Martın 31-də Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan soyqırımı qurbanlarının xatirəsini anıb.
Türkiyə Milli Müdafiə Nazirliyinin Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşımında 1918-ci ilin faciəli hadisələrinin bəşər tarixində “qara ləkə” olduğu qeyd edilib.
“Minlərlə günahsız Azərbaycan türkü erməni quldur dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Biz qardaşlarımıza qarşı törədilən soyqırımını unutmamışıq, unutmayacağıq və unutdurmayacağıq!” - deyə Türkiyə Milli Müdafiə Nazirliyi vurğulayıb.
ZÜMRÜD