Bazar ertəsi günü, 21 sentyabr 2026
     

Şəhidlərimiz tarix yazdılar, ya tarix yaratdılar - tarixçı alimin əsaslı etirazı...

Image


“44 günlük Vətən müharibəsi hamımızın fəxr etdiyi, qürur duyduğu müzəffər ordumuzun qələbəsi ilə nəticələndi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. O dövrdə bir sıra telekanallar möhtəşəm qələbəmizin təqdimatına hazır olmadıqlarına görə, tələsik verilişlər verirdilər, bu da başa düşülən idi.

Amma qələbədən uzun müddət keçməsinə baxmayaraq bu telekanalların bəziləri yenə də  hazırlıqsız görsənir və ekspertlərin rəyinə məhəl qoymadan yanlış təqdimatlar edirlər. Mən bir tarixçi olaraq bir məsələni vurğulamaq istəyirəm ki, iki-üç ay əvvəl “Xəzər” TV-yə və ATV-yə müraciət etdim, məqsəd də onlara yanlış təqdimatlarını aradan qaldırmaları üçün kömək etmək idi. Bu kanallar şəhidlərimizin təqdimatında yanlışlıqlara yol verirdilər. “Qəhrəman şəhidlərimiz tarix yazdılar” deyirdilər, amma qəhrəman şəhidlərimiz tarixi yazmayıblar, tarixi yaradıblar, tarixi biz tarixçilər yazırıq. Telekanallara bir alim kimi tövsiyə verməkdə məqsədim texniki yanlışlıqları aradan qaldırmalarına kömək etmək idi. “Xəzər” TV mənə operativ cavab verdi və mənim məktubumu aidiyyatı şöbəyə yönəltdiklərini bildirdilər. Ondan sonra gördüm bəli, bu televiziya təqdimatda yol verdikləri texniki yanlışlığı aradan qaldırırlar və işıqlandırılma düzgün mövqedə gedir. Amma ATV-də bu görünmədi. Hər gün eyni təqdimatın şahidi olduğum üçün yenidən bu məsələyə qayıtmağa məcbur oldum”. Bunu “Bakı-Xəbər”ə açıqlamasında AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı deyib.

  • “Yol verdiyi yanlışlıq yazılı şəkildə ATV-nin diqqətinə çatdırılsa da, kanal bunu düzəltmək əvəzinə yenə də təkrar edir”

M.Zülfüqarlı qeyd etdi ki, tarix yazan və tarix yaradanlar barədə böyük Atatürkün bir fikri var. “Atatürk belə qeyd edir: “Tarixi yazmaq tarixi yaratmaq kimi önəmlidir. Yazan tarixi yaradana bağlı qalmazsa, dəyişməz gerçək insanlığı çaşdırmaq olacaq. Tarix gerçəklikləri yanıltan bir sənət deyil, tərsinə, onu açıb göstərən bilim alanı olmalı”. Yəni burada əsas məna ondan ibrarətdir ki, böyük şəxsiyyət olan Atatürk bizə aydınlaşdırır ki, insanlar  tarixi yazanlara və tarixi yaradanlara bölünür. Tarixdə elə böyük şəxsiyyətlər ola bilər ki, onlar həm tarixi yarada, həm də yaza bilər. Bəli, bu gün bizim tarixi yaradan qazilərimizin içində tarix müəllimləri də, tarixçilər də var. Onlar oturub öz qəhrəmanlıqlarını, döyüş yoldaşlarının şücaətini, igidliyini əsər şəkilində yazarlarsa bunlar hər hər iki funksiyanı yerinə yetirə bilər. Amma Prezidentimiz də qeyd etdiyi kimi bizim qəhrəman  şəhidlərimizin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan gənclər olub. Bu gəncliyin etdiyi qəhrəmanlıqları yazmaq, onları xalqa, dünyaya tanıtmaq hər bir tarixçinin borcudur. Lakin bəzi telekanallar, xüsusən də ATV kanalı demək olar ki, hər gün xəbərlərdə şəhidlərimizi tarix yazanlar kimi təqdim edir. Bu da texniki səhvdi. Yol verdiyi yanlışlıq yazılı şəkildə ATV-nin diqqətinə çatdırılsa da, kanal bunu düzəltmək əvəzinə yenə də təkrar edir. Bunlar birdəfəlik bilməlidirlər ki, qəhrəman şəhidlərimiz tarix yaradanlardır, tarix yazanlar deyillər. Şəhidlərimizin yaratdıqları tarix çox böyük tarixdi və illərlə tarixçilər, tədqiqatçılar araşdırmalar, tədqiqatlar aparmalıdırlar, canlı şahidlərin fikirlərini, xatirələrini toplayıb yazmalıdırlar. Tarixçilər də tarixi yaradanlara sadiq qalmalıdırırlar ki, baş verənləri təhrifə yol vermədən, doğru-dürüst yazsınlar. Yenə də deyirəm, mənim narahatçılığım ondan ibarətdir ki, hamımızın fəxrt etdiyimiz qəhrəmanlarımız düzgün təqdim edilmir, onların düzgün təqdim edilməsini istəyirəm. Çünki buna dünya baxır, elmi mərkəzlər izləyir, məlumat toplayırlar və telekanalların yol verdiyi bu səhvləri biz özümüz düzəltməsək sonra bu problem olacaq, hətta düşmənlərimiz bundan bizə qarşı istifadə də edə biləcəklər. Yanlış təqdimat bizi Azərbaycanı istəməyən qüvvələrin hədəfinə çevirə bilər. Yəni biz Azərbaycan cəmiyyəti olaraq öz səviyyəmizi göstərməliyik və şəhidlərimizi də yaratdıqları tarixə görə xalqa tanıtmalıyıq, tarixçilərdən də tələb etməliyik ki, bu şərəfli tarixi layiqincə yazaraq xalqa təqdim etsinlər. ATV-nin təqdimatında anlaşılmazlıq var. Belə çıxır ki, qürur ünvanımız şəhidlərimiz tarix yazıblar, bu halda tarixçilərə ehtiyac yoxdur. Bu da məntiqsizdir. Bizim böyük dövlətlərimiz, qəhrəman türk tayfalarımız olub, onlar da tarixdə böyük işlər görüblər. Bizim babalarımız çox işlər görsələr də, amma təəssüflər olsun ki, nisbətən az tarix yazıblar. Ona görə də, erməni kimi mənfur qonşularımız olmayan tarixlərini “yazıblar” dünyaya saxta tarix təqdim ediblər. Müqayisə olunanda da biz daim görürük ki, tarixi yazıb təqdim etmək məsələsində bizim babalarımız gördükləri iş qədər böyük işlər görməyiblər. Babalarımız tarixi yaradıblar, amma onu geniş yazmayıblar. Biz artıq XXI əsrdə yaşayırıq, görüdüyümüz böyük işi, 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni Azərbaycan tarixçiləri geniş səviyyədə tədqiqata cəlb etməlidirlər, kitablar yazmalıdırlar...” - deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ