çərşənbə günü, 11 noyabr 2026
     

El harayına can deyən şəhid - Ikinci yazı

Image


(Əvvəli ötən sayımızda)

Uşaqlıqdan ərköyün və dəcəl uşaq kimi tanınmışdı. Gəncə şəhərində böyüdüyü, el arasında “Pasyolka” kimi tanınan Kiraz qəsəbəsində hamı onun, ərköyünlüyündən əlavə, mehribanlığından, səxavətliliyindən hələ uzun illər ağızdolusu danışacaq.

Dostlarının dediyinə görə, Elcanın dəcəlliyi ən çox haqsızlıqla qarşılaşanda ortaya çıxırdı.

Bir gün binanın qarşısında məftildən düzəldilən sükanla “maşın-maşın” oynayan Elcana qonşu binada yaşayan həmyaşıdı bir uşaq yaxınlaşır:

- Elcan, ona denən də! – deyib əlindəki tetrislə oynayan oğlanı göstərir. Elcan oyununu dərhal saxlayıb ondan köməklik istəyən şəxsə üzünü tutur:

- Nolub ki? Sənə nə deyir?

- Mənim tetrisimi əlimdən aldı. Anam bazara gedib. İndi gələndə mən ona nə deyəcəm? – deyən qonşu uşağın göz yaşlarını dayanmırdı.

- Narahat olma, qaqa! Mən ona təpinərəm.

Elcan bunu deyib vüqarlı şəkildə özündən iki-üç yaş böyük olan Fərid adlı uşağın üzərinə yeriyir:

- Fərid, bunun tetrisini qaytar!

- Nə tetris? – deyə istehza ilə başını qaldıran Fəridin öz cüssəsinə arxalandığı hər halından bilinirdi.

- Bu deyir ki, tetrisini əlindən almısan. Ayıbdır, utanmırsan?

- Yeri get, işinlə məşğul ol! Məni əsəbiləşdirmə!

- Fərid, deyirəm tetrisi qaytar!

Həm cüssə, həm də yaşca Elcandan böyük olan Fərid yerindən qalxıb tetrisi sol əlinə alaraq qaşlarını çatdı:

- Vermirəm!

Elcan xoşluqla heç nəyə nail olmayacağını görüb, kükrəyən şir kimi Fəridin üzərinə yeridi. Yaxasından hirslə yapışıb əsəbdən qıpqırmızı olan gözlərini onun gözlərinə dikdi. Bu, sanki son xəbərdarlıq siqnalı idi:

- Axırıncı dəfə deyirəm, uşağın tetrisini qaytar!

İndiyədək Fəridlə belə sərt davranan olmamışdı. Məhəllədəki uşaqlar bəlkə də onun cüssəsindən çəkinərək müqavimət göstərməyə belə cəhd etməmişdilər. Fərid Elcanın qətiyyətini görüb biixtiyar təlaşlandı. Süni təbəssümlə:

- Nolub e-e, Elcan? Oynayıb qaytaracaqdım da... – deyərək tetrisi sahibinə qaytardı.

Elcan isə əlini onun yaxasından çəkənə oxşamırdı:

- İndi də ondan üzr istə!

- Yaxşı, yaxamı burax.

Haqsızlığa məruz qalan dostunun sevinc dolu gözlərinə baxan Elcan indi də Fəriddən üzrxahlıq tələb edirdi. Fərid gözlərini yerə dikib asta səslə dilləndi:

- Üzr istəyirəm...

Beləcə, Elcan başqasının dadına çatmışdı. Bu onun genində formalaşmış zalımın zülmünə etirazdan irəli gəlirdi. Ata-babaları məhz məzlum şəkildə öz yurd-yuvalarından didərgin düşmüşdülər. Həmin vaxtlar Elcan hələ dünyaya gəlməmişdi. Amma müharibənin, isti el-obadan uzaq düşməyin əzabını canında, ruhunda hiss edirdi. O, Gəncə şəhərində məskunlaşan Kəlbəcər, Laçın və digər rayonlardan məcburi köçürülmüş ailələri görmüşdü. Hər dəfə doğma el-obasından didərgin düşmüş insanları görəndə, onlarla üz-üzə gələndə vicdanı sızlayırdı. Elə hey ürəyində: “Kaş, tez böyüyəydim, Qarabağdakı işğalçı ermənilərə günlərini göstərəydim”- deyərdi.

Elcan hələ uşaqlıqdan öz həmyaşıdlarından qeyri-adi xarakteri ilə seçilirdi. Əyləncələrə çox da meyl eləməzdi. Rəsm çəkməyi çox sevirdi. Nənəsi deyir ki, bəzən onun bağda ağaclara tamaşa etdiyini görərdim. Hərdən əlində yaşıl yarpaqla Yaylaq nənəsinin yanına gələr, çoxlu suallar verərdi. Bəzən yarpağa baxıb rəsmini çəkərdi. Rəsm ilk vaxtlar o qədər uğurlu alınmasa da, Elcan ruhdan düşmürdü.

Bir dəfə atası Eldəniz oğlunun sevinclə ona doğru qaçdığını görmüş, sonra Elcanın əlindəki vərəqdə çəkilmiş iki çinar yarpağının rəsminə baxıb qəlbən fərəh hissi keçirmişdi. Hələ uşaqlıqdan haqsızlığa dözməzdi Elcan. Hətta belə hallar görəndə atasına danışar, onun da fikrini öyrənərdi. Atası Eldəniz həmişə çalışırdı ki, oğlu həyatda doğru yol tutsun, dilinə yalan söz gətirməsin. Həmyaşıdlarının qəlbinə dəyən bir acı söz deməsin. Həmişə Elcana şəkilli kitablar alardı. İndi də bu şəkillərin oğlunda böyük maraq hissi oyatdığını xatırlayır...

Elcanın insanlarla tez dil tapması onu nəinki doğmalarına, hətta yaşadığı qəsəbədə hər kəsə sevdirmişdi. İstiqanlılığı, mehriban münasibəti ona atasından keçmişdi. Atasının xarakterindəki müsbət cəhətləri öz davranışında göstərən Elcan həm də həmyaşıdlarına bir örnək idi.

Şəhid Elcan Muradov müharibə görmüş, şəhidlər vermiş, yurd-yuvasından uzaq düşmüş bir ailənin uşağı idi. Bütün bu faktorlar onu əzmli, qorxmaz, cəsarətli böyüdürdü. Böyüdürdü ki, düşmənin murdar nəfəsini Ana Vətənin üzərindən kəssin.

Hələ Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxuyarkən Elcan məndən öz əyninə uyğun hərbi forma istəyirdi. Ali Hərbi Məktəbdə oxuyanda maraqlı bir söhbətimiz oldu.

İyul ayında Gəncədə məzuniyyətdə idim. Elcanın ad gününə iki gün qalmışdı. On bir yaşı olacaqdı. Mən hələ hədiyyə seçimi edə bilməmişdim. Münasib vaxt tapıb onu bir kənara çəkdim:

- Dayıoğlu, sabah ad günündür. Sənə nə hədiyyə alım? Ürəyin nə istəyir?

Elcan gözlərini yerə dikib:

- Elvin, mənə əsgər paltarı al - dedi.

Düzünü desəm, həmin vaxt buna imkanım yox idi. Yalandan söz verə bilməzdim. Ona görə təəssüflənib gözlərimi yerə dikdim:

- İndi buna imkanım yoxdur. Olar sonra alım?

- Eybi yox, mən elə-belə dedim. Gedək şəhərdə gəzək, bəsimdir.

Məni xəcalətli vəziyyətdən xilas etməyə çalışan dayıoğlumun bu arzusunu reallaşdıra bilməmişdim. Axı, hardan biləydim ki, istədiyi hərbi forma gələcəkdə onun kəfəni olacaqmış? Elcan üçün əsgər paltarı sanki müqəddəs bir geyim idi.

Zənnimcə, bu həqiqətən belədir. Əsgər paltarı müqəddəsdir. Onu müqəddəs edən parçanın keyfiyyəti, hansı firmada hazırlandığı yox, içərisində gəzdirdiyi əsgərdir. Şəhid əsgər. Elcan müqəddəs insanların sırasına qovuşacaqdı. Bəlkə də elə bu səbəbdəndir ki, bir hərbçi kimi məndən müqəddəs forma istəyirdi.

Şəhid Elcan Muradov müharibənin ağrı-acısını, çətinliyini babasından, atasından, əmisindən, bibilərindən eşitmişdi. Bilirdi ki, müharibə ayrılıq, iztirab, həsrət, nəhayətdə ölümlə üzləşmək deməkdir. Amma o elə bir oğul idi ki, Vətənin düşmən tapdağında qalmasını nə qeyrətinə, nə də vicdanına sığışdıra bilirdi. Elə hey dua edirdi ki, torpaqlar işğaldan qurtulsun. Bunun üçün ölümü belə gözə almağa hazır idi. Damarlarında axan qan, sanki ah-nalə edirdi, həsrət çəkirdi. Hər dəfə televizorda atəşkəsin pozulması nəticəsində hansısa hərbçinin şəhid olmasını eşidəndə: “Halal olsun, Vətənə belə oğul olmaq lazımdır!” – deyirdi.

Bəzən bizlər ideallaşdırılmış qəhrəmanları ancaq filmlərdə axtarır, kitablarda oxuyuruq. Özümüzü elə hey kiməsə oxşatmağa çalışırıq. Əsl qəhrəmanların hər gün gördüyümüz, salamlaşdığımız gənclər olacağını ağlımızdan belə keçirmirik.

Uşaqlığının bir neçə ilini Elcan atasıgillə Gəncədəki “Tekstilni” deyilən yerdə yaşamışdı. Kasıbçılıqla keçən uşaqlıq illərinə aid bir hadisəni əziz oxucularla bölüşmək istəyirəm.

Dayıoğlum bir dəfə mənə yaxınlaşıb: “Qaqa, mənə bir “Məmməd” pul ver də” – dedi. Pulu çıxarıb verən kimi beş yaşlı Elcan qaça-qaça yaxınlıqdakı mağazaya getdi. Elə bildim ürəyi nəsə istəyib. Bir də gördüm, iki dənə balaca bulka ilə içəridən çıxdı və skamyada əyləşən ahıl nənəyə yaxınlaşıb bulkaları ona uzatdı. Qoca nənənin ona nə dediyini eşitməsəm də, üz cizgilərindən xeyir-dua verdiyini anlayırdım. Mənə tərəf qayıdan Elcan üzümdəki sual dolu baxışları görüb birbaşa dedi: “Qaqa, çox ac idi. Ona görə aldım”.

Əyilib üzündən öpdüm. Uşaqlar, adətən, pul tapan kimi saqqız, bulka almağa qaçırlar. Bu uşaq isə başqa bir insanın ac olduğunu görüb, özündən qabaq onu düşünmüşdü. Elə o vaxtlardan əhd etmişdim ki, gələcəkdə hansısa yaxşı peşə və ya vəzifə sahibi olsam, Elcanı da yanıma gətirəcəm. Birlikdə olmağımızın ömrümüzü daha da məhsuldar edəcəyindən əmin idim.

Kitabın bu sətirlərini yazanda, səmimi etiraf edim ki, gözlərim yaşarır. Qəlbimə üz tutub ondan nə yazmalı olduğumu soruşuram. Ürəyim isə sanki: “Qələmi at, çəkil bir kənara, ürəyini dinlə” – deyir...

Axşam saat altının yarısıdır. Həbsxanada məhkumların yoxlanışı bitib. Qaldığım yataqxanaya qalxıb kupemdə otururam. Elcanın şəkillərini yığdığım fotoalbomu açıram. Mərhum, həyatda olduğu kimi, şəkildə də üzümə gülümsəyir. Gözlərindəki kədəri gizlətməyə çalışsa da, bacarmır. Onun bu gülüşü ilə ürəyimə sanki ox sancılır. Yoxluğuna hələ də alışa bilmirəm...

Dayıma zəng edirəm. Dörd-beş gündən sonra Elcanın “yeddi məclisi” olacağını bildiyimdən, ona ürək-dirək verib sözümə davam edirəm:

- Dayı, mənə Elcanın uşaqlıq illərindən danış.

- Elvin, nə danışım? Hər şeyi özün bilirsən də...

- Olsun, amma yenə də danış. Elə bil, özgə birisi səndən Elcanın uşaqlığını soruşur.

Dayımın səsi titrəyir. Hiss edirəm ki, kövrəlib. Heç nə demədən gözləyirəm. Dayım, nəhayət, sözə başlayır:

- Elcan doğulanda, elə bil, Allah mənə dünyanın ən böyük hədiyyəsini pay verdi. Toppuş və çox şirin uşaq idi. Hamımız onu çox istəyirdik. Dədəm onu məndən də çox istəyirdi. Elcan nə istəsəydi rəhmətlik dədəm yerinə yetirərdi.

Heç vaxt üzümə ağ olmaz, cavab qaytarmazdı. Dəcəl olsa da, sözümə qulaq asardı.

Bir şey yadıma düşdü.

- Nə? Mümkünsə denən.

- Biz “Tekstilni”də qalanda kirayə pulunu bəzən gecikdirirdik. Kasıbçılıq idi. Bir dəfə oğlum – bilmirəm onda məktəbə gedirdi, ya yox – gəlib mənə dedi ki, o da işləmək istəyir. Təəccübləndim. Camaatın uşağı səhərdən axşama qədər oynamaq arzusundadı, bu isə işləmək istəyir. Dedim ki, Elcan, hələ uşaqsan, dərslərini oxu, məktəbi qurtar, sonra işləyərsən. Dodaqlarını büzüb o biri otağa keçdi. Bir də gördüm, dəqiq yadımda deyil, bir “nizami”, ya bir “məmməd” pulla geri qayıtdı. Pulu mənə uzatdı. Gülümsəyib pulu niyə mənə uzatdığını soruşdum. Gözlərindəki böyük ümidlə dedi: “Papa, götür bunu, evin kirayə pulunu verərsən. Yenə pul tapacam, narahat olma!”. Sonra bildim ki, pulu həyətdə yerdən tapıb. Evdə mən kirayə pulunu verə bilmədiyimi deyəndə o da eşidib.  Ona görə də tapdığı pulu gətirib evə.

Bir neçə gün sonra Elcanın bibisi Təranə xanıma, yəni anama zəng etdim. Qısa salam-sağ olun ardınca hazırki kitab üzərində işlədiyimi deyib soruşdum:

- Anacan, Elcanın uşaqlığından nə yadında qalıb?

-Elcan gülərüz, cəsarətli, qorxmaz uşaq idi. Əmisi və bibisi qızlarına həmişə göz qoyardı ki, birdən kimsə onlara hörmətsizlik edər. Bir dəfə də onun kiminsə üzünə ağ olduğunu görməmişəm.

- Yaxşı, bəyənmədiyin xüsusiyyəti var idimi?

Bu sual anamın sözünü yarımçıq qoydu. Telefonda hönkürtü ilə ağlamağa başladı. Sualımdan peşman oldum:

- Ay mama, qurban olum, ağlama! Bu məlumatlar mənim üçün vacibdir deyə, soruşuram.

(Ardı var)

Elvin ARİFOĞLU



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ