çərşənbə günü, 11 noyabr 2026
     

El harayına can deyən şəhid - Beşinci yazı

Image


(Əvvəli ötən sayımızda)

İntiqam dayımın xatirələrini dəftərçəmə qeyd edib Eldəniz dayımla danışmaq istəyirdim ki, dəstəyi Zeynəb xalam götürdü. Hal-əhvalımı soruşub, qısa salam-sağ ol elədi. O, Elcanın üç bibisinin sonuncusu və ən kiçiyi idi. Təbii ki, Zeynəb xalamın fikrini soruşmasam doğru olmazdı.

Zeynəb xalam çox kövrək qəlbə sahib olduğundan bir az ağladı. Şəhidlə bağlı xatirələrini belə bölüşdü: “Elcan yaddaşımda ən çox qohumcanlılığı ilə qalıb. Hamının dərdinə şərik çıxmağa çalışırdı. Özün bilirsən, uşaqlığı keşməkeşli olub, çətinliklə böyüyüb. Amma iradəsi çox möhkəm idi. Bu yaxınlarda bildim ki, özü kasıb ola-ola yetim-yesirə, ehtiyacı olanlara əl tuturmuş. Rəhmətə gedəndən sonra çoxlarından eşitmişəm. Həqiqətən də, qızıl kimi oğul idi. Onun ölümünə hələ də inana bilmirəm...”.

Şəhidin ən yaxın sinif yoldaşı və dostu Qismət Namazov xatirələrinə əbədi həkk olunmuş bir hadisəni belə xatırlayır: “Bizə həmişə köməklik göstərərdi. Hamıya can yandırardı. Bir dəfə axşamüstü “Metallurq” stadionunda birlikdə oturub söhbət edirdik. Sol tərəfdəki daşın üstündə dişlənmiş çörək parçası var idi. Çörəyi götürüb: “Allaha qurban olum, nemətə gör necə hörmətsizlik edirlər”, – deyib başını narazı halda yellədi. Sonra əlindəki çörəyi tikə-tikə böldü və bir az aralıda eşələnən göyərçinlərə tərəf atdı. Quşlar yığışıb həmin çörək qırıntılarını yedilər”.

Sonra sözünə belə davam elədi: “Hə, bir dəfə də tənəffüsdə gördüm ki, məktəbin həyətində oturub yerdə nəyəsə baxır. Yaxınlaşanda gördüm ki, əlindəki bulkanın bir hissəsini qarışqalara atır. Üzünü mənə tutub gülümsəyərək: “Yazıqlar qışa yem yığırlar. Bir az da mən kömək olum”, – dedi. Onun bu sözü məndə də həvəs oyatdı. Cibimdəki xırda-xuruşla tum alıb mən də qarışqalara tum verməyə başladım...”.

Elcanın bacısı olmayıb. O, əmisinin və bibilərinin qızını özünə bacı bilirdi. Bir dəfə bibisi qızından soruşdum ki, Elcan barədə hansı xatirələrin var? O, kövrələrək dedi: “Elcan mənə qardaş olub. Qardaşım Turxan əsgərliyə təzə getmişdi. Dayıoğlu bir dəfə bizə gəldi. Anam həyətdə işlə məşğul idi. Elcan mənimlə hal-əhval edib dedi: “Turxan əsgərlikdə olsa da, mən burdayam! Əgər xətrinə dəyən olsa, ölməmişəm. Sən mənim də bacımsan. Nəfəsim gedib-gəldiyi müddətdə kiminsə xətrinə dəyməsinə imkan vermərəm”. Elcan sözün əsl mənasında mənə arxa-dayaq idi. Özümü qardaşımın və onun varlığı ilə çox güclü hiss edirdim. İndi elə bil qanadımın biri sınıb. O, təkcə mənə yox, qohumlarımızdakı bütün qızlara arxa idi. Mərd və cəsur oğlan idi. Hələ də onun yoxluğuna öyrəşə bilmirəm...”.

Elcan tarix dərsində Gəncə xanı Cavad xanın şücaətini, igidliyini, düşmənə boyun əymədiyini oxuyanda istər-istəməz özü də belə bir ömür yaşamağı xəyalından keçirər, arzulayardı. Hərdən atası ilə Gəncə Şəhidlər Xiyabanına gedərdi. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igidlərin ölməz ruhu qarşısında baş əyərdi. Məzar daşından boylanan hər bir şəhid onun üçün doğma idi, əziz idi. Axı onlar Vətən uğrunda, haqq işi uğrunda canlarını qurban vermişdilər. Düşünürdü ki, mənim də imkanım olsaydı, belə cəsarətli addım atardım. Nə vaxt lazım gəlsə, döyüşlərə atılar, Vətən yolunda şəhid belə olardı. Ömür qatarı isə, sən demə, onu bu uca zirvəyə doğru aparmaqdaydı...

Nakam sevgi hekayəsi

Bəşər övladı yaradılarkən onun daxilində bir neçə duyğu olur. Bunlardan ən ülvisi məhz sevgi-məhəbbət duyğusudur. Uşaqlıqda sadəcə cücərti olan bu hiss böyüdükcə daha da ülviləşir. Tarixdə yazılmış ən təsirli dastanlar bəlkə də məhəbbət haqqında olanlardır. Fərhadın qayaları yarması, Məcnunun çöllərə düşməsinə səbəb sevgi-məhəbbət deyildisə, bəs nə idi?

Elcanın həyatında ilk “sevgi dastanı” uşaqlıqdan başlayır. Məktəbdə ikinci sinifdə oxuyanda birinci sevdiyi şəxs sinif yoldaşı olur. Bəzən həmin qızın üstündə digər sinif yoldaşları ilə mübarizə aparır, bəzən dərslərində seçilir ki, onun diqqətini özünə çəkə bilsin. Aradan keçən illər həmin sevgini sadəcə şirin uşaqlıq xatirəsi olaraq tarixə qovuşdurur. Yeniyetmə yaşlarında adının çəkilməsini istəmədiyi bir qıza vurulur. “Sevən insanın gözləri kor olur”, – deyirlər. Yeniyetmə yaşlarında yaşanılan bu duyğu onun bütün vücudunu bürüyür. Qəlbindəkiləri həm dostu, həm də bibisioğlu Turxanla paylaşır. Turxan ondan xəbərsiz qızla maraqlanmağa başlayır. Görsün, bu qız kimdir, kimlərdəndir, dayısı oğluna layiqdirmi? Təəssüf ki, nəticə elə də ürəkaçan olmur. Turxan bunu dostundan gizlətmir. Elcana eşidib dəqiqləşdirdiklərini dedikdə, o heç nə demir, günlərlə bu barədə söz belə açmır. Bir gün Turxan həmin qız məsələsini açanda Elcan deyir: “Bibioğlu, o məsələ daha keçmişdə qaldı...”.

Bu, Elcanın doğru qərarı idi və həyat onun haqlı olduğunu sübut edəcəkdi. Amma...

On səkkiz yaşında Elcan mərifətli, ailə tərbiyəsi görmüş, abır-həyalı bir qızın qəlbinə yol tapır. Fikrini qətiləşdirən Elcan bir gün könlünü qıza açır. Qız heç nə demədən gözlərini yerə diksə də, qızarmış yanaqları artıq cavabı bəlli etmiş olur. Aradan keçən günlər həftələrlə növbələşir. Gənc sevgililər gələcəklərinə dair xəyallar qurur, xoşbəxt günlər arzusu ilə yaşayırlar. Ancaq “sən saydığını say, gör fələk nə sayır” – demiş atalar.

Bir gün Elcan könül verdiyi yarına əsgərliyə getmə vaxtının çatdığını bildirir. Axı, canı canandan necə ayırmaq olar? Təbii ki, qız kədərlənir, halı dəyişir. İlyarımlıq ayrılığın çətin olacağını bildirir. Elcan isə təbəssümlə deyir: “Ürəyini sıxma. İnşallah, vaxt tez keçəcək. Dua elə. Dua elə ki, sağ-salamat qayıdım...”.

Ana Vətənin keşiyində olduğu vaxtlarda Elcan imkan olduqca tez-tez qəlbini verdiyi yarı ilə danışıb hal-əhval edir. Söz verir ki, əsgərlikdən qayıdan kimi elçilik edib onu valideynlərinə gəlin, özünə həyat yoldaşı edəcək. Qız hər dəfə bu sözləri eşitdikdə sevincindən yerə-göyə sığmır. Lakin...

Dünya bu iki yeniyetmə gəncin arzularını ürəklərində qoyur. Mənfur düşmənlərimizin başlatdığı hərbi iğtişaş bizlər üçün şanlı Vətən müharibəsinə çevrilir. İllərdir səbr etməkdən səbr kasası daşan xalqımız təngə gəlir. Pozulan atəşkəs indi sadəcə güllə ilə susdurulmur. Hərbi komandanlıq əsgərlərimizə hücum əmri verir. Ana Vətənin müqəddəs torpağı həsrətində olduğu igidlərimizin ayaq səsləri ilə fərəhlənir.

Həmin igidlərin arasında Elcanın xüsusi yeri olur. O, son damla qanına qədər döyüşür. Neçə-neçə kəndimizin alınmasında fəal iştirak edir. Və bir gün xain düşmən mərmisinə tuş gəlir. Kül olmuş bədəni uğrunda vuruşduğu ana Vətənin torpağına əmanət qoyulur.

Sevdiyi oğlanın yolunu gözləyən yar isə Elcanın ölüm xəbərini alır. Bu, ləyaqətsiz düşmənimizin qara hərflərlə tarixə yazdığı bədnam hekayələrdən sadəcə birisinə çevrilir...

Səxavətli ürək

İnsanlar çox vaxt elə düşünürlər ki, kiməsə əl tutmaq üçün imkanlı olmaq lazımdır. Halbuki, bu heç də belə deyil. Əsas olan nə qədər verdiyin yox, nə qədərdən verdiyindir.

Rəvayət olunur ki, bir gün Həzrət İsa peyğəmbər camaatdan xeyirli bir iş üçün ianələr istəyir. Varlı şəxslərdən bir neçəsi yüzlərlə qızıl pul, orta səviyyəlilər isə 5-3 qoyun gətirir. Bir sözlə, hamı müəyyən qədər Həzrət İsaya dəstək olur. Ona inanan kasıb qadınlardan biri cəmi bircə keçi ianə edir. Yaranmış fürsəti dəyərləndirən İsa peyğəmbər üzünü ətrafındakı şəxslərə tutub deyir: “İçərinizdə ən çox dəstək olan insan bu qadındır”.

İmkanlı şəxslərdən biri təəccüblə soruşur:

- Axı, bu necə ola bilər?! O bir arıq keçi verdiyi halda, mən, demək olar, bir sürünün pulunu vermişəm.

Həzrət İsa təbəssümlə deyir:

- Elədir, sən bir sürü qoyunun pulunu vermisən, təqdir olunur. Amma mühüm olanı neçə dənə, nə qədər vermək yox, neçə dənədən nə qədər verməkdir.

- Ey Allahın peyğəmbəri! Mümkünsə, bunu bizim üçün izah edin.

- Bax, sənin mal-dövlətinin, sərvətinin sayı-hesabı yoxdur. Çox imkanlı birisən. Sən öz malının yüzdə birini vermisən. Amma bu qadının olan-qalan bircə keçisi var idi və o, həmin heyvanını ianə elədi. Malının yüzdə yüzünü, hamısını verdi. Allah qatında kəmiyyət, miqdar yox, keyfiyyət əhəmiyyət kəsb edir...

Elcanın qəlbi səxavət yuvası idi. Yeniyetməlik yaşlarında  böyüklərinin cibinə qoyduğu xərclik pulunu yetimlərə xərclədiyi ancaq ölümündən sonra bilinmişdi. Özü də köməyinə yetdiyi həmin yetimlər tərəfindən.

Şəhidin Etibar adlı dostu onu belə xatırlayır.

“Elcan ürəyiyumşaq, əliaçıq insan idi. O, aramızda belə bir adət formalaşdırmışdı ki, vaxtaşırı hər birimiz 20-25 manat pul atışıb hardasa 200-300 manat pul yığardıq. Sonra həmin pulla kimsəsiz uşaq evinə gedərdik. Hərdən mən: “Eltac, camaat iki-üç min pulla gedir, bizsə bu qədərlə”? – deyə narazılıq edəndə, o, deyirdi: “Kasıbın olanından”. Düzdür, bir dəfə qocalar evinə də getmişdik, amma Elcanın əsas ürək qızdırdığı yer körpələr evi idi. Bizə həmişə: “Yetimlər çox sıxılırlar. Onların üzünü güldürmək Allaha da xoş gedər, savabdır”, – deyə nəsihət edərdi. Əsgərlikdə olanda da zəng edib hal-əhval eləyəndə yetimlər haqqında mütləq soruşardı. Onun özünün həm imkansız olduğunu, həm də kirayədə qaldığını bilirdik. Amma çox təəccüblü idi ki, özü ehtiyac içində ola-ola səxavət əli həmişə ata-anasız körpələrin üzərində olardı”.

Ömrünü bəzədin ülvi əməllə,
Səxavət bağından çoxu gül dərdi.
Ucaldın nəcibliklə pillə-pillə
Bildin ürəklərdən, gözlərdən dərdi.

Ehtiyac içində sən ola-ola,
Tutdun əllərindən neçə insanın.
Bilmədik gələcək ömrün zavala,
Fəda olacaqdır Vətənə canın.

* * *

“Mən kiməm” sualı tarix boyu bütün mədəni cəmiyyətlərdə insan övladının cavab axtardığı ən mühüm məsələ olub. Əsasən “mən kiməm” sualı ilə ilk dəfə orta yeniyetməlik dövrü hesab edilən 15-18 yaşlarında qarşılaşırlar. Bu yaş dövrünə qədəm basmış bir şəxs hər mənada sürətli bir inkişaf mərhələsinə adlayır, mücərrəd zəkaya sahib olur, xaotikliyi ilə seçilən erkən yeniyetməlik dövrünü arxada qoymuş olur. Yeniyetmə yaşlarındakı şəxs özü ilə qarşılaşır və onun üçün, Yunus Əmrə demişkən: “Bir mən vardır məndə, məndən içəri...” halı xarakterik olur. Yəni həyatında baş vermiş dəyişiklər və inkişaf nəticəsində o özü-özünə yadlaşır. Sanki daxilində özündən fərqli bir şəxsiyyət daşımağa başlayır və buna görə də, daxilindəki şəxsiyyətlə tanış olmaq, onu dərk etmək və onunla qaynayıb-qarışmağı özünə vacib bilir. Elə bu vaxt özünə “mən kiməm” sualını verməyə başlayır. Əlbəttə, bu suala cavab vermək asan deyil və əksər insanlar düzgün yolu tutub təkidlə cavab axtarmaq əvəzinə, bu işin çətinliyindən çəkinib asan yola üz tutur və beləcə, özlərini kəşf və dərk etmək, daha doğrusu, öz şəxsiyyətlərini formalaşdırmaq əvəzinə, müxtəlif şəxslər və qruplar vasitəsilə özlərinə şəxsiyyət “biçirlər”.

(Ardı var )

Elvin ARİFOĞLU



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ