Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsi (DRİ) radiotezliklərin monitorinqi üçün yeni nəzarət-ölçmə avadanlıqları alıb. Bu barədə Trend-ə DRİ-dən məlumat verilib. İdarə tərəfindən müxtəlif rabitə standartlarının siqnallarının təxminən 40 ədəd analizatoru alınıb.
Bundan başqa, idarənin ən yaxın planlarına tezliklərin monitorinqi üçün beş mobil stansiyanın alınması daxildir. İki stansiyanın fevralın əvvəlində quraşdırılması planlaşdırılır.
Yeni avadanlıq ölkənin efir məkanına nəzarət etməyə, tezlik spektrlərindən qanunsuz istifadəni aşkar etməyə və radioelektron vasitələrin (REV) işinə maneə yaradan amilləri aradan qaldırmağa imkan verəcək.