çərşənbə günü, 11 noyabr 2026
     

El harayına can deyən şəhid - Üçüncü yazı

Image


(Əvvəli ötən sayımızda)

Handan-hana anam özünü ələ aldı. Dərindən köks ötürüb dedi:

- Ay bala, Vallah mən ondan yaxşılıqdan başqa bir şey görməmişəm. Danış desən danışar, sus desən, susardı. Böyüklərə çox hörmət göstərirdi. Heç kimə pislik etməzdi.

- Yaxşı, ay ana. Bildim.

Dəstəyi asmaq istəyirdim ki, anam dilləndi:

- Elvin, bilirsən də, o uşaq çox çətinliklər çəkib. Yetim kimi böyüyüb. Amma bir dəfə onun ağzından nə pis söz eşitmişəm, nə də kiməsə haqsızlıq etdiyini görmüşəm...

Yəqin, dəyərli oxucular da qəbul edər ki, bir insanın uşaqlıq çağları ömrünün ən dəyərli vaxtlarıdır. Məhz həmin yaşlarda şəxsiyyət kimi formalaşmağa başlayır. Elcanın lap kiçik yaşlarından qazandığı müsbət xüsusiyyətlərdən biri həmişə doğru danışması  və yalandan uzaq olması idi. Hər zaman düzü deməyə adət etdiyindən güclü və səmimi insan kimi yetişib və özünə inam hissi yüksək olub. O, valideynlərinin gözlərinə dik baxıb və düşüncələrini həmişə çəkinmədən birbaşa deyib. Çünki düşüncələri də özü kimi saf olub.

Bəlkə də bu xüsusiyyəti onu daim nəyisə əldə etmək üçün valideynlərinə yalan danışan uşaqlardan fərqləndirib. Ata-anasının və digər yaxınlarının sözlərinə görə, Elcan kiçik yaşlarında nəsə yanlış iş görsəydi, əsla boynundan atmaz, olanları cəsarətlə etiraf edərdi.

Ən xoşladığı oyun “avtomat-avtomat” olub. Təəssüf hissi ilə qeyd edək ki, zaman keçdikcə belə ənənəvi oyunlar yerini elektron və virtual oyunlara verərək özləri tarixə qarışır. Halbuki, ənənəvi oyunlar həm zehni inkişafı, həm fiziki aktivliyi artırır, həm də uşaqlar arasındakı səmimiliyi və doğmalığı inkişaf etdirir.

Kiçik yaşlarında hobbiyə çevrilmiş “avtomat-avtomat” oyunu Elcanın gələcək həyatına təsirsiz ötüşməyəcəkdi. Belə ki, taxta parçasından hazırlanan avtomat sonralar poladdan hazırlanan silahla əvəz ediləcəkdi. Maraqlıdır ki, həmişə eyni komandada “silah yoldaşı” olan bibisi oğlu və ən yaxın dostu Turxan illər sonra da eyni komandada Azərbaycan Ordusunda onunla “silah yoldaşı” olacaqdı. Bu dəfə onlar şərti düşmənlə yox, real işğalçı düşmənlərə qarşı döyüşəcəkdilər. Uşaqlıqda döyüş bitəndə hər iki dost deyib-gülərək evə qayıtsa da, gələcəkdə bu dostlardan biri sağ-salamat evə qayıdacaq, digəri isə şəhid olacaqdı. Amansız fələk onlara rəhm etməyəcəkdi...

Elcanın Yaylaq nənəsi onun uşaqlıq illərini belə xatırlayır:

“ Nəvəmin uşaqlıq illərinin hər saniyəsi gözlərimin önündədir. Elcan digər nəvəm Turxanla bibioğlu-dayıoğlu olmaqdan əlavə, həm də yaxın dost idilər. Balaca olanda tez-tez taxtadan düzəldilmiş avtomatlarla döyüş oyunu oynayardılar. Rəhmətlik o qədər can-başla vəzifəsini yerinə yetirərdi ki, evə çox vaxt üst-başı toz-torpaq içində qayıdardı. Biz də ona heç nə deməzdik. Axı, nəvə nənə üçün həmişə şirin olur. Düzdür, anası onu tənbeh edərdi, lakin mən həmişə Elcan balamı qoruyardım. Kaş zamanı geri qaytara biləydim...”.

Xoş xatirələrlə yaddaşlarda əbədi həkk olunan həmin illər çox sürətlə keçir və Elcan böyüyüb hərbi xidmətə yollanır. Əsgərliyin on birinci ayında şanlı Vətən müharibəsi başlayır. Qırx dörd günlük müharibə acımasız olur. Elcan qorxmadan döyüşə atılır və ən yaxın dostu Turxan da könüllü olaraq düşməndən qisas almağa yollanır. Müharibənin axırlarına yaxın Turxan evlərinə zəng edəndə anasından Elcanın şəhid olması xəbərini öyrənir. Kövrəlir, daha mətanətlə vuruşacağına and içir və bir cana min can alacağına söz verir. Döyüşür, bu dəfə Elcanın, qardaş qədər sevdiyi əzizinin qisasını almaq üçün. Lakin 10 noyabr 2020-ci il razılaşması onu dayandırır. Təəssüflənir, amma başqa Elcan kimi oğulların sağ qalması ilə özünə təsəlli verir.

2021-ci ilin yanvar ayında ölkə başçısının sərəncamı ilə könüllülər ordudan tərxis olunur. Aybəniz xanım bu müharibədə qardaşı oğlunun şəhid olmasına kədərlənib üzülsə də, Turxanın sağ-salamat evə qayıtmasına sevinir. Oğlunun ən çox xoşladığı yeməkləri bişirib gözləməyə başlayır. Hava qaralmağa doğru getsə də oğlu gəlib çıxmır. Şər qarışır, gecə düşür. Aybəniz xanım çox narahatlıq keçirir. Axı, oğlu bu gün gələcəyini demişdi. Hərbi hissənin komandanlığı ilə telefon əlaqəsi saxladıqda oğlunun günorta saatlarında evə buraxıldığını öyrənir. Ananın nigaranlığı daha da artır. “Yoxsa yolda gələndə balamın başına bir iş gəlib” – deyə düşünür.

Nəhayət gecə saat bir-iki radələrində Turxan evə qayıdır. Aybəniz xanım oğlunu bağrına basır və narahatlıqla onun üzünə baxır. Turxanın gözləri ağlamaqdan qıpqırmızı olmuşdu.

- Ay bala, qurban olum, neçə saatdır haralardasan? Ürəyim partladı axı, – deyən ana oğlundan açıqlama gözləyir.

- Narahat olma, anacan. Hər şey öz qaydasındadır. Gəncəyə gələndən Şəhidlər Xiyabanında idim – Elcanın qəbri üzərində. Hələ də onun ölümünə inana bilmirəm.

- Allah rəhmət eləsin. Səni başa düşürəm, ən yaxın dostun olub, oğlum, o hamımızın əzizi, canı idi. Nə etmək olar, olacağa çarə yoxdu.

- Bəs, indi Elcansız necə olacaq? O mənim ən yaxın dostum və sirdaşım idi...

Elcanın həyatının hər anı onun əzizlərinin xatirəsində əbədi qalacaq.

Şəhid Elcan Muradovun uşaqlığı barəsində son olaraq bunu deyim ki, onu tanıyan bütün qohum və dost-tanışlara görə Elcan elə uşaqlıqdan ləyaqətli birisi olub. Və qısa həyat tarixçəsi bunu göstərdi ki, həmin ləyaqətini on doqquz illik ömrünün sonunadək qoruyub saxlaya bilib.

1.2. Dərələyəzdən Gəncəyə mühacirət yanğısı

Azərbaycan tarixən Qafqaz regionunun ən qaynar nöqtələrindən biri olub. Böyük dövlətlər mühüm hərbi-strateji əhəmiyyəti olan Qafqazda, o cümlədən Azərbaycanda möhkəmlənmək, bu diyarın tükənməz yerüstü və yeraltı sərvətlərinə yiyələnmək siyasəti yeridiblər. Həyata keçirilən ən mənfur siyasətlərdən biri də azərbaycanlıların etnik təmizlənməsi olub. Əsasən, Qərbi Azərbaycanda bu etnik təmizlənmənin qurbanları isə, heç şübhəsiz, günahsız insanlar olub.

Bunu da qeyd edim ki, mənim anam Qərbi Azərbaycanın Dərələyəz (indiki Yexeqnadzor) rayonundandır. 1988-ci ildə baş verən hadisələrin canlı şahidi olan anam, eləcə də nənəm, babam, dayılarım, xalalarım hər dəfə həmin səhnələri danışanda sanki ürəyim sinəmə sığmır. Axı, bir insan başqa birisini sırf azərbaycanlı olduğu üçün necə terrora məruz qoya, ata-baba yurdundan çıxara bilər? Bunu həyata keçirən siyasətbazlar necə insan adlana bilərlər?! Tarixi təhlil bu suala neqativ cavab verir.

Xalqımızın sinəsinə dağ kimi çəkilən Qərbi Azərbaycan, xüsusilə Zəngəzur-Dərələyəz mahalından danışmadan keçmək, zənnimcə, doğru olmaz. Üstəlik, şəhid Elcan Muradovun ata-babasının həmin diyardan mühacirət etməsi bunu gərəkdirir.

Zəngəzur – indiki Ermənistanın cənub hissəsini və Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatə edən tarixi mahaldır. Keçən əsrin əvvəllərində Zəngəzur mahalında 149 azərbaycan, 91 kürd və 81 erməni kəndi var idi.

Zəngəzur Cavidan, Cavanşir və Babək dövründə Xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, otuz ildən artıq sürən qanlı döyüşlərin məkanı olub. Buna digər səbəb, həm də zərdüştlüyün ən məşhur ibadətgahlarının bu yerlərdə olması idi. Ərəblər məhz Cənubi Azərbaycan-Naxçıvan- Biçənək- Gorus-Laçın- Bərdə istiqaməti ilə hərəkət edərək, o vaxt Alban, Arran adlanan Şimali Azərbaycanı zəbt ediblər.

1236-cı ildə monqol-tatarlar, 1395-ci ildə Əmir Teymur Qarabağ və Zəngəzuru çox böyük itkilər bahasına tutdu. Onun qoşunlarına dirəniş göstərdiklərinə görə bu yerləri xarabalığa çevirdi, on min ailəni imperiyanın şərqinə - Əfqanıstana köçürmək əmri verdi. Teymurun bu yürüşünü canlı görüb yazıya alan Foma Mesoplu “Əfqan tarixi”ndə, Yesay Həsən Cəlal “Alban ölkəsinin qısa tarixi”ndə bu köç haqqında məlumat verib. Bunu qeyd edək ki, həmin əmrlə təkcə dörd min ailə Əfqanıstanın Qəndəhar şəhəri yaxınlığında məskən salıb.

Zəngəzur və Dərələyəz 1410-1468-ci illərdə Qaraqoyunluların, 1468-1502-ci illərdə Ağqoyunluların, 1502-ci ildən isə Səfəvi qızılbaşlarının hakimiyyəti altına düşdü. Sonrakı dövrlərdə Osmanlı və Səfəvilər arasında bu yerlər uğrunda uzun sürən döyüşlər getdiyindən, o dövrlərə aid kitablarda Zəngəzur və Dərələyəzin əksər yaşayış məntəqələrinin boşaldığı, əhali yaşamadığı, xarabalıqlara çevrildiyi qeyd edilib.

Keşməkeşli tarixi hadisələr nəticəsində Qacar dövlətinin ərazisi olan bu region on doqquzuncu yüzilliyin iyirminci illərində Rusiya-İran müharibəsi nəticəsində Çar Rusiyasının nəzarəti altına keçir. Çar Rusiyasının hakimiyyəti illərində Şərur-Dərələyəz qəzası yaradılır. Çar Rusiyasının dağılması və Ermənistan Cümhuriyyətinin yaradılması ilə də bu qəza həmin dövlətin nəzarəti altına keçir. 1920-ci ildə sovet bolşevik dövlətinin Cənubi Qafqazı işğal etməsi ilə. bütün bölgə kimi, Şərur-Dərələyəz qəzası da SSRİ-nin tərkib hissəsinə çevrilir. 1922-ci ildə Kremlin qərarıyla Şərur Azərbaycan SSR-in, Dərələyəz isə Ermənistan SSR-in tərkibinə qatılır. Beləliklə, ulu babalarımızın vətəni olan bu cənnətməkan diyar uzun tarixi proseslər nəticəsində erməni dövlətinin nəzarəti altına keçir. Sovet hakimiyyəti dağıldıqdan sonra, 1991-ci ildən etibarən günümüzədək həmin ərazi Yexeqnadzor rayonu olaraq Ermənistan Respublikasının ərazisi hesab edilir.

Bunu da qeyd edək ki, azərbaycanlıların Qərbi Azərbaycandan (indiki Ermənistandan) deportasiyası və köçürülməsi əsasən on doqquzuncu əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası 1905-1920, 1948-1953 və 1988-1991-ci illər olmaqla üç mərhələyə bölünür.

Bütün bu deyilənlər onu göstərir ki, Qərbi Azərbaycan, xüsusilə Zəngəzur mahalı və Dərələyəz rayonu tarixən ən qaynar bölgələrdən olub. Azərbaycanlılar dəfələrlə bu yerlərdə deportasiya və təzyiqlərə məruz qalıblar.

Tarix şahidlik edir ki, acı talelər çəkmiş toplumlar içərisində xalqımızın da payı az olmayıb. Çox vaxt imperialist qüvvələrin hücumlarına məruz qalan azərbaycanlılar son yüzilliklərdə öz el-obalarından didərgin salınıblar.

Elcan öz qan yaddaşında belə bir iztirablı tarixi hadisələrin acısını daşıyırdı. Təbii ki, bütün bunlar onda haqsızlığa qarşı barışmazlıq hissi formalaşdırmışdı. İllər sonra baş verəcək və Azərbaycan tarixinə qızıl hərflərlə düşəcək bir haqq savaşında o da öz imzasını atacaqdı. Elcan bölünmüş Vətəni daha da parçalanmağa qoymayacaqdı. Lazım olsa, öz şirin canını da verəcəkdi. Təki, doğma Vətənin üzü gülsün!

(Ardı var)

Elvin ARİFOĞLU



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ