İsrailin Xəzər dənizində logistika və ticarətə yaratdığı təhdidlər qəbuledilməzdir.
TASS-ın məlumatına görə, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu barədə gündəlik brifinqdə bildirib.
“İsrailin ticarət və malların daşınması da daxil olmaqla, sulara yaratdığı təhdidlər bizim üçün qəbuledilməzdir və dərin inamımıza görə, bütün sahilyanı dövlətlərin sərt qınağına layiqdir"- Zaxarova bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ və İsrail Xəzər dənizi sahilində yerləşən İranın Bəndər Ənzəli limanına raket zərbəsi endiriblər. Hücum liman infrastrukturuna və logistika qurğularına ciddi ziyan vurub.
Bundan əlavə, 18 martda İsrail Müdafiə Qüvvələri bildirib ki, "Qəzəbli Aslan" əməliyyatı çərçivəsində İsrail Hərbi Hava Qüvvələri ilk dəfə olaraq İranın şimalındakı hədəfləri vurmağa başlayıb.
SAMİRƏ