ABŞ, İsrail və İran arasında gərginlik davam edərkən, ABŞ mediasından diqqət çəkən bir iddia ortaya atılıb. ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı geri addım atmağa hazırlaşdığı bildirilir.
“Wall Street Journal”ın hökumət mənbələrinə əsaslanan məlumatına görə, Trampın müşavirlərinə Hörmüz boğazı bağlı qalsa belə, İrana qarşı hərbi əməliyyatı dayandırmağa hazır olduğunu bildirib.
Tramp administrasiyasının boğazı dərhal açmaq əməliyyatının mövcud müharibəni planlaşdırılan 4-6 həftəlik müddətdən kənara çıxaracağı qənaətinə gəldiyi bildirilir.
Bunun əvəzinə, Vaşinqton Hörmüz boğazı ilə bağlı Tehrana diplomatik təzyiq göstərməyi və eyni zamanda İranın dəniz qüvvələrini və raket imkanlarını neytrallaşdırmaq kimi əsas məqsədlərinə çatmağı planlaşdırır.
Bildirilir ki, diplomatiya uğursuz olarsa, Trampın Avropadan və Körfəz ölkələrindən Hörmüz boğazının yenidən açılması səylərində liderliyi ələ almağı istəməyi planlaşdırır.
Vurğulanıb ki, Trampın seçə biləcəyi hərbi variantlar da var, lakin bunlar hazırda prioritet deyil.
Tahir TAĞIYEV