Cümə axşamı günü, 01 oktyabr 2026
     

Nazirlik "öz fənninizdən bal yığmayıbsınız" deyir, müəllimlər etiraz edir...

Image


Kamran Əsədov: “İmtahanda uğursuz olan müəllimlər üçün alternativ mexanizmlər yaradıla bilər”

Bu ilin iyun ayında keçirilən müəllimlərin təkrar sertifikasiyası imtahanında iştirak edən bir qrup müəllim məhkəməyə üz tutub. İmtahandan kəsilən və buna görə işdən çıxarılan 10-a yaxın müəllim Bakı İnzibati Məhkəməsinə müraciət edib.

Ölkənin müxtəlif regionlarından olan müəllimlər Elm və Təhsil Nazirliyindən, həmçinin regional təhsil idarələrindən işə bərpa edilməyi tələb ediblər.

Bakı İnzibati Məhkəməsi işləri icraata qəbul etsə də, şikayətləri aidiyyəti üzrə müvafiq rayon və şəhər məhkəmələrinə göndərib.

Xatırladaq ki, iyunun 20-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 3338 müəllim iştirak edib. Onlardan 1328 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb. 2006 müəllim isə müvafiq keçid balını toplaya bilməyib. İşdən çıxarılan müəllimlərin məhkəməyə müraciət etməsi ictimaiyyət və müəllimlər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə bu müəllimlər valideynlərin qınaq obyektinə çevrilib. Belə ki, onlar öz fənnindən keçid balını belə toplaya bilməyən bu şəxslərin nazirliyi məhkəməyə verməsini doğru hesab etməyiblər. Maraqlıdır, bu məsələ necə həll olunmalıdır? Kim haqlıdır?

“Müəllimlərin əhəmiyyətli bir hissəsi çağdaş tələblərə cavab verir, digərlərinin isə…”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu ilin iyun ayında keçirilən sertifikasiya imtahanının nəticələri Azərbaycan təhsil sistemində keyfiyyətin yüksəldilməsi istiqamətində atılan ən mühüm addımlardan biri oldu. Sertifikasiya imtahanının məqsədi müəllimlərin peşəkar səviyyəsini müəyyənləşdirmək, onların bilik və bacarıqlarını obyektiv meyarlarla qiymətləndirməkdir. Bu proses sadəcə bir imtahan deyil, ümumilikdə təhsil sahəsində idarəetmə və keyfiyyət təminatı mexanizmlərinin müasirləşdirilməsi siyasətinin bir hissəsidir: “Təhsil haqqında Qanunun 49-cu maddəsində açıq şəkildə göstərilir ki, müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və onların inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi bu islahat məhz həmin qanunvericilik müddəalarının praktiki tətbiqidir. Statistik məlumatlara nəzər saldıqda, 2024-cü ildə sertifikasiya imtahanında 60 mindən artıq müəllim iştirak edib. Onların təxminən 70 faizi minimum keçid balını toplayaraq peşəkar fəaliyyətini təsdiqləyib. Təxminən 30 faizin isə nəticələri aşağı olub. Bu göstərir ki, müəllimlərin əhəmiyyətli bir hissəsi çağdaş tələblərə cavab verir, digərlərinin isə əlavə hazırlığa ehtiyacı var. İmtahanda uğursuz nəticə göstərən və nəticədə işdən azad olunan az sayda müəllimin məhkəməyə müraciəti isə təbii hüquqi prosesdir. Konstitusiyanın 60-cı maddəsinə görə, hər bir vətəndaş məhkəməyə müraciət etmək hüququna malikdir. Ancaq pedaqoji baxımdan məsələni qiymətləndirərkən nəzərə almaq lazımdır ki, dövlətin əsas vəzifəsi şagirdlərin keyfiyyətli təhsil almasını təmin etməkdir.

Müsbət tərəflərdən biri odur ki, bu proses müəllimlərin məsuliyyətini artırır. İllərdir təhsil sistemində müəllimlərin fəaliyyətinin kənardan qiymətləndirilməsi ilə bağlı mexanizm olmadığından, bəzən məktəblərdə peşəkarlıq səviyyəsi aşağı olan müəllimlərin işləməsi şagirdlərin inkişafına mənfi təsir edirdi. Sertifikasiya bu boşluğu aradan qaldırır. Valideynlər üçün də bu islahat mühüm əhəmiyyət daşıyır, çünki artıq onların övladlarının qarşısında yalnız peşəkarlığı təsdiqlənmiş müəllimlər çıxacaq. Bu, valideyn etimadının güclənməsinə, məktəb-valideyn münasibətlərinin möhkəmlənməsinə səbəb olur.

Dünya təcrübəsində də oxşar mexanizmlər tətbiq edilir. Məsələn, Türkiyədə müəllimlərin sertifikasiya prosesləri on ildən bir keçirilir və nəticələrə uyğun olaraq müəllimlər ya təkmilləşdirmə proqramlarına yönləndirilir, ya da işdə saxlanılır. Braziliyada beşpilləli müəllim inkişaf modeli tətbiq edilir, zəif nəticə göstərənlər dərhal işdən çıxarılmır, onlar üçün məcburi təlim proqramları keçirilir. Finlandiyada isə müəllimlərin fəaliyyəti mütəmadi olaraq monitorinq olunur və nəticələr təlimlə dəstəklənir. Azərbaycan isə bu mexanizmləri öz reallıqlarına uyğun şəkildə tətbiq edir. Fərq ondadır ki, ölkəmizdə müəllimlərin sayı çox, regionlarda isə keyfiyyət fərqləri böyükdür. Buna görə də sertifikasiya həm ümumi keyfiyyəti ölçmək, həm də sistemdə balans yaratmaq üçün vacibdir.

Sosial şəbəkələrdə bəzən imtahandan uğursuz olan müəllimlərin valideynlər tərəfindən qınaq obyektinə çevrilməsi müşahidə olunur. Bu, emosional yanaşmadır, lakin ictimai rəy də göstərir ki, cəmiyyət artıq təhsildə keyfiyyət tələb edir. Bu mənada Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi bu addım müsbət qiymətləndirilməlidir. Nazirlik bu proseslə bir daha göstərdi ki, əsas prioritet müəllimlərin iş yerlərinin qorunması deyil, şagirdlərin keyfiyyətli təhsil almasıdır. Əslində, bu, dövlətin təhsil siyasətində məsuliyyətli mövqeyinin göstəricisidir.

Əlbəttə, bu prosesin mükəmməl olması üçün bəzi dəyişikliklər də lazımdır. İmtahanda uğursuz olan müəllimlər üçün alternativ mexanizmlərin yaradılması – məsələn, 1 illik təlim proqramlarına cəlb olunmaları və daha sonra yenidən imtahana buraxılmaları sosial baxımdan daha humanist ola bilər. Belə yanaşma həm müəllimlərin sosial təminatını qoruyar, həm də peşəkar inkişafına şərait yaradar. Nazirliyin son illərdə pedaqoji kadrların inkişafı üçün yaratdığı təlim mərkəzləri, elektron resurs bazaları və distant kursları göstərir ki, dövlət bu istiqamətdə də paralel işlər görür”.

Ekspert hesab edir ki, sertifikasiya imtahanlarının keçirilməsi təhsil sahəsində şəffaflıq və obyektivlik prinsipinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, bir tərəfdən müəllimlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi, digər tərəfdən isə valideynlərin və cəmiyyətin təhsilə inamının artması deməkdir: “Elm və Təhsil Nazirliyi bu qərarı ilə təhsilin keyfiyyətini yüksəltmək üçün cəsarətli addım atıb. Bu, həm pedaqoji, həm də ictimai maraqlar baxımından əsaslandırılmış bir siyasətdir və müasir çağırışlara cavab verir. Nazirliyin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirmək olar, çünki məqsəd yalnız bugünün deyil, gələcək nəsillərin savadlı və bilikli yetişməsidir”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ