çərşənbə günü, 11 noyabr 2026
     

Bayramov Rüstəm Adil oğlunun atası: “Araz İnşaatçı” MMC-də gözətçi işləyən oğlumun qətlindən 10 ay ötsə də...”

Image


“Cinayətkarın tapılması üçün Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və digər qurumlara müraciət etmişəm”

Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydiyyatda olan və hazırda Xəzər rayonu Türkan üzümçülük sovxozunda yaşayan Bayramov Adil Rüstəm oğlu redaksiyamıza müraciət edərək, 10 ay bundan əvvəl oğlunun müəmmalı şəraitdə qətlə yetirildiyini, qətlin üstündən 10 ay keçməsinə baxmayaraq hələ də qatilin tapılmadığını bildirdi.

A.Bayramovun sözlərinə görə, hələ oğlunun qatilləri tapılıb cəzalandırılmayıb. “Oğlum Bayramov Rüstəm Adil oğlu 1992-ci il təvəllüdlüdür. 1 il 7 ay idi ki, “Araz İnşaatçı” MMC-də fəhlə işləyib, son vaxtlar da orada gecə gözətçi qalırdı. 10 oktyabr 2020-ci il tarixində saat 5-də onu aparıb işə qoymuşam, gecə saat 20:54-də oğlum mənə “axran” yoldaşı olan Kərəm adlı şəxsin telefonu ilə zəng edərək “ata, gəlib məni apara bilərsən?” deyib. Mən də ona demişəm ki, oğlum, komendant saatıdır, necə gəlim. Sonra Kərəmlə danışdım, dedim ki, komendant saatıdır, gəlsəm məni saxlayarlar. O da mənə dedi ki, siz gəlməyin, narahat olmayın, oğlunuz mənim yanımdadır. O mənə oğlumdan muğayat olacağına dair söz versə də, amma sözünə əməl etməyib. Sonra oğlum təkrarən gecə saat 10-un yarısında mənə yenə zəng edib ki, imkan varsa gəl məni apar, mən də yenə ona dedim ki, komendant saatıdır. Oğlum mənə demədi ki, ata, məni öldürəcəklər. Hadisədən xəbərsiz yatdım. Səhərisi günü ona yemək apardım, nə qədər zəng etdim, telefonu götürmədi, sonra telefonu başqa adam götürdü və məndən “sən Rüstəmin nəyisən” soruşdu, dedim ki, atasıyam, mən də onun kimliyi ilə maraqlandım, polis olduğunu dedi. Polis mənə dedi ki, siz 30-cu Polis Bölməsinə gedin. Amma o mənə oğlumun öldürüldüyünü demədi. Elə bildim ki, oğlum dava edib, ona görə məni ora çağırıblar. Heç demə ki, oğlum gecə öldürülübmüş, sadəcə polis mənə bunu telefonda deməyib. Mənə sonra zəng gəldi ki, Rüstəm ölüb. Ağlım başımdan çıxdı. Demə ki, onun nəşini morqa aparıblar, ora getdim. Mənə dedilər ki, sənin oğlunun düşməni kimdir? Mən də dedim ki, Hüseynov Taleh Saleh oğlu. O adam mənim saflığımdan istifadə edib maşınımı “zaloq” qoymuşdu. Mən dükana mal aparırdım, bir gün Taleh mənə dedi ki, dayı, Sumqayıtda “888” saylı salona borcum var, sənin maşınını ora “zaloq” qoyaq. Demə ki, bu adam həmin salondan icarəyə götürdüyü maşını satıb və salon sahibi də ondan ya pulu verməsini, ya da maşını qaytarmasını tələb edəndə mənim maşınımı “zaloq” qoymuşdu. O məni aldatdı ki, hər ay pulunu ödəyib sənin maşınını geri qaytaracağam, amma ödəniş etmədi, məcbur olub pulu özümüz ödəyirdik. Ona görə də, Rüstəm gecə-gündüz işləyirdi ki, borcu ödəyib maşını “zaloq”dan çıxaraq, aya 255 manat ödəyirdik. Rüstəm Talehin üstünə getmişdi ki, sən kimsən ki, mənim atamı aldadıb onun maşınını “zaloq” qoymusan, atamın maşınını qaytar. Hətta Taleh onda qardaşının dükanının yanında Rüstəmi bıçaqla vurmaq istəmişdi. Mən özüm bunun şahidi olmuşam. Taleh Rüstəmə demişdi ki, səni amansızlıqla öldürəcəyəm. Mən Talehdən şübhəliyəm. O dəfələrlə oğlumu ölümlə hədələyib və bir dəfə də Rüstəmi bıçaqla vurmağa cəhd göstərməsinin şahidi olmuşam. O, “sənin axırına çıxacağam, Rüstəm,” demişdi. (Rüstəmin şəklini göstərərək) bu şəkli ürəyimin üstündə gəzdirirəm, bax gör belə oğlanı da öldürmək olar, heç belə oğlana da qıyarlar?!”

Oğlunun qətlinə görə kimdən şübhələndiyinə gəlincə, A.Bayramov dedi ki, kameraya iki qadın və kişilər düşüb: “Onların oğlumun meyitinin yanında nə işləri olduğunu bilmirəm, amma həmin qadınlar və kişi hələ də çöldədir, məsuliyyətə cəlb edilməyiblər. Hazırda Suraxanı rayon Prokurorluğunda araşdırma davam etdirilir. Hadisə Hövsan qəsəbəsi ərazində baş verib, oğlumun meyitini iş yerindən 700 metr aralıya atıblar. Kameraya baxanda dəhşətə gəldim, hər yer qan içindədir. Oğlumun necə, hansı şəraitdə öldürüldüyünü bilmirəm, onu amansızlıqla qətlə yetiriblər və meyiti Fövqəladə Halların Akademiyasının arxasına atıblar. Baş hissəsi yoxdur. Kameraya düşənlərin şəxsiyyəti müəyyən edilib. Prokurorun dediyinə görə, qadının birinin adı Tükəzban, o biri gəlini Günel, oğlu Elsevər, Elbəy və İslam kameraya düşüb. Hazırda Suraxanı rayon Prokurorluğunda araşdırma davam etdirilir. Mən bu adamları tanımıram, onlarla mənim heç bir əlaqəm yoxdu. Guya ki, gedərkən bu qadınlar meyiti görüblər və meyitə baxıblar, hətta Tükəzban oğluna da zəng vurub ki, gəlin siz də baxın. Prokuror dedi ki, oğlum can üstə olub, həkimə çatdırılsaydı, bəlkə həyatını xilas etmək olardı. Mən başa düşmürəm ki, gecə komendant saatı vaxtı bu adamlar küçədə nə edirmişlər? Suraxanı rayon Prokurorluğu deyir ki, araşdırma aparırıq, amma qatilin izini tapa bilmirik. Artıq 10 aydır ki, oğlum qətlə yetirilib, oktyabrda ili tamam olacaq, amma hələ qatil tutulmayıb, əlini-qolunu sallayıb ortada gəzir. Mən nə etməliyəm? Cinayətkarın tapılması üçün Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və digər qurumlara müraciət etmişəm. Srağagün Daxili İşlər Nazirliyindən mənə cavab gəldi ki, müraciətiniz qəbul olunub”.

A.Rüstəmov əlaqədar qurumlardan oğlunun qatilinin aşkarlanaraq məsuliyyətə cəlb edilməsini istəyir. Ata deyir ki, oğlu qətlə yetiriləndən nə gecəsi, nə də gündüzü var, qatilin yaxalanması onun yanan ürəyinə su çiləyər. A.Rüstəmov ümid edir ki, yeganə oğul övladının müəmmalı şəkildə qətlə yetirilməsi məsələsi əlaqədar qurumlar tərəfindən obyektiv şəkildə araşdırılacaq və qatil üzə çıxarılacaq. O dedi ki, DİN tərəfindən müraciətinin qəbul edilməsi nazirliyin hadisəni nəzarətə götürdüyünü deməyə əsas verir: “DİN artıq müraciətimi qəbul edib, inanıram ki, hadisə artıq nəzarətə götürüləcək. Cənab nazir Vilayət Eyvazovdan xahişim odur ki, oğlumun qatillərinin tezliklə aşkarlanıb tapılması məsələsini nəzarətə götürsün və bununla bağlı göstəriş versin. Heç olmasa, ilinə qədər qatili tapılaraq üzə çıxarılsın, mən də təsəlli tapım. Oğlum qətlə yetiriləndən sonra yoldaşım iflic keçirib, çox pis vəziyyətə düşüb. Mən özüm də yarımcanam”.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ