ABŞ Prezidenti Donald Tramp 1 aprel çərşənbə axşamı Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, İrana qarşı ABŞ-İsrail müharibəsi növbəti 2-3 həftə ərzində başa çata bilər. O bildirib ki, ölkə rəhbərliyi ilə razılığa gəlinməsə belə, İrana hücumlar başa çatacaq.
CNN-in xəbərinə görə, Tramp deyib ki, İran artıq rejim dəyişikliyi yaşayıb, lakin bu onun planının bir hissəsi deyildi. “Məqsədim onların nüvə silahı əldə etməsinin qarşısını almaq idi və bu məqsədə nail olundu. Biz işi bitiririk və düşünürəm ki, bu, bəlkə iki həftə, bəlkə də bir neçə gün daha çox vaxt aparacaq. Amma biz onların sahib olduğu hər şeyi məhv etmək istəyirik".
ABŞ prezidenti etiraf edib ki, İran hakimiyyətinin "həqiqətən istədiyi" bir razılaşma əldə olunarsa, müharibə daha tez başa çata bilər. Bununla belə, Tramp qeyd edib ki, ümumilikdə razılaşmanın əldə edilib-edilməməsi "əhəmiyyətli deyil".
SAMİRƏ