndəriləcəyini bəyan edib.
"Epik Qəzəb” Əməliyyatının əvvəlindən bəri çox aydın şəkildə bildirmişəm ki, məqsədlərimizə tam nail olana qədər davam edəcəyik. Əldə etdiyimiz irəliləyiş sayəsində bu gecə deyə bilərəm ki, bunu tamamlamaq yolundayıq. Onları yaxın iki-üç həftə ərzində fövqəladə güclə çox tezliklə vuracağıq”.
Eyni zamanda, Amerika lideri qeyd edib ki, bu mövzu ilə bağlı müzakirələr davam edir, çünki İranda rejim dəyişikliyi ABŞ-ın məqsədi deyildi.
"Biz heç vaxt rejim dəyişikliyi barədə danışmadıq, amma rejim dəyişikliyi onların bütün ilkin liderlərinin ölümü səbəbindən baş verdi. Onların hamısı ölüb. Yeni qrup daha az radikal və daha ağlabatandır. Lakin, bu müddət ərzində razılaşma əldə olunmazsa, biz onların bütün enerji istehsal edən qurğularına zərbə endirəcəyik", - deyə o əlavə edib.
SAMİRƏ