Azərbaycanın elm sahəsində yeni struktur yaradılması təklif olunur. Milli Məclisdən APA-ya verilən məlumata görə, yeni hazırlanan "Elm haqqında” qanun layihəsində Dövlət Elmi Ekspertiza Şurası (DEEŞ) adlı qurumun yaradılması nəzərdə tutulur.
Qanunun 32-ci maddəsinin tələbinə əsasən, yaradılacaq qurum elmi və elmi-texniki fəaliyyətin ekspertizasını həyata keçirəcək. DEEŞ-nin yaradılması qaydaları və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı təsdiq edilən Əsasnaməyə müvafiq olaraq həyata keçiriləcək.