Bazar günü günü, 27 sentyabr 2026
     

Tramp NATO-ya bir neçə öldürücü zərbə planlaşdırır...

Image


Abutalıb Səmədov: “İran müharibəsi NATO-da kifayət qədər ciddi böhran yaradıb”

ABŞ/İsrail İran müharibəsi başlayandan sonra NATO-nun parçalanacağı barədə xəbərlər dolaşmaqdadır. Belə fikirlər var ki, İran ABŞ müharibəsi NATO-nu parçalayır. Bu fikri irəli sürənlər qeyd edir ki, ABŞ İranla müharibə aparır, ancaq heç bir NATO ölkəsi ona dəstək vermir. Məsələn, Polşa “Patriot” sistemini ABŞ-a verməkdən imtina edir. İspaniya və İtaliya da ABŞ-a qarşı eyni mövqeni sərgiləyir. Belə ki, İspaniyadan sonra İtaliya da əməliyyatda iştirak edən ABŞ hərbi təyyarələrinin Siciliyadakı bazasına eniş etmək tələbini rədd edib. "Corriere della Sera" qəzetinin məlumatına görə, İtaliya Yaxın Şərq əməliyyatlarında iştirak etmək üçün yola düşən ABŞ təyyarələrinin Siciliyadakı hərbi bazasına eniş etmək tələbini geri çevirib.

İtaliya ordusu tərəfindən aparılan araşdırmalar nəticəsində bu uçuşların logistika və ya gündəlik məqsədlər üçün olmadığı, birbaşa İran əməliyyatı ilə əlaqəli olduğu müəyyən edilib. Roma hökuməti parlament nəzarəti və rəsmi təsdiq olmadan təqdim edilən gizli uçuş planlarını "ikitərəfli müqavilələrdən kənar" elan edərək Amerika təyyarələrinə uçuş icazəsi verməkdən imtina edib.

Bundan əvvəl İspaniya Rota və Moron hava bazalarını yanacaqdoldurma və döyüş uçuşları üçün bağlayaraq ABŞ-ın B-52 bombardmançı təyyarələrinin planını Cəbəllütariqdə pozmuşdu.

İngiltərə və Fransa da "İranla müharibə bizim müharibə deyil" deyib ABŞ-ı dəstəkləməkdən imtina etdilər.

Qarşıdan NATO-nun Türkiyə sammiti gəlir. Yəni NATO-nun növbəti sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək. ABŞ mediası da yazır ki, Tramp xüsusi plan hazırlayır, xüsusən də maliyyə öhtəliyini yerinə yetirməyən dövlətlərə qarşı NATO Nizamnaməsinin 5-ci maddəsinin tətbiqi dayandırılacaq. NATO ölkələri arasında maliyyə öhtəliyini yerinə yetirməyə dövlətlərdən biri Amerikanın müttəfiqlərindən olan İngilitərədir. Bəzi söyləntilərə görə, hətta Tramp ABŞ-ı NATO-dan çıxarmaq məsələsini də gündəmə gətirə bilər.

İran ABŞ müharibəsindən sonra NATO dağıla bilərmi?

“Alyans” SAM-ın sədri Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, ABŞ prezidenti Donald Trampın digər NATO üzvlərindən narazı olmağa haqqı yoxdur, çünki onlar NATO nizamnaməsinə, NATO-nun yaranması haqqında imzaladıqları müqaviləyə uyğun hərəkət ediblər. “Həmin müqavilənin 5-ci maddəsinə görə əgər bir NATO üzvünə qarşı hücum olarsa digər üzv dövlətlərə edilmiş hücum kimi qiymətləndirilir. Ancaq burada NATO üzvünə hücum yoxdur. Müttəfiqləri ilə məsləhətləşmədən İrana qarşı müharibə başlayan bir dövlət var və NATO-nun digər üzvləri də hesab edirlər ki, əgər onlarla məsləhətləşmədən bu cür addımlar atılırsa, onlar sayılmırlarsa bu şəraitdə NATO üzvləri də həmin müharibəyə qoşulmamaq haqqına malikdirlər. Trampın narazı olmağa haqqı yoxdur.

Türkiyədə keçiriləcək sammitdə nə baş verə bilər? Hərbi xərclərin artırılması ilə bağlı tələb 2035-ci ilə qədər yerinə yetirilməlidir. Yəni 2035-ci ilə qədər NATO üzvləri hərbi xərclərini ümumi daxili məhsulun (ÜDM) 5 faizi səviyyəsinə qaldırmalıdırlar ki, hələ heç bir dövlət öz xərclərini hələ bu səviyyəyə qaldırmayıb. ABŞ-ın özünün də hərbi xərcləri ümumi daxili məhsulun 3 faizindən bir qədər artıqdır. Burada Polşa, Baltik respublikaları daha çox hərbi xərclərə vəsait ayırırlar. Bu səbəbdən Trampın həmin dövlətlərə irad tutması yanlışdır. Baxmayaraq ki, bəzi dövlətlər heç 2 faizlik öhtəliyi də yerinə yetirmirlər. Söhbət Kanada, İspaniya kimi ölkələrdən gedir ki, Trampın da ən çox narazı olduğu dövlətlərdən biri elə İspaniyadır. Ancaq hesab edirəm ki, Tramp burada da hansısa dövlətlərə qarşı narazılıq ifadə etmək hüququna malik deyil. Onsuz da NATO bu gün yox dərəcəsindədir. Ancaq Tramp əbədi deyil. ABŞ tarixində dəfələrlə belə şeylər olub ki, bir prezident hansısa qərarı qəbul edir, yaxud hansısa təşkilatdan, müqavilədən çıxmaq qərarını verir, növbəti prezident həmin qərarı ləğv edir və yenidən geri qayıdır. Hətta Tramp ABŞ-ın NATO-dan çıxması ilə bağlı qərar versə belə, bu qısamüddətli olacaq. NATO həm ABŞ-a, həm də Avropa dövlətlərinə lazımdır. Bu səbəbdən hesab edirəm ki, onlar bu təşkilatı qorumaq üçün ələllərindən gələni edəcəklər”.

A.Səmədov qeyd etdi ki, İranla müharibə NATO-nun müharibəsi deyil, bu müharibəni ABŞ və İsrail başlayıb, bu addım NATO üzvləri ilə məsləhətləşmədən atılıb. “İran müharibəsi NATO-da kifayət qədər ciddi böhran yaradıb. Ancaq böhran əvvəlcədən də vardı. 5-ci maddəyə münasibətdə fərqli yanaşmalar olduğuna görə elə Ukraynaya yardımda da fərqli fikirlər yarandı. NATO üzvlərinin mütləq əksəriyyəti Ukraynaya yardım etdiyi halda ABŞ bunu etmək istəmədi. Bir sözlə, İranla müharibə NATO- da ciddi böhran yaratsa da, güman edirəm ki, Trampın hakimiyyəti dövründə NATO əvvəlki aktivliyini nümayiş etdirə bilməyəcək, ancaq Trampdan sonrakı dövrdə yəqin ki, NATO yenə də əvvəlki hərbi bloka çevriləcək və dünyada əsas hərbi güc mərkəzi olacaq”-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ