Sentyabrın 2-də İNK Mərkəzi Qəragahında "Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi" İB-nin Azərbaycan mədəniyyətinin bir çox tanınmış nümayəndələrinin iştirakı ilə təşkilatın Fəxri Fərmanların təqdimat mərasimi keçirildi. DAMM-SİM-İNK-in İcraçı Direktoru Nur Haqverdi tədbiri açaraq qonaqları salamladı və sözü DAMM prezidenti Rasim Məmmədova verdi. İNK sədri - DAMMİB prezidenti, SİMİB-nin rəhbəri Rasim Məmmədovun idarə və çıxış etdiyi ictimai-mədəni müzakirə formatlı tədbirdə, eyni zamanda, DAMMİB-nin fəxri üzvlərinə təşkilatın üzvlük vəsiqələri təqdim edildi. Xatırladaq ki, bu silsilə tədbirlərin növbətisi idi və ardıcıl olaraq belə təltifat mərasimləri baş tutacaq.