Xaçmaz rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Xaçmaz-Qımıl avtomobil yolunda baş verib. Rayonun Köhnə-Xaçmaz kənd sakini, 1973-cü il təvəllüdlü Zahir Mövsüm oğlu Qəribovu avtomobil vurub. Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Mətləb