Azərbaycanlı yanğınsöndürənlər Marmarisdə Türkiyə bayrağını yanmağa qoymadılar... - VIDEO

img

Türkiyənin Muğlanın Marmaris mahalında meşə yanğınları ilə mübarizə üçün Azərbaycandan gedən xilasetmə qrupları, Türk bayrağına olan hörmət və həssaslığını göz ardı etmədən mübarizəni davam etdirirlər.

Baki-xeber.com xəbər verir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə bağlı 100 nəfərdən ibarət yanğınsöndürən qrupu bölgədə meşə yanğınlarının söndürülməsinə dəstək verir.

Hisarönü Bölgəsindəki yanğınla mübarizə aparan azərbaycanlı yanğınsöndürənlərin evlərin bağçalarında asılan Türk bayraqlarına həssaslığı diqqət çəkib.

Qardaş ölkə mətbuatı yazır ki, qəhrəman yanğınsöndürənlərimiz yanma təhlükəsinə qarşı Türkiyə bayraqlarını bir-bir toplayaraq özləri ilə götürüblər.

Azərbaycan yanğınsöndürmə briqadasının komandirlərindən Kamil Dünyamalıyev Türkiyədə baş verən meşə yanğınlarının onu çox kədərləndirdiyini deyib: "Türkiyə bizim qardaşımızdır. Azərbaycan və Türkiyə hər zaman qardaş olacaq. Son günə qədər Türkiyənin yanındayıq. Marmarisə meşə yanğınlarını söndürmək üçün gəldik. Ev yanırdı, evin içinə girdim, heç kim yox idi. Türkiyə bayrağını gördüm və götürdüm. Bayraq bizim üçün çox önəmlidir".

Yanğınsöndürənlərimizin bu həssas davranışı qardaş ölkə mətbuatında, eləcə də sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Son xəbərlər