çərşənbə günü, 11 noyabr 2026
     

Paşinyan Bakının dedikləri ilə razılaşdı, Qarabağdakı separatçılarla İrəvan arasında qarşıdurma başladı

Image


Ermənistanda son günlərin ən çox müzakirə mövzusu ölkənin baş naziri Nikol Paşinyanın “facebook”da canlı yayımda mətbuat konfransı keçirməsi və bir sıra ciddi bəyanatlar verməsidir. O, Azərbaycan, Türkiyə ilə münasibətlər, Qarabağ məsələsinə dair olduqca maraqlı fikirlər səsləndirib.

Ermənistan hökumətinin başçısı xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb, lakin o vaxtdan bəri regionun status məsələsi ilə ATƏT-in Minsk Qrupu məşğul olub. 2016-cı ildə isə status məsələsi yenidən BMT Təhlükəsizlik Şurasına qaytarılıb və bu, Paşinyanın fikrincə, Ermənistan üçün “fəlakət” idi, çünki bu mötəbər beynəlxalq qurum çərçivəsində Qarabağın statusu ilə hesablaşmaq mümkün deyil. O vurğulayıb ki, Qarabağ nizamlanmasına ATƏT-in Minsk Qrupu formatında baxması rəsmi İrəvan üçün faydalıdır:  “Qarabağda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məsələ mübahisəli olmayıb və olmayacaq. Mən bu barədə dəfələrlə ictimaiyyət qarşısında çıxış etmişəm. Ən azı bu hissədə əvvəllər danışıqlarda iştirak etmiş dairələrin nümayəndələri təsdiqlədilər ki, Dağlıq Qarabağ Muxtar Vilayəti danışıqlar prosesində heç vaxt sırf erməni birliyi kimi nəzərə alınmayıb. Dağlıq Qarabağ Muxtar Vilayəti heç vaxt sırf erməni birliyi hesab edilməyib. Bu, ən azı, əhali baxımından erməni-azərbaycan birliyi kimi qəbul edilib, müşahidə edilib, qeydə alınıb”. Ermənistanın baş naziri həmçinin bəyan edib ki, əvvəlki hakimiyyətin “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq və yalnız erməni olmalıdır” ifadəsi ilə heç vaxt razılaşmayıb: “Mən bu ifadə ilə razı deyiləm, çünki Qarabağ tamamilə erməni ola bilməzdi. Əhalinin demoqrafik tərkibini nəzərə alsaq, heç bir halda. Danışıqların məzmunundan aydın görünürdü ki, Dağlıq Qarabağ Muxtar Vilayətində erməni və azərbaycanlı əhali yaşayır. Aydındır ki, Qarabağdakı hakimiyyət də tam erməni ola bilməz”. Gözlənildiyi kimi, bu açıqlamalar müxalif düşərgədə süngü ilə qarşılanıb.

Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasından olan deputatı Tiqran Abramyan qeyd edib ki, faktiki olaraq, Nikol Paşinyan və “artsax” istiqamətində işləyən agentlər “respublika”dan birdəfəlik imtina edilməsi üçün çoxdankı planı işə salıblar: “Nikol Paşinyanın “artsax”ın gələcəyi və danışıqlar prosesi ilə bağlı son bəyanatları təsadüfi deyildi, onun əsas siyasi xəttinə uyğundur”. “Hayastan” fraksiyasından olan deputat Artur Xaçatryan Nikol Paşinyanın fikirlərini belə ümumiləşdirib: “1. Türkiyə ilə birlikdə parlaq gələcəyə doğru; 2. Qarabağı unudun. “Artsax” məsələsi çoxdan həll edilib, bununla bağlı heç nə etmək olmaz. Şuşa və Hadrutu da unudun. Siz hardan belə bir nəticəyə gəldiniz ki, əvvəllər Qarabağda yaşayan azərbaycanlıların indi ora qayıtmağa haqqı yoxdur? Amma Paşinyan unudur ki, danışıqlara “öz nəzərindən” başlayıb. Hadrut-Crakan yolunun tikintisinə başlayanda, “Artsax Ermənistandır” şüarı ilə alovlu çıxışlar edəndə 2016-cı ilin fəlakətini davam etdirməyib.  Əgər “artsax” 2016-cı ildən “təslim olmuşdursa”, onda niyə vəziyyəti gərginləşdirdi? Türklərlə və azərbaycanlılarla sülh dövrünə tez daxil olmaq üçün mübadiləyə getmək istəyirdin? Sülhdən müharibədən öncə danışardın, məğlub olduqdan sonra yox. O, Şahen Meqryan, Peto, Leonid Azqaldiyan və Montedən daha mübariz və vətənpərvər görünməyə çalışırdı”. Respublika Partiyasının sədr müavini Armen Aşotyan isə deyib: “Mən Ermənistan tarixinin ən böyük yaramazının, satqın, qatil və “Artsax”ı rədd edən damğasını öz üzərindən götürmək cəhdini dinləyirəm.  Açıq yalanlardan açıq cəhalətə, dəhşətli saxtakarlıqlardan yeni xəyanətlərə qədər. “Artsax” məsələsində əsl fəlakət 2018-ci ildə, Ermənistanda sənin kimi axmaq hakimiyyətə gələndə baş verdi. Qarabağ məsələsində yalanlarınızı, saxtakarlıqlarınızı, xəyanətinizi ifşa etməkdən yorulmayacağam. Sən yenidən reallığın, həqiqətlərin və faktların bir hissəsini başında hiss edəcəksən”. “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan da Paşinyanın dediklərinə sərt münasibət açıqlayıb: “Nikol Paşinyanın qondarma mətbuat konfransı əsasən xarici auditoriya üçün olub. Daha konkret desək, Türkiyə və Azərbaycan üçün”. Onun sözlərinə görə, Nikol Paşinyan Şuşanı Azərbaycan şəhəri, Qarabağı Azərbaycanın bir hissəsi hesab edir: “O, Ermənistan-Türkiyə təmaslarından əvvəl Türkiyə-Azərbaycan cütlüyünün ilkin şərtlərini açıq şəkildə yerinə yetirdi”.
Erməni deputat vurğulayıb ki, Paşinyan Şuşanın Azərbaycan şəhəri olduğunu və Qarabağı Azərbaycan tərkibində tanıdığını bildirib: “Paşinyan Zəngəzur dəhlizinin açılmasının tərəfdarı olduğunu gizli formada ifadə edib, Tavusda gözlənilən ərazi güzəştləri haqqında anons verib”. Bu arada Qarabağdakı separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan Nikol Paşinyanın statusla bağlı  açıqlamasına etiraz edib. Deyib ki, Azərbaycanın tərkibində yaşamayacaqlar, onların maraqları ticarət mövzusu deyil. O bildirib ki, bu, müharibədən sonra separatçılarla İrəvanın açıq müstəvidə ilk qarşıdurmasıdır.Qeyd edib separatçı-terrorçu rejim Rusiya sülhməramlılarına bel bağlayır, amma bölgədəki erməni əhalisi üçün əsas dayaq nöqtəsi həmişə Ermənistan olub: İrəvanın “qarant rolunun” sıradan çıxması ermənilərin seçimini - ya Azərbaycan idarəçiliyi altına yaşamaq, ya da köçmək – sürətləndirə bilər”.  Paşinyan bu durumda Qarabağla bağlı son açıqlamalarına olan tənqidlərə cavab verib: “Dekabrın 24-dəki müsahibəmin bəzi reaksiya-şərhləri aşağıdakı səbəblərə görə ən azından çaşdırıcıdır: “Status məsələsi üzrə potensial referendumdan əvvəl Qarabağın sahib olduğu statusa gəlincə, müsahibədə demişəm ki, 2016-cı ildə vasitəçilər üç danışıqlar paketi təqdim ediblər (biri aprel döyüşlərindən əvvəl, ikisi sonra), orada 2011-ci ilin Kazan sənədindən fərqli olaraq, “Qarabağ keçid statusu alır” cümləsi olmayıb. 2016-cı ilin avqustunda təqdim edilən bu üç paketdən üçüncüsündə bir müddəa peyda olub. Orada deyilir ki, Qarabağın həyatının təşkil edilməsinin hüquqi və praktik mexanizmləri haqqında qərarı BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk Qrupunun həmsədrləri, Azərbaycan, Ermənistan, ATƏT-İn fəaliyyətdə olan sədri ilə məsləhətləşməklə qəbul edəcək. Mən bunu danışıqlar prosesində fəlakət hesab etmişəm, çünki açıq-aydındır ki, BMT Təhlükəsizlik Şurası bütün qərarları keçmişdə Qarabağ məsələsi üzrə qəbul etdiyi, Qarabağı Azərbaycanın bir hissəsi kimi tandığı qətnamələr məntiqində qəbul edəcəkdi. Bu və bir sıra digər mühüm danışıqlar məsələlərini nəzərə alaraq parlament tribunasından təkid etmişəm ki, Qarabağ 2018-ci ildə mənim baş nazir olmağımdan əvvəl mövcud olan danışıq məzmunu və reallıqları ilə Azərbaycanın tərkibində olmamağın həm nəzəri, həm də praktiki imkanlarını itirmişdi. Baş nazir olanda bununla barışmamışam, buna qarşı mübarizə aparmışam. Həmçinin buna görə müharibə başlayıb”. Paşinyanın sözlərinə görə, söhbət onun baş nazir seçilməsindən xeyli əvvəl formalaşmış danışıqlar irsindən gedirdi ki, bu da o deməkdir ki, onun özü danışıqların məzmununun formalaşdırılması prosesinə təsir göstərə bilməyib. Paşinyan əlavə edib ki, sadəcə olaraq həqiqəti gizlətməmək qərarına gəlib. Son aylarda Türkiyə və Azərbaycanla normallaşma tələbləri geniş vüsət alan Nikol Paşinyan Azərbaycanla daimi sülh sazişi əldə etmək istədiklərini bildirib. O bəyan edib ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Paşinyan Azərbaycanla münasibətləri normallaşdırmaq istədiklərini və atəşkəslə qane olmadıqlarını bildirib: “Azərbaycanla daimi sülh sazişi bağlamaq, diplomatik münasibətlər qurmaq istəyirik”. Beləliklə, bu açıqlamalar göstərir ki, Ermənistan Qarabağda statusun olmayacağı ilə razılaşmağa məcburdur və buna görə o yox, keçmiş hakimiyyət məsuliyyət daşıyır. İkincisi,  bu durumda proseslərin yekun sülh sazişinə doğru getdiyi müşahidə edilir.

Nahid SALAYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ