şənbə günü, 12 sentyabr 2026
     

Abşeron nahiyəsinin Xəzər dənizi sahilləri... XX əsrin əvvəlləri... Qanlı sənələr

Image


1905-1906-cı və 1918-1920-ci illərdə hay kilsəsi, hərbi-siyasi və rus-daşnak qruplaşmaları Abşeron yarımadasında, Bakı şəhəri və ətraf kəndlərində dinc və düşmənin məkrli-qanlı hiyləsindən xəbərsiz əhaliyə (20 min nəfərə) qarşı soyqırım faciələrini törətmişlər. Düşmən quldurlarının hücum-cəbhə xətti Bakı şəhəri də daxil olmaqla həm də yarımadanın şimal-şərq və şərq hissələrində, eləcə də cənubda Xəzər dənizi yaxınlığındakı Hövsan, Zığ, Əhmədli və Türkan kəndlərindən keçmişdir.

Coğrafi və filoloji etno-morfoloji mənşəyinə görə “Hövsan” toponimi yaşayış məntəqəsinin qədimliyi və burada yaşayanların etnik-dəngə tərkibinin müxtəlifliyi ilə də əlaqələndirilir. Əski oğuz-türk dialektlərində “hövzə”-“su ilə örtülü ərazi”, “gölə, dənizə bitişik sahə”, “vətəgə yeri” mənasında olduğundan və Hövsan kəndi də Xəzər dənizinin kənarında yerləşdiyindən (“Hövsan burnu” dənizə keçib) bu sözün zaman-zaman yerli danışıq tərzinə, şivə və fonetik-tələffüz dəyişikliyə uğrayaraq indiki halına çevrilməsi təbiidir. Çünki, yaşı 350-400 ildən artıq hesab edilən bu kəndin əhalisi əkinçiliklə, heyvandarlıqla məşğul olmaqla yanaşı, balıqçılıq da əsas məşğuliyyəti olub.

Kəndin yaranmasında üç tayfa – muğanlılar (mərkəz hissədə), dağlılar (doğu tərəfdə), tatlar (güneydə) – mühüm rol oynamışdır. Muğanlılar nəslinin Hacı Məmmədrəsullular, dağlıların Qədirlilər tirəsi, tatların Bürhanlılar tayfası xüsusilə fərlənmişlər.

Əkin yerləri səpilən toxumun miqdarı ilə adlanıb – 20 batmanlıq, 28 batmanlıq, 30 batmanlıq, el örüşü isə Qala bağları tərəfdə, kəndin quzeyində olub, heyvan saxlayanların başçıları sərkar adlanıb, kəndin bərəkətli 3-4 sürüsünün hərəsində 400-500 baş qoyun olub həmin dövrdə. O dövrün sərkarları 1905-1906-cı və 1918-1920-ci illərin ruzi qıtlığında və döyüşlərin maddi təminatında da imkanlarını əsirgəməyiblər, onlardan Mirzəbaba (1870-1963) və Qurban Mustafa oğlu (1875-1958) qardaşlarının adı indi də hörmətlə yad edilir.

Ümumilikdə, əhalinin əkin-örüş yerləri kənddən kənara 6-7 km boyunca uzanıb.

Məhsuldar torpaqları ilə əhatələnmiş və zəhmətkeş, dinc əhalinin yaşadığı Hövsan kəndi (50-60-a qədər evli) dənizdən 200-300 m-ə qədər, Bakı şəhərindən 12 km aralı olduğundan, əlverişli coğrafi mövqe tutduğundan, qonşu ərazilərlə (Zığ, Əhmədli, Türkan kəndləri) birlikdə 1905-1906-cı və 1918-1920-ci illərdə hay-daşnak quldurlarının mürtəce hərbi-siyasi, ictimai-iqtisadi məqsədlərinin hədəfinə çevrilmiş, kənd evləri, hüdudları döyüş səngərinə və cəbhə xəttinə (dənizdən də hücum təhlükəsi olmuşdur) çevrilmişdir.

Kəndin yaşlı sakinlərindən Həşim İmamnəzər oğlunun (1870-1926), Məşədi Ağababa Hacı Məmmədrəsul oğlunun (1897-1990), Kərbəlayı Balababa Allahnəzər oğlunun (1909-2000), Şirin Həşim oğlunun (1904-1984), Əbdülvahab Şirin oğlunun (1900-1979)…söyləmələrinə görə, 1905-1906-cı illərdə hay-daşnak silahlılarının (əsasən neft mədənlərində işləyən və şəhər ərazisində yuva quran silahlı hay-rus quldur dəstələri) kəndə hücumları zamanı əhaliyə qarşı amansız qətllər olmuşdur (çünki onlar bu yerlərə bələd idilər), baxmayaraq ki, dinc sakinlərin xeyli hissəsi qonşu Mərdəkan, Maştağa, Qala, Zirə kəndlərinə sığınmışdılar.

Onlara qarşı döyüşən yerli özünümüdafiə dəstələri (Əsəd bəy Zabit Kərim oğlu Səlimxanov (H.Z.Tağıyevin sədrliyi ilə 1905-ci ildə yaradılan “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin üzvü, 1852-1907), Hacı Əbülfəz Bayram oğlu (1885-1939), Kərəm Məhərrəm oğlu (1892-1938), Ağahüseyn Məmmədhüseyn oğlu Sadıqov…) və bu qüvvələri təmin edənlərin (Abdulla Nurəli oğlu, Mirzəbaba Mustafa oğlu…) sayəsində düşmən geri çəkilməyə məcbur olmuşdur, 1918-1920-ci illərdə isə general Nuru paşanın başçılığı ilə Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun köməkliyi sayəsində daha ağır faciələrin qarşısı alınmışdır.

Yaşlı sakinlərin digər söyləməsinə görə, Hacı Əbülfəzlə Kərəm qan düşmənləri olsalar da, 1918-1920-ci illərdə birləşərək düşmən qüvvələrinə qarşı birgə mübarizə aparmışlar. Həmin hadisələrin şahidlərinin (Nisəxanım Kənan qızı (1891-1969), Qızxanım Heydər qızı (1916-1982)...) dediyinə görə, kəndin günbatanındakı Əliəşrəf Allahverən oğlunun (1928-1996) ata evinin divarından açılan baca yerlərindən də düşmənə qarşı birgə, çiyin-çiyinə atəş açırdılar, açıq səngərdə də yanaşı idilər, “düşmənçilik öz yerində, amma elin-obanın təəssübünü bir çəkməlyik” deyirdilər.

Zığ kəndinin yüksəkliyində daşnak hay-rus quldurları Hövsan kəndini top atəşinə tutduqda atılan mərmilərin biri (diametri 30-40 cm olardı) kəndin ortasındakı iki mərtəbəli evin bayır divarında ilişib qalmışdı, ta 1970-ci illərədək...

Kənd sakini Əbdül Həşim oğlu (1900-1979) xatırlayırdı ki, 1906-cı ildə Aşura günlərində N.Nərimanov qohum və dost olduğu Əsəd bəyin bağ evinə qonaq gələndə camaatın mərasimi, meydanda zəncirlə-xəncərlə qan tökən cavanların səhnəsi ilə qarşılaşanda üzünü kənd əhlinə tutub deyib:

- Müqəddəs İmam Hüseyn ümmətini düşmənlər nəinki Kərbəlada qətlə yetiriblər, qırıblar, elə Bakı şəhəri və ətraf kəndlərdə də eyni faciələr törədilib. Ona görə də bu sayaq yaralanmaqdansa, öz qanımızı tökməkdənsə düşmənə qarşı vacib tədbirlərin görülməsi qərarına gəlinməsi daha fəzldir, xalqımız üçün daha xeyirlidir.

Kəndin girəcəyi isə uzun illər ərzində əhali tərəfindən həmin illərdən yadigar qalan “Səngər yeri” kimi (uzunluğu 200 m-ə qədər) yad edilmişdir. Bu yerin ətrafı həm də Zığ kəndi əhalisinin (Ələkbər Məhərrəm oğlunun (1870-1962), Rəcəbəli Əbdül oğlunun (1879-1943), Əliheydər Ağagül oğlunun (1896-1940)… ) bağ sahələri olub.

1918-ci ilin aprel-may və yay aylarında hay-daşnak quldurları Əhmədli kəndi istiqamətindən hərəkət edərək Zığ kəndinin qərbində yerləşən “Əli qədəmgahı” yüksəkliyində qoyduqlarları toplarla Hövsan kəndini (eləcə də Zığ, Köhnə Suraxanı kəndlərini) atəşə tutmuş (hətta, Binə kəndinin məscidini də dağıtmışdılar), zirehli maşınlarla hücuma keçmişlər. Atılan top mərmilərindən biri 1970-ci illərə qədər kəndin mərkəzindəki 2 mərtəbəli evin divarında qalmaqda idi.

Hövsan kəndindən şimal-qərbə 2-3 km aralıda olan Zığ kəndinin (100 evli) əhalisi də hay-daşnak hücunlarına məruz qalmış, əhali sığınmaq üçün Maştağa, Mərdəkan, Zirə kəndlərinə köçsələr də, 17 nəfəri (Kərbəlayı Rəşid Ələkbər oğlu (1853-1918), Hüseynəli Qasım oğlu (1891-1918), Əsədulla Mirzağa oğlu (1860-1918)…) ağır işkəncələrlə qətlə yetirilmişdir. Ruhulla Mirzəbəy oğlunun (1893-1964) belinə qaynar samovarı bağlayıb, qolunu sındırmışdılar, ancaq o, sağ qala bilmişdir.

Həmin qanlı-qadalı faciələrin şahidləri olmuş Zığ kəndinin sakinlərindən Əminə Abgül qızı (1903-1994, o, əzizlərinin faciəsinə illərboyu göz yaşı axıtdığı üçün axırda gözləri tutulmuşdu), Ağabala bəy Cavad bəy oğlu (1855-1924), Ələkbər Kərbəlayı Məhərrəm oğlu (1870-1962), Əliheydər Ağagül oğlu (1896-1940), Səbirə Kərbəlayı Talıb qızı (1910-1960), Şirvan Qasım qızı (1878-1943)……yada salırdılar ki, hay-daşnak quldurları amansız qətllər törətməklə yanaşı, həm də kəndi qarət etmişdilər. Həyətlərdə taxıl quyularınada gizlədilmiş camaatın malı-mülkünü (zinyət əşyalarını, qızılı-gümüş sərvətlərini, xalça, sumağ, yorğan-döşək…yüklərini) bütünlüklə daşıyıb aparmışdılar.

Kənd sakini Xəlil Murad oğlu (1850-1918) quldurların yığışdığı həyətin yanından keçəndə, onların yüyib-içib şənləndiklərini gördükdə onları söyür… onu da öldürmüşdülər. Qiyas Məhəmməd oğlu (1883-1938) isə gündüzlər kəndin yanından keçən 16 düyməlik neft borusunun (o vaxt boş olub) içərisində gizlənər, gecələr isə kəndə nəzarət edərmiş.

1916-cı ildə şəhər rəhbərliyi tərəfindən Zığ kənd sakinləri tərksilah edilsə də, hay-daşnak quldurlarına qarşı el müdafiəsini yüzbaşı Kərbəlayı Müslüm Həbib oğlu (1860-1918) təşkil edə bilmiş, özü isə şəhid olmuşdur.

Zığ, Hövsan, Əhmədli, Türkan kəndlərinin müdafiəsinə çatan türk əsgər-zabit heyətinin gəlişindən sonra silah-sursatlarını qoyub qaçan hay-daşnak quldurları dənizdə onları gözləyən qayıqlarla minib qaça bilmişlər.

Amma…Zığ kənd sakini Kamal Əliheydər oğlu Ağayev (1924-1993) həmin hadisələrin şahidlərinin dediyini xatırlayırdı ki, dənizin üzü bir müddət əsgər papaqları ilə örtülü qalmışdır…

Kəndin başqa bir sakini- Ələkbər Kərbəlayı Məhərrəm oğlu 1958-1959-cu illərdə Əliheydər Ağagül oğlunun (1896-1940) evinin arxasında balaca baş daşını göstərərək onu müqəddəs əmanət kimi qorumağı övladlarına vəsiyyət etmişdir, bu, Şəhid Türk əsgərinin “Ay-ulduz” nişanlı məzarı idi…

Əhmədli kəndi paytaxtdan 8 km aralı olsa da, hay quldurlarının hücumu 1918-ci ilin yayında gözlənilən idi, ona görə də əhali (1200-1300 nəfərə qədər, əhalisinin əksəriyyəti Oğuz türklərinin Bayat boyunun Qacar tayfasının soyudur, kəndin 8 tayfasından biri də qacarlılar adlanır, nazarlılar tayfası isə A.A.Bakıxanovun (1794-1847) ata babalarının şəcərəsindəndir) əvvəlcədən Maştağa, Mərdəkan…kəndlərinə köçmüşdülər. Düşmən camaatın dini inanc-inam ocağına qəsd edərərək kənd mərkəzindəki Cümə məscidində (1904-cü ildə tikilmişdir, Bakı şəhərində “Təzə pir” və Əjdər bəy (“Göy məscid”) məscidindən sonra üçüncü) yerləşmiş, orada məskunlaşmışdılar, eləcə də 1914-cü ildə inşa edilmiş hamamdan da istifadə etmişlər. Hərbi avadanlıqlarını, silah-sursatlarını məsciddən 70-80 metr aralıda, Dostalı-Süsən qızı bacı-qardaşının evinə, həyətinə yiğmışdılar.

1942-cilin sentyabr ayında axtarış zamanı həmin həyətin damından külli miqdarda güllə, tüfəng, pulemyont və digər silah növləri tapmışdılar.

Daha sonra, kəndin yaşlı sakinlərindən Hacı Pirəli Haciağa oğlunun (1860-1942) və Gülbala Hacı Pirəli oğlunun (1898-1965) dediyinə görə, hay quldurları bir hamilə qadını kəndin ortasında dirəyə bağlayıb onu ağır işkəncələrlə qətlə yetirmişlər.

Kəndin sakinlərindən Gülbala Hacı Pirəli oğlu və Teymur Qədir oğlu Qədirov (1898-1959) Azərbaycan Milli Ordusunda xidmət etmişlər. Onlara “Müsavat əsgərləri” deyərdilər.

1905-1920-ci illərdə Bakı şəhəri və onun ətraf kəndlərinə hay-daşnak və rus-bolşevik quldur, silahlı dəstələrinin hücumları mürtəce hərbi-siyasi, milli-demoqrafik amillərlə bağlı olduğu kimi, həm də iqtisadi-təsərrüfat terroru səciyyəsi daşımışdır. Belə ki, hədəflərdən biri də Bakı neft maqnatlarının, milli burjuaziyanın istehsal sahələrinin ələ keçirilməsi və ya məhv edilməsi idi.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

P.S. Yazının hazırlanmasında həm də “Bakı tarixinə dair sənədlər. 1810-1917-ci illər” toplusunun (1978), Bakı şəhəri, Suraxanı rayonunun Hövsan kənd sakini Hacı Fazil Şirin oğlunun (1941), Zığ kənd sakinləri Dərzail Məhərrəm oğlunun (1936-2021), Cavad Zülfü oğlu Ağabalayevin (1981) və Xətai rayonu, Əhmədli kənd sakini Hacı Qurbanəli Gülbala oğlu Əlizadənin (1928-2021) məlumatlarından istifadə edilib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ