30 il yağı tapdağına əsir düşən müqəddəs Qarabağ torpaqların azadlığı uğrunda başlanan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün müddətinə şanlı zəfərimizlə başa çatan müharibədə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Lənkəran rayonundan bir neçə mədəniyyət işçisi də qəhrəmanlıq göstərərək Vətən yolunda canından keçib.
Onların xatirələri həmişə əziz tutulur, Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən ailələrinə daimi olaraq maddi yardımlar göstərilir. Bütün bunlardan başqa, əlamətdar günlərdə bir qayda olaraq mədəniyyət işçiləri şəhid ailələrini ziyarət etməklə, onlara narahatlıq yaradan problemlərinin həlli məqsədilə müvafiq dəstək tədbirləri görürlər.
Bu ilin 29 yanvar tarixindən bugünədək Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən 5 nəfər şəhid və 5 nəfər qazi ailəsinin üzvü rayonda fəaliyyət göstərən müxtəlif mədəniyyət ocaqlarında işlə təmin edilib. Bundan sonra da Regional İdarənin işçiləri bu istiqamətdə mütəmadi olaraq fəaliyyət göstərməyi qarşılarına əsas məqsəd qoyublar.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü